Məhkəmə qərarları › İş №2(005)-692/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-692/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-692/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1, İddiaçı1 vəkili Vəkil4, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil5, Cavabdeh Fərhad-zadə Emir Rövşən oğlunun nümayəndəsi və vəkili Vəkil6 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Fərhad-zadə Emir Rövşən oğluna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqavilələrinin, aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqavilələrinin, aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 5 saylı Notariat Ofisində bağlanmış, 04.03.2020 tarixli AN-1 seriyalı ******* nömrəli, reyestdə 40-103 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Bakı şəhəri 5 saylı Notariat Ofisi 04.03.2020-ci il tarixli AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-104 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 21.01.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-42 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 21.01.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-43 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 19.05.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-554 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 04.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 daşınmaz əmlakın reyest nömrəsi olan dövlət qeydiyyatının və Çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi; Daşınmaz əmlakların alq-satqısına dair yuxanda qeyd edilən müvafiq müqavilələrin və 04.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 daşınmaz əmlakın reyest nömrəsi olan dövlət qeydiyyatının və Çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi mümkün hesab edilmədiyi halda, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 müştərək qayada 619000 AZN (altı yüz on doqquz min manat) və məhkəməyə ödənilmiş dövlət rüsumları tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1968-ci il təvolüdlü İddiaçı2 və onun həyat yoldaşı xx.xx.1977-ci il təvəllüdlü İddiaçı3 X21 və onun həyat yoldaşı İddiaçı1 məxsus olan Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində yerləşən 539A saylı bağ evində yaşayaraq bağın saxlanmasına, qulluq edilməsinə işinə baxmış və bu işin görülməsi üçün xiddmət haqqı almışlar. İddiaçı2 ailəsi ilə bağ sahibi olan Bağırovlar ailəsi arasında uzun illər ərzində biri-birinə inam və hörmət üzərində qurulan səmimi münasibətləri olmuşdur. Həmin ərazidə İddiaçı1 mərhum atası və həyat yoldaşından qalan bağ sahəsinin faktiki ərazisi 0,5 hektardan çox olmuş və bu bağa uzun illər ərzində onlar tərəfindən qulluq göstərilməklə daş hasara alınmış, darvaza qapı qoyulmuşdur. X3 dünyaca məhşur alim, dünya yarımkeçirici elektronikasm banilərindən biri, elektronika sahəsində yaddaş elementləri, lazer, çip texnolojivası, alternativ energetika, foto element və sair müasir inovativ elm sahələri üzrə 1000 çox elmi məqalənin və dünyanın bir çox aparıcı ölkələrində 400 yaxın patent almış ixtiraların müəllifi olmaqla uzun illər Azərbaycan Respublikasının (Azərbaycan SSR) X4 vəzifəsində çalışmışdır. Həmçinin, İddiaçı1 həyat yoldaşı Toğrul Bağırov 1976-1990-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində, SSRİ-nin ABŞ-dakı səfirliyində, SSRİ-nin BMT' Avropa bölməsi (Cenevrə) nəzdindəki nümayəndəliyində işləyib. 1997-ci ildən X43 Akademiyasının müxbir üzvü olmaqla, BMT-nin X23 üzrə baş eksperti, Bakı Nobel İrsi Fondunun sədri olmuş, İsveş Krallığı tərəfindən "X51" ordeni və Fransa Respublikasının Prezidenti tərəfindən "Fəxri Legion" ali ordeni ilə təltif edilmiş tanınmış Azərbaycanlı alimdir. Öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tanınmış Azərbaycanlı alim Toğrul Bağırovun vəfatından kədərləndiyini bildirərək, ailəsinə dərin hüznlə başsağlığı vermişdir. Hazırkı mübahisəli bağ sahəs: İddiaçı1 atası və həyat yoldaşının sahibliyində və istifadəsində olmaqla sonradan onun istifadəsinə keçmişdir. Hazırkı mübahisəli bağ sahəsi İddiaçı1 atası və həyat yoldaşının sahibliyində və istifadəsində olmaqla sonradan onun istifadəsinə keçmişdir. Bağ sahəsinin yaşayış yeri olan hissəsi İddiaçı1 tərəfindən qohumunun adına özgəninkiləşdirilmişdir. Həmin qohum diplomatik sahədə çalışdığına görə xeyli müddətdir ki, Azərbaycan Respublikasından kənarda yaşayır və ona görə də ümumi bağ sahəsi bir müddət nəzarətsiz qalmışdır. Belə ki, Bağırovlar ailəsinin yaşayış yeri olan bağ sahəsindən başqa, uzun müddət onların sahibliyi və istifadəsində olan 543 saylı 0.10 ha bağ sahəsi və 543a saylı 09 ha bağ sahəsi də olmuşdur. X28 543 saylı 0.10 ha bağ sahəsini və 543a saylı 0.09 ha bağ sahəsini həyat yoldaşı İddiaçı1 adına dövlət qeydiyyatına aldırmaq istəmiş, lakin həmin vaxt İddiaçı1 Azərbaycan Respublikasıdan kənarda olması səbəbindən həmin bağ sahələri, müvəqqəti olaraq, ayrı-ayrılıqda 2016-cı ildə iddiaçılar İddiaçı2 və onun həvat yoldaşı İddiaçı3 adına dövlət qeydiyyatına alınaraq, əmlak kimi Bağırovlar ailəsinə verilməsi üçün saxlanmışdır. Belə ki, X15 əmək fəaliyyəti və faktiki olaraq yaşayış yeri Rusiya Federasiyasının Moskva şəhərində olduğu üçün onun həyat yoldaşı İddiaçı1 da vaxtının bir çox hissəsini Azərbaycan Respublikasından kənarda Rusiya Federasiyasında və qızının təhsil aldığı İsveçrədə keçirmişdir. 29.01.2019-cu ildə X6 şəhərində vəfat etmişdir. Əldə edilmiş materiallar, səs yazısı və ifadələr əsasında müəyyən edilir ki, 03.03.2020-ci il tarixdə X15 vəfatından sonra yaranmış vəziyyətdən sui-istifadə edən mərhum Toğrul Bağırovun qardaşı oğlu Cavabdeh1 İddiaçı2 və onun həyat yoldaşı İddiaçı3 yaxınlaşaraq bu bağ sahələrinin İddiaçı1 istəyi və razılığı ilə satmaq zərurətini, alqı-satqının təcili aparılmasını və heç nədən narahat olmamaqlarını bildirmişdir. Bundan sonra İddiaçılardan öz adına etibarnamə almış və həmin torpaq sahələrini digər cavabdehə satmışdır. İddiaçı1 iləsən qızı 2021-ci ilin may ayında xalası qızı Ülviyə Mikayılova ilə söhbət zamanı sonuncu ona mübahisəli bağ sahəsində ev inşa edildiyini iddiaçıdan soruşmuşdur. İddiaçı1 ona bu barədə heç bir məlumatının olmadığını və hansı haqla kimlərin orda ev tikdirdiklərini aydınlaşdıracağını bildirdikdən sonra işlərində ona kömək edən X8 və X29 bu məsələnin araşdırılmasını və ona məlumat verilməsini tapşırmışdır. Onlar 20.05.2021-ci il tarixdə birlikdə olarkən zəng edərək iş üzrə Cavabdeh1 və iddiaçı olan İddiaçı2 torpaqlarla bağlı məsələni soruşmuşlar. Cavabdeh1 bağ sahəsinin Toğrul müəllim (X28 29.01.2019-cu ildə Moskva şəhərində vəfat etmişdir) tərəfindən satıldığını, kimə satıldığını bilmədiyini demişdir. İddiaçı2 isə zəng zamanı bildirmişdir ki: "həri xəbəri var, Rufat o vaxt gəldi, Rufat gəldi-getdi, kiminlə razılaşdirdirmışdır ki? sualına bilmirəm Vallah, 7-8 av olar da Rufat gəlmişdi dedi Sevinc xanım bilir, ... hamısı bilir ..." cavabı vermişdir. Telefon danışıqlarından sonra aydın olmuşdur ki, Cavabdeh1 04.03.2020-ci ildə mübahisəli torpaqları özgəninkiləşdirdiyi halda yalan danışaraq guya torpaqları 2019-cu ildə vəfat etmiş mərhum əmisi Toğrul Bağırov tərəfindən özgəninkiləşdirdiyini deməklə onları da altadmağa cəhd etmişdir. Bu zəngə aid danışıqlar X8 məxsus olan "Samsung Calaxy J6" markalı mobil telefonda olan avtomatik zənglərin qeydə alınma proqramı əsasında yazılmış və qeydə alınan danışıqlar məzmunu tədqiq edilməsi üçün X14" MMC-nə təqdim edilmişdir. X14" MMC-nin 594 nömrəli, 25.11.2021-ci il tarixli məhkəmə-fonoskopik ekspertizası növündə səsin və şifahi nitqin tətqiqinə dair Mütəxəsis rəyində danışıqların mətn'əri qeyd edilmişdir (mütoxəsis rəyi iddia ərizəsinə əlavə edilir). 20.05.2021-ci il tarixli telefon danışıqlarının mətnindən görünür ki, Cavabdeh1 iddiaçılar İddiaçı2 və onun həyat yoldaşı İddiaçı3 guya İddiaçı1 mübahisəli torpaq sahəsinin satılmasını ona tapşırdığına dair yalan məlumat verməklə, onları aldatmış və ona olan etibardan sui-istifadə etməklə özgəsinə məxsus olan əmlakı digər Cavabdeh2 adına özgəninkiləşdirmiş və sonradan başqa cavabdehə satmışlar. Belə ki, Bakı şəhəri 5 saylı Notariat Ofisi 05.10.943 nömrəli məktubunun və həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş 04.03.2020-ci il tarixli, 4Ə-103 nömrəli notariat işi, eləcə də həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş 04.03.2020-ci il tarixli, 4Ə-104 nömrəli notariat işi əsasında müəyyən edilir ki, Bağırovlar ailəsinin uzun müddət sahibliyi və istifadəsində olan, Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543 saylı 0.10 ha bağ sahəsi işdə olan digər Cavabdeh2 36500 manata və 543a saylı 0.09 ha bağ sahəsini Cavabdeh2 33000 manata satmışdır (notariat işi və notariat məktubu 46 vərəqdə iddia ərizəsinə əlavə edilir). Bakı şəhəri 9 saylı Notariat Ofisinin 13.10.2021-ci il tarixli, 2672 nömrəli məktubunun və həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş 21.01.2021-ci il tarixli, 4Ə-42 nömrəli notariat işi, eləcə də həmin məktuba notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş 21.01.2021-ci il tarixli, 40-43nömrəli notariat işi əsasında müəyyən edilir ki, Bağırovlar ailəsinin uzun müddət sahibliyi və istifadəsində olan, Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543 saylı 0.10 ha bağ sahəsi işdə olan digər Cavabdeh2 tərəfindən digər cavabdeh X11 70000 manata və 543a saylı 0.09 ha bağ sahəsini 60000 manata satmışdır (notariat işi və notariat məktubu 35 vərəqdə iddia ərizəsinə əlavə edilir). Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən notarial qaydada təsdiq olunaraq qoşma qismində əlavə edilmiş 19.05.2021 -ci il tarixli, 4Ə-554 nömrəli notariat işi əsasında müəyyən edilir ki, Bağırovlar ailəsinin uzun müddət sahibliyi və istifadəsində olan Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543 saylı 0.10 ha bağ sahəsinin 870 kv.metr sahəsi işdə olan digər cavabdeh X16 tərəfindən Cavabdeh4 34000 manata satmışdır (notariat işi və notariat məktubu 23 vərəqdə iddia ərizəsinə əlavə edilir). Bu notariat işində olan Çıxarışdan məlum olur ki, X9 adına olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 543 saylıha bağ sahəsi 0,3350 hektardır. Yəni həmin sahənin 870 kv.metr sahəsi alqı-satqı predmeti olmuşdur. Notariat işinin materiallarından aydın olur ki, cavabdeh X11 21.01.2021-ci il tarixdə Cavabdeh2 tərəfindən 543 və 543A nömrəli bağ sahələrinin müvafiq olaraq 0,10 və 0,09 ha satıldıqdan sonra İddiaçı1, faktiki olaraq, sahibliyində vo istifadəsində olan, həmçinin, ümumi hasar daxilində olan qalan ərazi, yəni 0,245 ha bağ torpaq sahəsi, qanunsuz olaraq, cavabdehin adına özoləşdirilmiş və cavabdeh X11 04.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və daşınmaz əmlakın reyest nömrəsi **********64 olan Çıxarış verilmişdir. X5 tərəfindən İddiaçı1, faktiki olaraq, sahibliyində və istifadəsində və ümumi hasar daxilində olan, 0,245 ha bağ torpaq sahəsi də, qanunsuz olaraq, cavabdeh X16 tərəfindən zəbt edilmiş və özəlləşdirilmişdir. "X14" MMC-nin 01.12.2021-ci il tarixli "daşınmaz əmlakın qiymətləndirilməsi barədə" Hesabatında qeyd edilir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 1 ünvanda yerləşən 0.3350 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 485800 AZN (dörd yüz səksən beş min səkkiz yüz manat) müəyyən edilmişdir. "X14" MMC-nin 01.12.2021-ci il tarixli "daşınmaz əmlakın qiymətləndirilməsi barədə" Hesabatında qeyd edilir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində ünvan 2 ünvanda yerləşən 0.09 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 133200 AZN (yüz otuz üç min iki yüz manat) müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin bazar dəyərindən qat-qat aşağı qiymətə satılıb-alınması, iddaçı tərəfindən hasara alınmış 0.250 ha vaxm torpaq sahəsinin qanunsuz və əsassız olaraq (ilkin huquqmüəyyənedici sənədlər olmadan) mülkiyyət huququ əldə edilməsi cabavdehlər arasında əlbirliyin və aralarında qanunsuz sövdələşmələr olmasına dəlalət edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X16 müştərək qayada 485800 AZN (dörd yüz səksən beş min səkkiz yüz manat) və 133200 AZN(yiiz. otuz üç min iki yiiz manat) olmaqla ümumilikdə iddiaçılara 619000 AZN (altı yüz on doqquz min manat) zərər vurmuşlar. Daha sonra iddiaçılar 03.03.2022-ci il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Fərhad-zadə Emir Rövşən oğluna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqavilələrinin, aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 541 saylı 0.2450 hektar bağ sahəsi üzrə Cavabdeh2 adına 05.03.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********84 daşınmaz əmlakın reyestr nömrəli dövlət qeydiyyatının və Çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, Bakı şəhəri 5 saylı Notariat Ofisində bağlanmış, 04.03.2020 tarixli AN-1 seriyalı ******* nömrəli, reyestdə 4Ə- 103 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri 5 saylı Notariat Ofisi 04.03.2020-ci il tarixli AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-104 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh1 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 21.01.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-42 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 21.01.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestrdə 4Ə-43 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 19.05.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-554 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh3 ilə Cavabdeh4 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 04.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 daşınmaz əmlakın reyest nömrəsi olan dövlət qeydiyyatının və çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi; Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 01.04.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-316 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh2 ilə X12 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 21.10.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********65-10301 daşınmaz əmlakın reyest nömrəsi olan dövlət qeydiyyatının və çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi; Mübahisəli 543, 543A nömrəli və ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və Cavabdeh4n adına qeydiyyata alınmış 870 kv.metr olan torpaq sahələrindən cavabdehlərin çıxarılması və həmin torpaq sahələrinin iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 vəkili Vəkil4 iddia tələbini müdafiə edərək, alqı-satqı müqavilələrinin rəsmiləşdirilərkən, iddiaçıların mülkiyyət hüquqlarının pozulduğunu, bağ sahələri qanunsuz olaraq Cavabdeh1 tərəfindən aldatma yolu ilə etibarnamə əldə edərək, bir neçə dəfə özgəninkiləşdirildiyini, bu səbəbdən də həmin müqavilələrin etibarsız olduğunu bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil5 iddia tələbinə etiraz edərək, yazılı etiraz təqdim edib iddia tələbinin rədd edilməsini xahiş etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən cavabdehlərə qarşı iddia qaldırılaraq, aşağıdakılar xahiş edilmişdir: Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış, 04.03.2020 tarixli AN-1 seriyalı ******* nömrəli, reyestrdə 4Ə-103 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Bakı şəhəri 5 saylı Notariat ofisi 04.03.2020-ci il tarixli AN-1 seriyalı, ******* nömrəli, reyestrdə 40-104 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri 9 saylı Notarial ofisində bağlanmış 21.01.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestrdə 4O-104r.üııııəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 21.01.2021 -ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestrdə 4Ə-43 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 19.05.2021-ci il tarixli, AN-1 seriyalı ******* nömrəli, reyestrdə 4Ə-554 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 04.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 daşınmaz əmlakın reyestr nömrəsi olan dövlət qeydiyyatının və çixarışın etibarsız hesab edilməklə ləğv edilməsi; Daşınmaz əmlakların alq-satqısına dair yuxanda qeyd edilən müvafiq müqavilələrin və 04.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 daşınmaz əmlakın reyestr nömrəsi olan dövlət qeydiyyatının və Çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi mümkün hesab edilmədiyi halda, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 müştərək qayada 619000 AZN (altı yüz on doqquz min manat) və məhkəməyə ödənilmiş dövlət rüsumları tutularaq İddiaçı1 qızma ödənilməsi barədə qətnamə qəbul edilməsi; Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əməlində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsinin tərkib əlamətləri olduğundan onların barəsində xüsusi qərardad çıxarıb hüquqi qiymət verilməsi üçün materialların prokurorluğa göndərilməsi təmin edilsin. Aşağıda qeyd edilənlərə əsasən, iddia tələbi tamamilə əsassızdır və rədd olunmalıdır. İddia ərizəsində irəli sürülən tələblərdən və həmin tələblərin “əsaslandırılması” üçün istinad edilən işin hallarından görünür ki, qanunvericiliyin tələblərinə riayət olunmaqla bağlanmış əqdlərin etibarsız hesab edilməsi xahiş edilir və bunun hüquqi əsası kimi Mülki Məcəllənin 337 və 339-cu maddələrinə istinad edilir. İddiaçılar bildirirlər ki, "X28 543 saylı 0.10 ha bağ sahəsini və 543a saylı 0.09 ha bağ sahəsini həyat yoldaşı İddiaçı1 adına dövlət qeydiyyatına aldırmaq istəmiş, lakin həmin vaxt Sevinc Eağırovanın Azərbaycan Respublikasından kənarda olması səbəbindən həmin bağ sahələri, müvəqqəti olaraq, ayrı-ayrılıqda 2016-cı ildə iddiaçılar İddiaçı2 və onun həyat yoldaşı İddiaçı3 adına dövlət qeydiyyatına alınaraq, “əmlak kimi Bağırovlar ailəsinə verilməsi üçün saxlanmışdır.” İddia ərizəsində iddiaçılar arasında “səmimi münasibətlərin” olması və “Bağırovlar ailəsinə verilməsi üçün saxlanmışdır” kimi dəlillərə istinad edilərək, guya İddiaçı1 həmin əmlaklar üzərində hüquqlamın olduğuna dair dəlillər isə ciddi qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənın adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət tərəfindən tanınan və qorunar, hüququn guya hansısa şərtlə verildiyi iddia edilə bilməz. Bundan əlavə, daşınmaz əmlaka dair bütün hüquqlar (o cümlədən, digər şəxslərin xeyrinə yüklülük və s.) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Hazırkı işdə həmin əmlaklar üzər.ndə hərhansı yüklülük və ya sərəncam vermə məhdudiyyəti olmamışdır. Göründüyü kimi, İddiaçı1 mübahisələndirməyə cəhd etdiyi əqdlərin etibarsızlığına dair tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riavət edilməklə yaranır. 3elə qaydalara riavət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni basoa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həvata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir, ögər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmin bağ sahələrinin sonradan guya, Cavabdeh1 Zülfiiqar oğlu tərəfindən “aldadılaraq”, iddiaçılar İddiaçı2 və onun həyat yoldaşı X30 tərəfindən satılması barədə dəlillər də heç bir həqiqətdən uzaq və əsassızdır. Bununla bağlı iddiaçılar bildirir ki, guya onların mülkiyyətində olan bağ sahələrinin satılması üçün Cavabdeh1 Zülfiiqar oğluna İddiaçı1 tərəfindən göstəriş verilmişdir və onlar da sonuncunun göstərişini yerinə yetirmək üçün bağ sahələrinin satılması məqsədilə Cavabdeh1 etibarnamə vermişlər. Halbuki, yuxarıda da qeyd edildiyi kimi, bağ sahələri 2016-cı ildən İddiaçı2 və X17 mülkiyyətində idi və həmin bağ sahələrinin özgəninkiləşdirilməsi və ya digər formada sərəncam verilməsinə digər şəxslərin, o cümlədən İddiaçı1 iradə ifadəsi (göstərişi, razılığı və s. tələb olunmurdu. İddia ərizəsində qeyd edilir ki, “20.05.2021-ci il tarixli telefon danışıqlarının mətnindən görünür ki, Cavabdeh1 iddiaçılar İddiaçı2 və onun həyat yoldaşı İddiaçı3 qızma guya İddiaçı1 mübahisəli torpaq sahəsinin satılmasını ona tapşırdığına dair yalan məlumat verməklə, onları aldatmış və ona olan etibardan sui-istifadə etməklə özgəsinə məxsus olan əmlakı digər Cavabdeh2 adına özgəninkiləşdirmiş və sonradan başqa cavabdehə satmışlar.” İddiaçılar tərəfindən öz “dəlillərinin” əsaslandırılması üçün “X14" MMC-nin 594 nömrəli, 25.11.2021-ci il tarixli məhkəmə-fonoskopik ekspertizası növündə səsin və şifahi nitqin tədqiqinə dair Mütəxəssis rəyinə istinad edərək, alğı-satqı müqavilələri ilə əlaqəsi olmayan iki nəfərin səs yazılarını (rəydə Kİ- Elçin adlı şəxs (çox güman ki, İddiaçı2) və K2 kimi qeyd olunan Səməd (çox güman ki, iddia ərizəsində İddiaçı1 “işlərində ona kömək edən ” X13 nəzərdə tutulur) “mötəbər sübut” kimi təqdim etməyə cəhd edilmələri gülünc doğurur. Bu iki nəfərin öz aralarında “sağlığ- salamatçılığ.. ”, “şükür, şükür”.. “həri, xəbərim var” deməyi Cavabdeh1 Zülfiiqar oğlunun əqd bağlanılmasında kimisə aldatmasının sübutu kimi qəbul edilə bilməz. İddiaçıların məntiqinə görə, Cavabdeh1 Zülfiiqar oğlunun etibarnamə əsasında bağladığı əqdi mübahisələndirmək və onun tərəfindən iddiaçıların (İddiaçı2 və İddiaçı3) “aldadılmasını” sübut etmək üçün onun özünün iştirak etmədiyi, iddiaçılardan birinin və mübahisəyə aidiyyəti olmayan başqa bir şəxsin danışıqları kifayət edir. Bundan əlavə, qeyd edilməlidir ki, həmin rəyə ümumiyyətlə, sübut kimi istinad edilə bilməz. Belə ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinin üçüncü hissəsinə əsasən, məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Həmin Qanunun 11-ci maddəsinin 3-cü bəndinə əsasən, şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Revestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. Reyestrə daxil edilmiş şəxslər məlikəmə ekspertizasının aparılması və ekspert rəyinin hazırlanması ilə əlaqədar məhkəmə ekspertləri üçün bu Qanunla və müvafiq prosessual qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir, vəzifələri yerinə yetirirlər. Əlavə olaraq, səs yazısındakı nitqin məzmununun təyin edilməsi mütəxəssis deyil, xüsusi biliyə malik olan ekspert rəyi ilə müəyyən edilə bilər. İşə əlavə edilmiş rəy “mütəxəssis rəyi” adlansa da, onun tərtibatı və ona istinadlar vasitəsilə rəyin sanki ekspert rəyi olduğu təəssüratının yaradılmasına çalışılmışdır. Belə ki, rəydə dəfələrlə "ekspertiza" ifadəsinə istinad edilir. Həmçinin, iddia ərizəsinin 5-ci səhifəsinin birinci sətrində iddiaçılar özləri rəyə münasibətdə "məhkəmə- fonoskopik" ekspertizası ifadəsini işlədirlər. Məhkəmə-fonoskopik ekspertizası isə danışıq səsinə görə şəxsiyyətin eyniləşdirilməsi və danışığın yazıldığı texniki vasitələrin müəyyənləşdirilməsi üzrə aparılır. Bu halda isə, rəy nəinki ekspertiza deyil, hətta onun tədqiq predmeti belə hər hansı ciddi əhəmiyyətə malik deyildir. Belə ki, rəydə yalnız müəyyən şəxslər arasında olduğu iddia edilən səs yazısının stenoqrafiyası çıxarılmışdır. Göründüyü kimi, qanunverici özəl ekspertin fəaliyyətini bu barədə şəhadətnamə alması və Reyestrə daxil edilməsi ilə imperativ qaydada şərtləndirmişdir. Belə tələbə cavab verməyən şəxsin rəyinə ekspert rəyi kimi istinad edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bu baxımdan da, iddia tələbləri tamamilə əsassızdır, İddiaçı1 həmin qədləri mübahisələndirməyə subyektiv hüquqa yoxdur, bu səhəbdən digər iddiaçılar X24 və İddiaçı3 “İddiaçı1 razılığının olmadığına” istinad edən iddia tələblərinin qanuni əsası yoxdur və faktiki hallar müvafiq maddi hüquq normasının (Mülki Məcəllənin 339.2-ci maddəsinin) dispozisiya şərtləri ilə uzlaşmır. Yekunda görünür ki, bu iddia ailə daxili münaqişədən yaranmışdır. Bağırovlar ailəsi bu iddia ilə öz münaqişələrinə vicdanlı alıcı olan Cavabdeh2 və digərlərini cəlb etməyə çalışır. Hesab edirlər ki, İddiaçı1 və Cavabdeh1 arasındakı ailə münaqişəsi onların, yəni mülki dövriyyənin vicdanlı alıcılarının hüquqlarına xələl gətirməməlidir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Eyni zamanda iddia tələbinin rədd edilməsi barədə yazılı etiraz təqdim etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia edərək, Bakı şəhəri 9 saylı Notariat ofisində 21.01.2021-ci il tarixli AN-1 seriyalı ******* nömrəli reyestrdə 4Ə-554 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakların alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 04.03.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və **********64 daşınmaz əmlakların reyestr nömrəsi olan dövlət qeydiyyatının və çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsini Məhkəmədən xahiş etmişlər. Qeyd etmək istəyirəm ki, iddia tələbi tamamilə əsassızdır və rədd olunmalıdır. İlkin olaraq bildirmək istəyir ki, hazırkı halda daşınmaz əmlakın alqı- satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət etməklə həyata keçirilib, habelə hüquqlarını müdafiə etdiyi və təmsil etdiyi şəxslər iddiaçıların adlarını hallandırdıqları İddiaçı1 tanımır və onlarla heç bir münasibətlərdə olmayıblar. İddia faktiki və hüquqi əsaslar olmadan mənim təmsil etdiyim şəxslərə qarşı verilmişdir. İddianın hüquqi baxımdan əsassızlığı aşağıdakı normativ hüquqi aktlarla təsdiq olunur: Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İkinci halda iddiaçı Azərbaycan Respublikasının mülki Məcəlləsinin 14 fəslində təsbit olunmuş Əqdlərin etibarsızlığını iddia edərək bağlanmış əqdin etibarsızlığını xahiş etmişdir, bu tələbdə əsasızdı çünki əqdlərin etibarsığı ilə müddət 1(bir) il nəzərdə tutulub. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007ci il 26 sentyabr tarixli Qərar). Konstitusiyanın 13 və 29-cu maddələrindən irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllənin müvafiq maddələrində də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun yaranmasına, tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmlər müəyyənləşdirilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Mülki Məcəllənin 140cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əks olunmuşdur. Belə ki, Mülki Məcəllənin 140 - cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qanunvericiliyin yuxarıda şərh edilən tələblərindən də, belə müəyyən olunur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddia ərizəsində qeyd olunan daşınmaz əmlakları əldə edərkən vicdanlı alıcılar olmuşlar, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanmışlar,onlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblər həddində hərəkət etmişlər, bu zaman heç bir qanun pozuntusuna yol verməmişlər. Məhkəmə iclasında cavabdeh Fərhad-zadə Emir Rövşən oğlunun nümayəndəsi və vəkili Vəkil6 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsinə dair yazılı etiraz təqdim edib bildirmişdir ki, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlərə qarşı 20.12.2021 -ci il tarixdə iddia ərizəsi, 03.03.2022-ci il tarixdə isə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək aşağıdakıları xahiş etmişdir: 1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 541 saylı 0.2450 hektar bağ sahəsi üzrə Cavabdeh2 adına 05.03.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********84 daşınmaz əmlakın reyest nömrəli dövlət qeydiyyatının və Çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi; 2. Bakı şəhəri 5 saylı Notariat Ofisində bağlanmış, 04.03.2020 tarixli AN1 seriyalı ******* nömrəli, reyestdə 4Ə-103 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 3. Bakı şəhəri 5 saylı Notariat Ofisi 04.03.2020-ci il tarixli AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-104 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh1 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 4. Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 21.01.2021 -ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-42 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 5. Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 21.01.2021 -ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-43 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh2 ilə Cavabdeh3 arasında alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi; 6. Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 19.05.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-554 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh3 ilə Cavabdeh4 arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 04.03.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********64 daşınmaz əmlakın reyest nömrəsi olan dövlət qeydiyyatının və Çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi; 7. Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış 01.04.2021-ci il tarixli, AN-1 seriyalı, ******* nömrəli, reyestdə 4Ə-316 nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın Cavabdeh2 ilə Fərhad-zadə Emir Rövşən oğlu arasında alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 21.10.2021- ci il tarixli, ********** qeydiyyat nömrəli və **********65-10301 daşınmaz əmlakın reyestr nömrəsi olan dövlət qeydiyyatının və Çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi; 8. Mübahisəli 543, 543A nömrəli və ünvan 4 ünvanında yerləşən torpaq sahəsi və Cavabdeh4n adına qeydiyyata alınmış 870 kv.metr olan torpaq sahələrindən cavabdehlərin çıxarılması və həmin torpaq sahələrinin iddiaçılara təhvil verilməsi; 9. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əməlində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsinin tərkib əlamətləri olduğundan onların barəsində xüsusi qərardad çıxarıb hüquqi qiymət verilməsi üçün materialların prokurorluğa göndərilməsi təmin edilsin. Qeyd etməliyik, Fərhad-zadə Emir Rövşən oğlu prosesə sonradan üçüncü şəxs kimi cəlb edilmiş və iddiaçıların iddia tələbinin dəyişdirilməsi barədə 03.03.2022-ci il tarixli ərizəsi ilə Fərhad-zadə Emir Rövşən oğlu cavabdeh olaraq qoyulmuş və həmin ərizə Fərhad-zadə Emir Rövşən oğlunun vəkili Vəkil6 tərəfindən 31.03.2022-ci il tarixdə e-məhkəmə vasitəsilə əldə edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir: 1) İlk öncə iddiaçılar yuxarıda qeyd edilmiş alqı-satqı müqavilələrinin AR Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən etibarsız olmasını bildirmişlər. Lakin AR MPM- nin 354.1 -ci maddəsinə əsasən Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Deməli “Mübahisələndirilən əqdin etibarsız sayılması tələbi” və “əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi tələbi” mülki hüquqdur. 354- cü maddədə həmin mülki hüququn həyata keçirilməsi müddətləri müəyyən olunub, odur ki, müddətlər bitəndə mülki hüquq xitam olunur. MM-in 354-cü maddəsində müəyyən edilmiş müddətlər iddia müddəti deyil, “mübahisələndirilən əqdin etibarsız sayılması barədə” və “əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi barədə” mülki hüququn həyata keçirilməsi müddətidir. Bu səbəbdən həmin müddətlər bitdikdə məhkəmə cavabdehin “müddətin tətbiqi barədə” ərizə verib-vermədiyindən asılı olmayaraq müddəti tətbiq edərək iddianı rədd etməlidir. İşin hallarından və AR MM-nin 354-cü maddəsinin şərhindən belə başa düşülür ki, iddiaçılar əqdin etibarsızlığının nəticələrinin tətbiqi barədə yalnız onun icrasına başlandığı andan bir il ərzində tələb irəli sürə bilərdi. Belə ki etibarsız hesab edilən ilkin əqd 04.03.2020-ci il tarixdə bağlanmışdır. Deməli iddiaçıların əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılmasını tələb etməsi üçün müəyyən edilmiş müddət 04.03.2021-ci il tarixinə qədər mövcud idi. İddiaçılar isə bu müddəti ötürmüşdür. 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.1 -ci maddəsinə əsasən isə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırkı işin hallarından görünür ki, mübahisəli torpaq sahəsi qanunvericiliyə uyğun qaydada cavabdehlərin adına sənədləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestri məlumatlarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirli küçəsi, 1 -ci döngə, ev 10 C mülkiyyət hüququ 21.10.2021 -ci il tarixdə aparılmış ********** reyestr qeydi ilə Fərhad-zadə Emir Rövşən oğluna, digər əmlaklar isə qanunvericiliyə uyğun şəkildə dövlət reyestrində qeydiyyat aparmaqla digər cavabdehlərə məxsusdur. Məlum olduğu kimi reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu qayda ona dəlalət edir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, daşınmaz əmlakın dövlət reyestrində xeyrinə qeydiyyat aparılmış şəxsin hüquqlarına dair məlumatlar əsaslı, həqiqi və tam sayılır, əşya hüquqları qorunur. Belə olan halda, həmin reyestrdəki qeydin əsaslı olmadığını iddia edən şəxs öz iddiasını mötəbər və kifayətedici dəlillərlə sübuta yetirməlidir. Başqa sözlə, reyestrdə xeyrinə qeydiyyat aparılmış şəxs, həmin əmlak üzərindəki hüququnu sübut etməyə borclu deyil. Mübahisə halında qeydiyyata alınmanı düzgün hesab etməyən tərəf onun düzgün olmadığını sübuta yetirmək yükünü daşıyır. Bu baxımdan hazırkı işdə mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində adına olan qeydin həqiqiliyini sübuta yetirmək cavabdehlərin vəzifəsi deyil. Çünki, əksi sübut edilmədikcə həmin qeydiyyat, habelə onun əsasında duran hüquqi səbəblər etibarlı sayılır. Reyestrdə cavabdehin adına olan qeydin əsaslılığına dair qanuni prezumpsiyanın əksini iddia edən tərəf kimi iddiaçılar istinad etdikləri halları sübuta yetirməlidirlər. Bu işdə iddiaçılar mübahisəli sahələrin cavabdehlərin adına qeydə alınmasına əsas olmuş qanunvericiliyin tələblərinə riayət olunmaqla bağlanmış əqdlərin etibarsız sayılmasını tələb edirlər. Buna əsas kimi həmin əmlakların əslində Bağırovlara məxsus olmasını, İddiaçı2 Aydın oğluna və X1 üçün verildiyini, Cavabdeh1 etibardan sui- istifadə etməklə iddiaçıları aldadaraq əmlakları özgəninkiləşdirdiklərini bildirirlər. Bu mövqe daşınmaz əşyaların rəsmi reyestrini aparan dövlət orqanı, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindəki məlumatın əsaslı olmadığı iddiasına söykənir. Belə olan halda, həmin hal mötəbər, şübhə yaratmayan və kifayətedici dəlillərlə sübuta yetirilməlidir. Lakin sübutetmə yükü iddiaçıların üzərinə düşməsinə baxmayaraq onlar tərəfindən aralarında olan əsaslılığı reallığı əks etdirməyən danışıqlardan başqa yuxarıda qeyd edilmiş müqavilələri, nəticədə isə reyesterin məzmununun qeyri-dəqiqliyini sübuta yetirən hər hansı dəlil iş materiallarına əlavə edilməmişdir. Bu hal bir daha sübuta yetirir ki, iddia tələbi formal xarakter daşımaqla həqiqəti əks etdimir. 3) “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019- cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun 24 iyul 2019-cu il tarixli qərarında qeyd edilir ki, mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir. AR MM-nin 182.1-ci maddəsinə əsasən isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. İşin materiallarından aydın olur ki, hüquqlarını müdafiə etdiyim şəxs - Fərhad-zadə Emir Rövşən oğlu vicdanlı alıcı olmuş, qanuni şəkildə nümayəndəsi X18 vasitəsilə Cavabdeh2 ilə 01.04.2021-ci il tarixdə AN - İ AN -№ ******* saylı alqı-satqı müqaviləsi bağlamışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsi Fərhad-zadə Emir Rövşən oğlu tərəfindən 85000 manata satın alınmışdır. İş materiallarına daxil edilmiş 01.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Fərhad-zadə Emir Rövşən oğlunun nümayəndəsi X31 tərəfindən 85000 manat ödəniş edilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində 2021-ci il tarixdə Fərhadzadə Emir Rövşən oğlu tərəfindən yaşayış evi tikilmiş, həmin yaşayış evinə AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Texniki Pasport verilmişdir. Bütün bu göstərilənlər bir daha sübuta yetirir ki, Fərhad-zadə Emir Rövşən oğlu vicdanlı alıcı olmuşdur, o, nəinki torpaq sahəsini qanuni şəkildə əldə etmiş, həmçinin həmin torpaq sahəsində qanuni olaraq yeni fərdi yaşayış evi tikmiş və həmin əmlakın qanuni mülkiyyətçisi kimi də tanınmışdır. 4) Bundan başqa “Hümbətovun Azərbaycana qarşı şikayəti üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 12.11.2009-cu il tarixli qərarı”nda qeyd edilir ki, mübahisəli torpaq sahəsi hal-hazırda üçüncü şəxslərin mülkiyyətindədir. Bununla əlaqədar Məhkəmə qeyd edir ki, onun qərarları mahiyyətcə izahat xarakterlidir. Məhkəmə Hökumətinin ərizəçinin fərdi vəziyyətini düzəltmək öhdəliyini müəyyən etmişdir. Bunun üçün cavabdeh dövlət ərizəçinin mübahisəli torpaq sahəsindən istifadə etmək hüququnun bərpa edilməsi, yaxud onun eyni dəyərli torpaq sahəsi ilə təmin edilməsi, yaxud bunlar mümkün olmadıqda məhkəmə qərarının icra edilməməsinə görə ona müvafiq kompensasiya verilməsi, yaxud bu və ya digər tədbirlərin birləşməsi barədə müvafiq qərar qəbul etməlidir. Avropa Məhkəməsinin qeyd edilən qərarını hal-hazırkı işə tətbiq edək. Belə ki hətta real olmasa belə qənaətə gələk ki, yuxarıda qeyd edilmiş əqdlər etibarsız hesab edildi. Lakin bu zaman işdə yeni mülkiyyətçilərin olmasını , onların dövlətə və onun səlahiyyətli orqanına inanaraq daşınmaz əmlaka qanuni şəkildə mülkiyyət hüququ əldə etməsini nəzərə alaraq həmin mülkiyyətçilərin də hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada gözlənməlidir. Belə ki, Avropa Məhkəməsinin qərarındakı kimi bura da yeni mülkiyyətçi olan Fərhad-zadə Emir Rövşən oğlu tərəfindən yuxarıdada da qeyd etdiyimiz kimi hal-hazırda mübahisələndirilən torpaq sahəsində yeni fərdi yaşayış evi tikilmiş və yaşayış evinə texniki pasport alınmışdır. Odur ki, hətta müqavilələr etibarsız hesab edilsə belə Fərhad-zadə Emir Rövşən oğlunun və digər cavabdehlərin vicdanlı alıcı olmasını, reyestrin həqiqiliyinə inanaraq hərəkət etməsini nəzərə alaraq bu şəxslərin həmin əmlaklara olan mülkiyyət hüquqları pozulmamalıdır. Göründüyü kimi hal-hazırki işdə hüquqlarını müdafiə etdiyi Fərhad-zadə Emir Rövşən oğlu və digər cavabdehlər tərəfindən hər bir hərəkət qanunvericiliyin tələblərinə uyğun şəkildə icra edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edirik ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 irəli sürdüyü iddia tələbi tamamilə əsassız və qanunaziddir. Məhkəmə iclasında şahid qismində dindirimiş X41 ifadəsində göstərmişdir ki, o uzun müddət Toğrul müəllimin şirkətində işləyib. O, tez-tez Toğrul müəllimgilin bağ evlərinə gedib gəlirdi. Həmişə rəhmətlik Toğrul müəllim deyirdi ki, qardaşı oğlu Rüfət bağ evini satmaq istəyir və ona bucür təkliflərlə gəlirdi. Lakin hər dəfə Sevinc xanım bağın satılmasına etiraz edirdi. Sonuncu dəfə Sevinc xanım onlarla əlaqə saxlayıb bildirdi ki, bağ evi Rüfət tərəfindən kimlərəsə satılıb. Bundan sonra Səmədlə ondan xahiş etdi ki, bu məsələni araşdıraq. Şahid suallara cavab olaraq bildirmişdir ki, onlar Rüfətə bu məsələ ilə bağlı zəng edəndə avtomobildə idilər, yol gedirdilər. Rüfət cavab verəndə dedi ki, bağ evi Toğrul müəllim tərəfindən satılıb. O elə deyəndə Səmədlə ikisi bir-birinə baxmışlar ki, bu necə ola bilər?! Axı Toğrul müəllim həmin vaxt rəhmətə getmişdi. Mobil telefonda zənglərin avtomatik yazılması proqramı vardı. Onların danışıqları telefona qeyd olunmuşdur. Həmin torpaq sahəsi 44 sot olardı. O mütəxəssis olduğunu demir. Sadəcə bağ sahəsinə tez-tez gedirdi,ümumi görmüşdü. Həm də Toğrul müəllimgil torpaqla bağlı danışanda eşitmişdi. Məhkəmə iclasında şahid qismində dindirimiş X13 ifadəsində göstərmişdir ki, o Toğrul müəllimin yanında işləyib, köməkçisi olub. Həmin bağda da tez-tez olurdu. Bu yaxınlarda eşitdik ki, həmin bağ sahələri satılıb. Sevinc xanım Fuadla ona zəng edib xahiş etdi ki, bu məsələni araşdırsınlar. O Elçin müəllimlə danışanda məlum oldu ki, bağı Cavabdeh1 ondan etibarnamə alaraq başqasına satıb. Sonra onlar Fuadla Rüfətə zəng ediblər. O da bildirdi ki, bağı əmisi özü satıb. Şahid suallara cavab olaraq bildirmişdir ki, o bağın ölçüsünü dəqiq deyə bilmir,amma hardasa 45 sot olardı. O Toğrul müəllimlə həmin bağda olmuşdur. Eşidirdik ki, Sevinc xanım bağı satmaq istəmir. Çünki Toğrul müəllimdən eşitmişdi ki, qardaşı oğlu bağı satmaq üçün onu razı salmağa çalışırdı. Cavabdeh1 və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini, bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3 və 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir: Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı Çıxarışından görünür ki, 0,09 ha torpaq sahəsində yerləşən ünvan 5 tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 611 nömrəli reyestr kitabının 57802 nömrəli vərəqində İddiaçı2 adına qeydiyyata alınmışdır. İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 04.03.2020-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 0,09 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini “Alıcı”nın mülkiyyətinə verir. “Alıcı” Cavabdeh2 Satıcı İddiaçı2 satdığı tam hissəni (0,09 ha) ondan 33000 manat qiymətinə aldı. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı Çıxarışından görünür ki, 0,10 ha torpaq sahəsində yerləşən ünvan 6 tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 611 nömrəli reyestr kitabının 57812 nömrəli vərəqində İddiaçı3 adına qeydiyyata alınmışdır. İddiaçı3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 04.03.2020-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini “Alıcı”nın mülkiyyətinə verir. “Alıcı” Cavabdeh2 Satıcı İddiaçı3 satdığı tam hissəni (0,10 ha) ondan 36500 manat qiymətinə aldı. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, 0,10 ha torpaq sahəsində yerləşən ünvan 6 tam mülkiyyət hüququ ilə 05.03.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 21.01.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini “Alıcı”nın mülkiyyətinə verir. “Alıcı” Cavabdeh3 Satıcı Cavabdeh2 satdığı tam hissəni (0,10 ha) ondan 70000 manat qiymətinə aldı. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, 0,09 ha torpaq sahəsində yerləşən ünvan 5 tam mülkiyyət hüququ ilə 05.03.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 21.01.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 0,09 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini “Alıcı”nın mülkiyyətinə verir. “Alıcı” Cavabdeh3 Satıcı Cavabdeh2 satdığı tam hissəni (0,09 ha) ondan 60000 manat qiymətinə aldı. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, 0,3350 ha torpaq sahəsində yerləşən ünvan 6 tam mülkiyyət hüququ ilə 04.03.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 19.05.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0,3350 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsinin 0,087 ha hissəsini “Alıcı”nın mülkiyyətinə verir. “Alıcı” Cavabdeh4 Satıcı Cavabdeh3 satdığı tam hissəni (0,087 ha) ondan 34000 manat qiymətinə aldı. Azərbaycan Respublikası “X14” MMC-nin 24 noyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0,3350 ha olan torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 485800 AZN müəyyən edilmişdir. Azərbaycan Respublikası “X14” MMC-nin 24 noyabr 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 0,09 ha olan torpaq sahəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri 133200 AZN müəyyən edilmişdir. Azərbaycan Respublikası “X14” MMC-nin 25 noyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim olunmuş 1 ədəd Samsung Galaxy J6 markalı telefonda olan avtomatik zənglərin qeydə alınma proqramında olan 20.05.2021-ci il tarixdə qeydə alınan səs yazılarında qeydə alınan danışıqların məzmunu tədqiq hissədə verilmiş mətnlərdən ibarətdir. Cavabdeh2 ilə Fərhad-zadə Emir Rövşən oğlu arasında bağlanmış 01.04.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini “Alıcı”nın mülkiyyətinə verir. “Alıcı” Fərhad-zadə X34 Cavabdeh2 satdığı tam hissəni (0,1 ha) ondan 85000 manat qiymətinə aldı. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, 0,10 ha torpaq sahəsində yerləşən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə 21.10.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Fərhad-zadə Emir Rövşən oğlunun adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından görünür ki, 0,10 ha torpaq sahəsində yerləşən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ünvanında yerləşən torpaq tam mülkiyyət hüququ ilə 14.04.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Fərhad-zadə Emir Rövşən oğlunun adına qeydiyyata alınmışdır. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 21.01.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı satıcı ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 0,245 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsinin 0,145 ha olan hissəsini “Alıcı”nın mülkiyyətinə verir. “Alıcı” Cavabdeh3 Satıcı Cavabdeh2 satdığı tam hissəni (0,145 ha) ondan 110000 manat qiymətinə aldı. Azərbaycan Respublikasının İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 29 mart 2022-ci il tarixli məhkəmə sorğusuna əldə edilmiş cavab məktubundan görünür ki, Sizin Bakı şəhəri, Nərimanov rayonu, Mərdəkan qəsəbəsi. 0.10 ha torpaq sahəsi olan 543 saylı, 0.09 ha torpaq sahəsi olan 543a saylı və ümumi sahəsi 0,335 ha olan **********64 reyestr nömrəli 543 saylı ünvanda yerləşən bağ sahəsi barədə məlumat və sənəd surətinin verilməsinə dair sorğuya 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0.10 hektar torpaq sahəsi olan 543 saylı bağ sahəsi 17.10 2001-ci il tarixli 9245 saylı icarə müqaviləsi əsasında 19.02.2016-ci il tarixdə İddiaçı3 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 4Ə- 104 reyestr nömrəli, 04 03.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 543 saylı bağ sahəsi 05.03.2020-ci il tarixdə Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0.09 hektar torpaq sahəsi olan 543a saylı bay sahəsi 17.10.2001-ci il tarixli 24495 saylı icarə müqaviləsi və 11.09.2013-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 18.02.2016-cı il tarixdə İddiaçı2 adına dövlət reyestrində qeydiyyata alınmış, 4Ə-103 nömrəli, 04.03.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 05.03.2020-ci il tarixdə Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Mərdəkan qəsəbəsi 0.10 nektar torpaq sahəsi olan 543 saylı bağ sahəsi, 09 hektar torpaq sahəsi olan 543a saylı bağ sahəsi və 0.245 hektar torpaq sahəsi olan 541 saylı bağ sahəsi Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş 21.01.2021-ci il tarixli alqı- satqı müqavilələri əsasında 04.03.2021-ci il tarixdə ümumi sahəsi 0.335 hektar olan 543 saylı bağ sahəsi kimi 04.03.2021-ci il tarixdə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin bağ sahəsinin 0.087 ha hissəsi alqı- satqı müqaviləsi əsasında 543T saylı bağ sahəsi kimi Cavabdeh4 Hacıbaba oğlunun adına, yerdə qalan 0.248 ha hissəsi 543 saylı bağ sahəsi kimi 02.06 2021-ci il tarixdə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia tələbi üzrə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı2 ilə Cavabdeh2 arasında bağlanmış 04.03.2020-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 0,09 ha olan torpaq sahəsi sonuncuya satılmışdır. İddiaçı3 ilə Cavabdeh2 arasında bağlanmış 04.03.2020-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsi sonuncuya satılmışdır. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 21.01.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsi sonuncuya satılmışdır. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 21.01.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 0,09 ha olan torpaq sahəsi Cavabdeh3 satılmışdır. Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 19.05.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0,3350 ha olan torpaq sahəsi Zeynalov X2. Cavabdeh2 ilə Fərhad-zadə Emir Rövşən oğlu arasında bağlanmış 01.04.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,1 ha olan torpaq sahəsi Fərhad-zadə Emir Rövşən oğluna satılmışdır. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 21.01.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 0,245 ha olan torpaq sahəsi Cavabdeh3 satılmışdır. Hazırda mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçılar onlara məxsus bağ sahəsinin aldatma yolu ilə cavabdeh X19 tərəfindən digər cavabdehlərə dəyərindən aşağı qiymətlə özgəninkiləşdirmiş, bu səbəbdən də həmin alqı-satqı müqavilələrinin aldatma yolu ilə bağlanmış əqd olduğunu bildirirlər. Məhkəmə qeyd edir ki, iddiaçıların mübahisələndirdiyi cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, onlar, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişlər. Belə ki, iş materiallarında olan 03.03.2020-ci il tarixli etibarnamələrin surətindən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan əmlaklara dair sənədləşdirmə və s. etməklə bağlı səlahiyyətləri Cavabdeh1 etibar etmişlər. İddia ərizəsinin dəlillərinə əsasən, iddiaçılar Cavabdeh1 onlara yaxınlaşaraq bağ sahələrinin İddiaçı1 istəyi və razılığı ilə satmaq zərurətini, alqı-satqının təcili aparılmasını və heç nədən narahat olmamaqlarını bildirmiş, bundan sonra onlar həmin əmlaklarla bağlı etibarnaməni vermişlər. İddiaçı1 isə bağ sahələri barəsində bağlanmış alqı-satqı müqavilələrindən 2021-ci ilin may aylarında xəbərdar olduğunu bildirmişdir. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia müddətindən fərqli olaraq kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçılar əqdin etibarsızlığı ilə bağlı halları bilməli olduğu tarix 03.03.2020-ci il hesab olunmalıdır. Hər halda İddiaçı1 həmin bağ sahələrinin onun atasından qaldığını və idarəçiliyi həyata keçirməsi üçün digər iddiaçıların mülkiyyətinə verdiyini bildirirsə, həmin əmlaklarla bağlı hər hansı sərəncam verilmə ilə bağlı hərəkətlər edilirsə, bu məsələdən onun daha sonra məlumatlı olması inandırıcı deyil. Digər tərəfdən isə sonradan məlumatlı olmuş olsa da belə qanunvericiliyin “bilməli olduğu” barədə tələbləri imperativ xarakter daşıyır, belə müddəanı qanunverici təsbit etməklə maraqlı tərəfin müddətin keçməsi əsasına görə mübahisə açmaq hüququ itirilmiş olur. Göründüyü kimi, iddiaçılar mübahisəli müqavilələri yalnız 06.12.2021-ci il tarixdə məhkəmə müstəvisində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 04.03.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin alqı-satqı müqavilələri iddiaçılar İddiaçı2 və İddiaçı3 Cavabdeh1 verdiyi etibarnamələr üzrə 04.03.2020-ci ildə Notariat Kontorunda bağlanmışdır. Odur ki, iddiaçıların sözügedən müqavilədən xəbəri olmuş və müqavilənin etibarsız sayılmağa əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində mübahisələndirməmiş və belə olan təqdirdə iddiaçılar əqdin etibarsızlığını mübahisə etmək hüququndan istifadə etmədiyinə görə iddia ərizəsini rədd etməyi əsaslı və qanuni hesab edir. Qeyd olunanlardan əlavə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Fərhad-zadə Emir Rövşən oğlu əmlakı əldə edən zaman onlarda əqdin legitimsizliyi barədə şübhə yaranmadığından, üçüncü şəxslərin mümkün iddialarından xəbərləri olmadığından, onlar vicdanlı alıcıdırlar. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların “daşınmaz əmlakın reyestrində olan dövlət qeydiyyatının və çıxarışların etibarsız hesab edilməklə ləğv edilməsi” barədə tələbi “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələblərindən irəli gəldiyindən, həmin hissədə iddia tələblərinə prosessual qənaət prinsipi baxımından əlavə hüquqi qiymət verməyə lüzum görmür. Məhkəmə eyni zamanda bildirir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut olmamaqla yanaşı iddiaçıların iddia etdiyi hallar şahid ifadələri ilə müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçıların təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şahid ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı1 mərhum ərinin işçiləri olmuş şahidlər bağ sahələrinin iddiaçıya məxsus olduğunu, həmin bağ sahəsinin Cavabdeh1 tərəfindən aldatma yolu ilə digər şəxslərin xeyrinə özgəninkiləşdirildiyini bildirirlər. Şahidlər iddiaçının mərhum ərinin işçiləri, habelə yaxın münasibətləri olduğuna və mübahisənin öz yaxınının xeyrinə həll edilməsində maraqlı olduğuna görə onların ifadəsi mübahisənin həlli üçün mötəbər sübut sayıla bilməz. Bu baxımdan məhkəmə şahidlərin ifadələrinə tənqidi yanaşır. Məhkəmə, araşdırılan məsələdə cinayətlərin əlamətləri olduğuna görə iş üzrə xüsusi qərardad çıxardaraq araşdırılması üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçılar hüquqi nəticə etibarı ilə cavabdehlər barədə xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.Adı çəkilən Məcəllənin 80cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Fərhad-zadə Emir Rövşən oğluna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqavilələrinin, aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi”nə dair iddia tələbi əsassız olduğundan və məhkəmə araşdırması sübuta yetirilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Fərhad-zadə Emir Rövşən oğluna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “alqı-satqı müqavilələrinin, aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar