Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3845/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, iddianın etiraf edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “Unibank" KB ASC-nin xeyrinə 12415,75 AZN əsas, 2408,68 AZN faiz, 12,82 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 14837,25 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 134,96 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə ıstehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 13525 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə gorə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə gotürub. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 11 sentyabr 2023, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 12415,75 AZN əsas, 2408,68 AZN faiz, 12,82 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 14837,25 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor Unibank KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. II. Tərəflərin mövqeləri: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdirlər. İddiaçının nümayəndəsi xx.xx.2023cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsi və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -"xxxx" KB ASC 15 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cı il tarixli 519NKstb2/22 saylı kredit müqaviləsinə əsasən borcalanın xx.xx.2021 tarixli 245sSTB2/21 nömrəli xx.xx.2021 tarixli 969nkSTB2/21 nömrəli müqavillə üzrə qalıq borcunun tam ödənilməsi üçün cavabdehə xx.xx.2027-ci il tarixədək illik 18% ödəmək şərtilə 13525 manat məbləğində kredit verilmişdir. - xx.xx.2022-cı il tarixli 519NKstb2/22 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, illik faiz 18, məbləğ 13525 manat, güzəşt müddəti 6 ay, aylıq annuitet 368 manatdır. Kredit alan kredit ödənişini gecikdirdikdə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin əsas borc məbləğinin 0,5 faizdən 1 faizdək miqdarında cərimə ödəyir. - "xxxx" ASC-nin 11 sentyabr 2023-cü il tarixli BANK/PİKMD/1130243 saylı arayışından görünür ki, Cavabdeh 11 sentyabr 2023, bazar ertəsi tarixinə "xxxx" KB ASCyə 12415,75 AZN əsas, 2408,68 AZN faiz, 12,82 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 14837,25 AZN borcu yaranmışdır. - "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh banka olan qalıq borcunun 3 iş günü müddətində ödənilməsi əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2023-cü il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 134,56 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2023-cü il tarixli Cavabdeh tərəfindən təqdim edilmiş ərizədən görünür ki, cavabdeh iddia tələbi üzrə qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin iddia etiraf etməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddia etiraf edildiyindən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kreditin verilməsinə dair 26 05.2022-cı il tarixli 519NKstb2/22 saylı müqavilə bağlnamışdır. Qeyd olunan müqavilə üzrə cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin buna baxmayaraq iddiaçı tərəfindən təmin edilmiş kreditə görə cavabdehin ödənilməmiş borcu qalmışdır. İddiaçı qeyd olunan borcun təmin edilməsi üçün əvvəlcə cavabdehə müraciət etmiş, borc ödənilmədiyindən hazırki tələblə məhkəməyə müraicət etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddianın etiraf edilməsi ilə yekunlaşdırılması nəzərdə tutulmuş və Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə cavabdehin hazırda ona qarşı qaldırılmış iddianı etiraf etdiyi təsdiq edilmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsini qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 134,96 (yüz otuz dörd manat doxsan altı qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-cı il tarixli 519NKstb2/22 saylı kredit müqaviləsi üzrə 12415,75 (on iki min dörd yüz on beş manat yetmiş beş qəpik) manat əsas kredit borcu, 2408,68 (iki min dörd yüz səkkiz manat altmış səkkiz qəpik) manat faiz borcu və 12,82 (on iki manat səksən iki qəpik) cərimə borcu olmaqla, cəmi 14837,25 (on dörd min səkkiz yüz otuz yeddi manat iyirmi beş qəpik) manat və 134,96 (yüz otuz dörd manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq, “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. VI. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-cı il tarixli 519NKstb2/22 saylı kredit müqaviləsi üzrə 12415,75 (on iki min dörd yüz on beş manat yetmiş beş qəpik) manat əsas kredit borcu, 2408,68 (iki min dörd yüz səkkiz manat altmış səkkiz qəpik) manat faiz borcu və 12,82 (on iki manat səksən iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 14837,25 (on dörd min səkkiz yüz otuz yeddi manat iyirmi beş qəpik) manat və 134,96 (yüz otuz dörd manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq, “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-3845/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3845/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver