Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3821/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Bəxtiyar Cankişi oğluna və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 15 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1725.01 AZN əsas borc, 6.21 AZN faiz , 101.73 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 1832.95 AZN borcu, 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2557.29 AZN əsas borc, 9.42 AZN faiz borcu, 18.78 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 2585.49 AZN və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, “Yelo Bank“ ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 avqust 2019-cu il tarixli və 11 dekabr 2019-cu il tarixli kredit müqavilələrini ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 15 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Yelo Bank“ ASC-dən illik 1 faizlə 60 ay müddətinə 1837.72 AZN , 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Yelo Bank“ ASC -dən illik 1 faizlə 60 ay müddətinə 2599.56 AZN kredit götürmüşdür. Kreditin təminatı olaraq Cavabdeh2 ilə 15 avqust 2019-cu il tarixli və 11 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlamışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il iyunun 25-dək Cavabdeh1 banka 15 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1725.01 AZN əsas borc, 6.21 AZN faiz, 101.73 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 1832.95 AZN borcu, 11 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2557.29 AZN əsas borc, 9.42 AZN faiz borcu, 18.78 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 2585.49 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, ödənişi vaxtında həyata keçirmək üçün ona vaxt lazım olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 15.08.2019-cu il tarixli 21-Y-4-0-438-15 saylı kredit müqaviləsinə əsasən borcluya 1837,72 manat məbləğində 60 ay müddətinə, 1 % illik faiz dərəcəsi ilə kredit verilmişdir. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 11.12.2019-cu il tarixli 21-Z-2-0-195-14 saylı kredit müqaviləsinə əsasən borcluya 2599,56 manat məbləğində 60 ay müddətinə, 1 % illik faiz dərəcəsi ilə kredit verilmişdir. İş materiallarında olan "xxxx" İKB ASC-nin 15.08.2019-cu il tarixli 21-Y-4-0-438-15 saylı kredit müqaviləsinə 1 saylı əlavəsindən görünür ki, Cavabdeh1 15.09.2019-15.08.2024-cü il tarixləri üçün ümumilikdə 1893,85 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.12.2019-cu il tarixli 21-Z-2-0-195-14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə öhdəlik daşıyır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, bank kredit müqavilələrinə əsasən borcalanın yaranmış borcun 5 gün müddətində qaytarılmalı, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 25.06.2021-ci il tarixli, maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 11.12.2019-cu il tarixli 21-Z-2-0-195-14 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 2557,29 manat əsas, 9,42 manat faiz borcu, 18,78 manat dəbbə pulu borcu, ümumilikdə 2585,49 manat məbləğində borcu var; İş materiallarında olan İddiaçı ASC-nin 25.06.2021-ci il tarixli, maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 15.08.2019-cu il tarixli 21-Y-4-0-438-15 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 1725,01 manat əsas, 6,21 manat faiz borcu, 101,73 manat dəbbə pulu borcu, ümumilikdə 1832,95 manat məbləğində borcu var; Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh1 1837,72 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas borc, faiz borcu və dəbbə borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iş üzrə təqdim olunmuş 25.06.2021-ci il tarixli, maliyyə arayışlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borca münasibətdə qismən, faiz borcunun tutulmasında isə tam təmin edilməli, cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 iddiaçının xeyrinə 4282,3 manat əsas, 15,63 manat faiz məbləğində borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış müqavilələr üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 120,51 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində təmin edilməli, 15.08.2019 müqaviləsi 50 manat və 11.12.2019-cu il tarixli müqaviləsi üzrə 8 manat cəmi 58 manat cərimə borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11.12.2019 və 15.08.2019-cu il tarixli kredit müqavilələri üzrə 4282,3 manat əsas, 15,63 manat faiz, 58 manat cərimə olmaqla, cəmi 4355,93 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" İKB ASC (hazırki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış 11.12.2019-cu il tarixli 21-Z-2-0-195-14 saylı və 15.08.2019-cu il tarixli 21-Y-4-0-438-15 saylı kredit müqavilələri ləğv olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4282,3 (dörd min iki yüz səksən iki manat otuz qəpik) manat əsas borc, 15,63 (on beş manat altmış üç qəpik) manat faiz, 58 (əlli səkkiz) manat cərimə olmaqla, ümumilikdə cəmi 4355,93 (dörd min üç yüz əlli beş manat doxsan üç qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3821/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3821/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver