Məhkəmə qərarları › İş №2(005)-3859/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3859/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3859/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1500 (min beş yüz) manat əsas borcun, həmin borca görə hesablanmış 106 (yüz altı) manat məbləğində faiz borcunun və iddia ərizəsi üçün ödənilmiş 36,40 (otuz altı manat qırx qəpik) manat manat məbləğində dövlət rüsumunun, cəmi 1636 (min altı yüz otuz altı) manat məbləğində pulun birdəfəlik tutularaq İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. 2017-ci ildə o, iddiaçıya müraciət edərək, ona 1500 manat məbləğində borc pul verməyi xahiş etmişdir. İddiaçı onunla razılaşıb ona 1500 manat məbləğində borc pul vermiş və bu barədə Cavabdeh ilə onun arasında 21 yanvar 2021-ci il tarixdə yazılı borc müqaviləsi bağlanaraq Bakı şəhəri 3 saylı notariat kontorunda təsdiq edilmiş və reyestrdə 3M-11 № ilə qeyd edilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh iddiaçıdan aldığı borc pulu 21 mart 2021-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 21 yanvar 2021-ci il tarixli borc müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ona ödənilməli olan borc məbləğindən heç bir məbləğdə pul ödəməmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq etsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirilməsi istiqamətində hər hansı bir addım atmamışdır. Göründüyü kimi cavabdehə 1500 manat məbləğində pulu verdiyi tarixdən artıq 1 ildən də çox bir müddət keçməsinə baxmayaraq, cavabdeh həmin pul məbləğindən ona heç bir məbləğ qaytarmadıqlarından iddiaçıya zərər vurmuş, həmin pul məbləği ilə qazanacağı gəlirdən məhrum etmişdir Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu Orucov.H.A tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 1500 (min beş yüz) manat məbləğində pulu Cavabdeh borc vermiş, borclu göstərilən məbləği xx.xx.2021-ci il tarixədək qaytarılması barədə öhdəlik götürmüşdür; Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 1500 manat məbləğində pulu borc almış və həmin məbləği xx.xx.2021-ci il tarixədək İddiaçı qaytarılması barədə öhdəlik götürmüşdür. İddiaçı borc müqaviləsi üzrə yaranmış 1500 manat məbləğində borcu Cavabdeh tələb edir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc müqavilələri bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən İddiaçı cavabdehə müqavilə üzrə 1500 manat məbləğində pul vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almışdır. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə, həm də bundan sonra qaytarmamış, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, yaranmış borc məbləğini iddiaçıya ödəməlidir.. Məhkəmə iddiaçının həmin borca görə hesablanmış 106 (yüz altı) manat məbləğində faiz borcu tələbi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Bununla bağlı məhkəmə iddiaçının “faiz borcu” tələbi üzrə qeyd edir ki, birincisi, iddiaçı həmin tələbini kifayət qədər aydın şəkildə əsaslandırmamışdır; ikincisi, tərəflər arasında olan razılaşmada və ya cavabdehin notariat ərizəsində iddiaçıya faiz ödəyəcəyi nəzərdə tutulmamışdır; üçüncüsü isə, məhkəmənin müvafiq nəticəyə gələrkən istinad etdiyi mülki qanunvericilik normalarının mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır: hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə iddia tələbinin «iddia ərizəsi üçün ödənilmiş 36,40 (otuz altı manat qırx qəpik) ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1500 manat məbləğində pul, iddia ərizəsi üçün ödənilmiş 36,40 (otuz altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq ,İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat pul və 36,40 manat (otuz altı manat qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar