Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3853/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aliment məbləğinin artırılaraq Cavabdeh (1977-ci ildə anadan olmuş) xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat alimentin tutlub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin iddiaçıya verdiyi hüquqdan istifadə edərək Cavabdeh uşağın saxlanılması üçün alimentin məbləğinin artırılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək istəyir. Cavabdeh ilə 2005-ci il tarixli rəsmi nikahından 04 mart 2008-ci il təvəllüdlü X5 adlı qızı vardır. Cavabdehin ailə həyatına hazır olmayan şəxs olduğuna görə Cavabdeh məhkəmə qaydasında boşadı. Xətai rayon məhkəməsinin qətnaməsi ilə 04 mart 2008-ci il təvəllüdlü X3 iddiaçının himayəsində saxlanılması və cavabdehin hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edildi. Lakin həmin məbləğ uşağın saxlanılmasına kifayət etmədi. Alimentin artırılması tələbi ilə etdiyi müraciəti Nərimanov rayon məhkəməsi xx.xx.2021-ci il tarixdə təmin edərək, cavabdehdən aylıq 175 manat aliment tutulmasını qət etdi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə uşaqların saxlanması üçün 193 manat miqdarında aliment müəyyən edilmişdir. Halhazırda alimentin məbləğinin artırılması barədə iddia qaldırmaq istəyir. Həmin məbləğ kifayət etmir, çox azdır. Cavabdeh tələb etdiyi məbləği tam ödəyə bilər. Çünki onun maddi vəziyyəti buna imkan verir. Belə ki, cavabdehin özünəməxsus xüsusi həyət evi, kifayət qədər də maddi vəsaiti vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsində alimentin miqdarı müəyyən edilməmişdir. Lakin aliment tutulan zaman valideynin rəsmi və qeyrirəsmi əldə etdiyi gəlirlər də mütləq nəzərə alınır. Aliment ödəyən valideynin qazancı müntəzəm olmadıqda və yaxud onun qazancını müəyyən etmək mümkün olmadıqda və s. hallarda sabit pul məbləğdə tutmaq, məbləğdə tutulması dedikdə, ödəmənin konkret məbləğdə təyin edilməsi başa düşülür. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynin uşağını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və sair sahələrdə zəruri ehtiyacları təmin etmək daxildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq valideynlərin borcudur. Valideynlərin zəruri vəsaitinin olmaması belə onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi uşaqların doğulduğu vaxtdan əmələ gəlib, onlar yetkinlik yaşına çatana kimi davam edir. Cavabdeh uşağın normal böyüməsi üçün ona qayğı göstərməli, onun bütün ehtiyaclarını ödəməlidir. Bu onun həm atalıq borcudur, həm də Qanunun cavabdehdən birmənalı tələbidir. İddiaçı tibb bacısı işləyir. Maaşı həddindən artıq azdır (270 manat), özünün və uşağın ehtiyaclarını qarşılamaq üçün yetərli deyil. Doğrudur, iddiaçı bir ana olaraq öz öhdəliklərindən irəli gələn vəzifələrini layiqincə yerinə yetirməyə çalışır və onun bütün istəklərini yerinə yetirmək üçün əlindən gələni edir. Lakin övladı ata qayğısından tam məhrum olmuş uşaqdır. Aydan isə atasının-cavabdehin nə maddi, nə də mənəvi qayğısını görür. Üstəlik Cavabdeh olduqca məsuliyyətsiz şəxsdir. Cavabdeh övladından tamamilə xəbərsizdir. 10 ildən çoxdur ki, övladını gəlib görmür, onunla maraqlanmır. Qızının istər mənəvi, istərsə də maddi ehtiyaclarını ödəmək istəmir, atalıq məsuliyyətini dərk etmir, bu səbəbdən hətta məhkəmə qətnaməsini icra etməməkdən belə çəkinmir. İddiaçı ilə münasibəti pis olsa belə, uşağını saxlamaq cavabdehin boynunun borcudur. X6 günü-gündən böyüyür və xərcləri də təbii ki, artmaqdadır. Artıq onun 13 yaşı var. Qızı Aydan rəsm üzrə repititorla məşğul olur, həmin müəllimə hər ay 60 manat ödəyir. Bundan başqa riyaziyyat, azərbaycan dili və ədəbiyyat fənlərindən əlavə məşğələlərə görə də hər bir müəllimə ayrılıqda 50 manat ödəyir. Beləliklə, hesab edir ki, cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat aliment iddiaçının xeyrinə tutulmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Lakin İddiaçı nümayəndəsi (vəkili) Vəkil ərizə ilə müraciət edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X4 doğulmuş, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, xx.xx.2008-ci il təvəllüdlü X4 anasının yanında qalır və onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2659/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 04 mart 2008-ci il təvəllüdlü X2 üçün tutulan alimentin məbləği dəyişdirilməsi, 04 mart 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, onların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 04 mart 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2659/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 04 mart 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3853/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3853/2022
11.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver