Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1055/2025 28.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı maraqlı şəxs X8 qarşı mülki iş üzrə (Açar sözlər: icraata xitam verilməsi ) X13 Süleymanovanın sədrliyi və məruzəsi, X4 və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Ərizəçi İddiaçı "alqı-satqı əqdinin etibarlı hesab edilməsi faktının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(027)-2282/2015 nömrəli qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X9 anasından miras qalmış ünvan 1 ünvandakı 630 kv.metr həyətyanı torpaq sahəsində yerləşən yaşayış evindən və torpaq sahəsindən ona düşən 1/8 hissədə vərəsəlik payını xx.xx.2002-ci il tarixdə İddiaçı satmasına dair aralarında bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi və həmin hissəyə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il tarixdə X14 anasından ona miras qalmış ünvan 2 ünvanda yerləşən 630 kv.metr həyətyanı torpaq sahəsindəki yaşayış evindən və torpaq sahəsindən ona düşən 1/8 hissədə vərəsəlik payını ona alqısatqı qaydasında 5000 ABŞ dollarına satmışdır və bu barədə öz aralarında müqavilə yazaraq, imza etmişlər. Torpaq sahəsini və yaşayış evini alarkən Z.Aslanova pulunu tam ödədiyindən, Z.Aslanov istənilən vaxt Notariat Kontoruna gəlib alqı-satqı müqaviləsini təsdiq etdirəcəyini bildirmiş, o da ona inanmışdır. Sonradan Z.Aslanov Rusiya Federasiyasına çıxıb getmiş və bir daha qayıtmamışdır. Bu səbəbdən də həmin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirə bilməmişdir. xx.xx.2015-ci il tarixdə X14 ölmüşdür, ona görə də həmin alqı-satqı müqaviləsini Notariat Kontorunda təsdiq etdirmək mümkün deyildir. Qeyd edir ki, həmin həyətyanı torpaq sahəsi və yaşayış evindən aldığı 1/8 hissə də aldığı vaxtdan öz mülkiyyəti kimi onun istifadəsindədir. O, alıcı tərəf kimi öz üzərinə düşən vəzifəsini yerinə yetirmişdir. Alqı-satqı müqaviləsinin notariat kontorunda təsdiq olunmaması Zakir Aslanovun təqsiri üzündən baş tutmamışdır. Zakir Aslanovla yanaşı, həmin evdə və həyətyanı torpaq sahəsində payları olan digər vərəsələr də sonradan öz vərəsəlik . paylarını ona satmışlar və hal-hazırda həmin torpaq sahəsi və yaşayış evi bütövlükdə onun istifadə və sahibliyindədir.
3. Məhkəməyə təqdim olunmuş maraqlı şəxs X6 ərizəsindən görünür ki, xx.xx.2002-ci il tarixdə qardaşı X5 şəhəri, G.Əsədov küçəsində yerləşən 61 nömrəli evdən və torpaq sahəsindən vərəsəlik üzrə ona düşən 1/8 hissədə payını onun iştirakı və razılığı ilə 5000 ABŞ dollarına X1 və pulunu tam almışdır. Həmin evdən vərəsəlik əsasında ona düşən payını o da sonradan İddiaçı bağışlamışdır. Həmin ev və torpaq sahəsi bütövlükdə Bəşirə Balakişiyevanın istifadəsindədir. Zakirin yeganə qardaşı və vərəsəsi kimi Zakirin 1\8 hissədə olan öz payını Bəsirəyə satmasını o da təsdiq edir və bu barədə aralarında bağlanmış müqavilənin etibarlı olmasınının təsdiq olunmasına etiraz etmir. Məhkəmədə onun fikirinin bilinməsi lazım olsa, etibarnamə üzrə onun əvəzinə nümayəndə iştirak edəcəkdir.
4. Quba RİHB-nın Quba şəhər İƏD üzrət nümayəndəsinin xx.xx.2015-ci il tarixli, 2389 saylı arayışından görünür ki, İddiaçı Quba rayonu Alekseyevka kəndində qeydiyyatdadır və hal-hazırda ünvan 3 ünvanda yaşayır.
5. Quba Rayon Məhkəməsinin 15 iyul 2002-ci il tarixli, 2-233 №-li qətnaməsindən görünür ki, ünvan 1 ünvanda 630 kv.metr həyətyanı torpaq sahəsində yerləşən yaşayış evinin 1/8 hissəsinə vərəsəlik üzrə X9 mülkiyyət hüququ müəyyən edilmişdir.
6. Tərəflər arasında tərtib olunmuş sadə yazılı xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X14 anasından miras qalan Quba şəhəri, General Əsədov küçəsi, 61 nömrədə yerləşən 630 kv.metr həyətyanı torpaq sahəsindəki yaşayış evindən və torpaq sahəsindən ona düşən 1/8 hissədə vərəsəlik payını uzaq qohumu İddiaçı satmış və razılaşdıqları 5000 ABŞ dolları məbləğini ona tam ödənilmişdir.
7. Ölüm haqqında 24 aprel 2015-ci il tarixdə verilmiş, İ-KB seriyalı 754593 №-li şəhadətnamədən görünür ki, X14 17 aprel 2015-ci il tarixdə ölmüşdür.
Birinci instansiya məhkəməsində icraat
8. Quba Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(027)-2282/2015 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) ərizənin təmin olunması, X9 anasından miras qalmış ünvan 2 ünvandakı 630 kv.metr həyətyanı torpaq sahəsində yerləşən yaşayış evindən və torpaq sahəsindən ona düşən 1/8 hissədə vərəsəlik payını xx.xx.2002-ci il tarixdə İddiaçı atılmasına dair aralarında sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi, göstərilən evin və torpaq sahəsinin həmin 1/8 hissəsinə İddiaçı mülkiyyət hüquqlarının müəyyən edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7, 567, 335.2, 146.1, 152.1, 157.1 və 139.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 50.1, 67.1, 48.2, 88.1 və 88.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2, 311, 14.2, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinin 2(027)-2282/2015 saylı, 20 oktyabr 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
11. Quba Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qərardadı ilə (hakim Vüqar Seyidov) Quba Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(027)-2282/2015 nömrəli qətnaməsindən Azrəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi həmin qərardaddan şikayət vermişdir.
13. Quba Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərardadı ilə Azrəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayətinin təmin edilməməsi, Azrəbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2(027)-2282/2015 nömrəli qərardadından verdiyi şikayət baxılması üçün, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2025-ci il tarixli, 2(105)-704/2025 nömrəli qərardadına əsasən (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayətinin qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin 27 fevral 2025-ci il tarixli və onunla bağlı 14 mart 2025-ci il tarixli qərardadlarının ləğv edilməsi, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual müddət daxilində verilibverilməməsinin aydınlaşdırılması məsələsinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki işin Quba Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.
15. Quba Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 2(027)-2282/2015 nömrəli qərardadı ilə (hakim Samir Məmmədov) “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba Rayon Məhkəməsinin 2(027)- 2282/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti və onun dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Notariat haqqında Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən əqdlərin təsdiq edilməsi dövlət notariusu tərəfindən aparılan notariat hərəkətlərinə aiddir. Həmin Qanunun 46-cı maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim olunduqdan sonra təsdiq edilir. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qaraçın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulubqoyulmaması yoxlanılır. Bildirir ki, qətnamədə göstərilən torpaq sahəsi üzərində satıcı tərəf X9 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Belə ki, iddia predmeti olan fərdi yaşayış evinin yerləşdiyi orpaq sahəsinə digər şəxs X3 adına 0.07 ha ölçüdə JN-2927 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Belə olan halda satıcı tərəfin daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınmadığından, həmin daşınmaz əmlaka dair sərəncam verə bilməzdi və daşınmaz əmlak alqı-satqı predmeti ola bilməzdi. Məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmamasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mmükünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi marağına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv olunmalı, apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə icraata xitam verilməlidir.
22. Belə ki, məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X9 anasından miras qalmış ünvan 1 ünvandakı 630 kv.metr həyətyanı torpaq sahəsində yerləşən yaşayış evindən və torpaq sahəsindən ona düşən 1/8 hissədə vərəsəlik payını xx.xx.2002-ci il tarixdə İddiaçı satmasına dair aralarında bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi faktının müəyyən edilməsi və həmin hissəyə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə ərizə təmin edilmişdir.
24. Həmin qətnamədən marağına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətini 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir.
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2025-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(027)- 2282/2015 nömrəli qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)- 2282/2015 nömrəli qətnaməsi ləğv edilməsi, ərizə -alqı-satqı əqdinin etibarlı hesab edilməsi faktının müəyyən edilməsi- hissədə baxılmamış saxlanılması qərara alınmışdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni ev əvə torpaq sahəsinə mülkiyyət hüquqlarının müəyyən edilməsi hissəsində təmin edərkən, mülkiyyət hüququnun tanınması hissəsində işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, həmin tələblə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, ərizəyə mahiyyəti üzrə baxıb onu təmin etməklə prosessual hüquq normalarını pozmuşdur.
27. Qanunvericiiyin tələbinə görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
28. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li Qərarında qeyd olunmuşdur ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
29. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
30. İşin müəyyən edilmiş hallarından göründüyü kimi ərizəçi İddiaçı X9 anasından miras qalmış ünvan 1 ünvandakı 630 kv.metr həyətyanı torpaq sahəsində yerləşən yaşayış evindən və torpaq sahəsindən ona düşən 1/8 hissədə vərəsəlik payını xx.xx.2002-ci il tarixdə İddiaçı satmasına dair aralarında bağlanmış alqı-satqı əqdinin etibarlı hesab edilməsi və həmin hissəyə onun mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir.
31. Kollegiyanın qənatincə mülkiyyət hüququnun tanınması hissəsində ərizə inzibati orqanın qanunla ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi ilə bağlıdır. Mülkiyyət hüququnun müəyyən edilməsi hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirməsinin nəticəsidir. Ərizənin faktiki əsası inzibati orqanın publik hüquq münasibətlərindən irəli gələn fəaliyyəti təşkil etdiyindən bu məsələlərə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəyə mülki məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxıb onu təmin etməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
33. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətdə göstərilən dəlillərə qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, mülkiyyət hüququnun tanınması hissədə tələbə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə həmin hissədə iş üxrə icraata xitam verilməli, ərizəçiyə qanunla nəzərdə tutulmuş əsaslar olduğu halda həmin tələbi inzibati qaydada mübahisələndirmək hüququ izah edilməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Marağına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli, 2(027)-2282/2015 nömrəli qətnaməsi ləğv olunsun, mülkiyyət hüququnun tanınması hissədə tələbə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.