Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3860/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh Rafiq oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Rafiq oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rafiq oğlundan, tərəflərin birgə nikahından olan 04 sentyabr 2004-cü il təvəllüdlü X6 və 06 avqust 2003-cü il təvəllüdlü X1 üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən edilməklə, cəmi 350 manat pulun uşaqlar yetkinlik yaşına çatanadək iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 10 fevral 2007-ci il tarixdə nikaha daxil olmuşdurlar. Birgə nikahdan iki övladları - X6 04 sentyabr 2004-cü ildə, X8 06 avqust 2003-cü il tarixdə doğulmuşlar. İddiaçı iddiası ilə tərəflə arasındakı nikah Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2012-ci il tarixli qətnaməsi ilə pozulmuş və X6 və X5 İddiaçı himayəsində saxlanılması, uşağın saxlanılması üçün cavabdehdən 07 avqust 2012-ci ildən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq tərəflər heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 25 dekabr 2012-ci il tarixli,2(010)-2581/10 saylı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, tərəflər arasında 10 fevral 2007-ci il tarixdə 146 nömrəli aktla Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış nikah pozulmuş, X6 və X8 anaları İddiaçı himayəsində saxlanılmış, 07 avqust 2012-ci il tarixdən başlayaraq 04 sentyabr 2004-cü il təvəllüdlü X4 və 06 avqust 2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Rafiq oğlundan hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə xeyrinə verilməsi haqqında qətnamə qəbul edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 sentyabr 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh Rafiq oğlu, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 avqust 2003-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, alimentin miqdarını artıraraq Cavabdeh Rafiq oğlundan 04 sentyabr 2004-cü il təvəllüdlü X2 üçün hər ay 175 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulması müəyyən edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 avqust 2003-cü il tarixində doğulmuşdur. Məhkəmə qeyd edir ki, X8 artıq yetkinlik yaşına çatmış olduğundan qanunvericiliklə nəzərdə tutulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbinə dair norması tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20.08.2021-ci il tarixdən başlayaraq, Cavabdeh Rafiq oğlundan 04 sentyabr 2004-cü il təvəllüdlü X11 qızının saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 175 ( bir yüz yetmiş beş) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3860/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3860/2021
20.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver