Məhkəmə qərarları › İş №2(005)-39/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-39/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-39/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Niagr Ülfət qızının katibliyi İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdir ki, “İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 66/2013 nömrəli xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18 faizlə 36 ay müddətinə 58 500 (əlli səkkiz min beş yüz dollar sıfır sent) ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditorla Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli 66/2013 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. ipoteka predmeti qismində “BMW 630i” minik avtomobili (Ban:WBAEA11000CX47438) çıxış edir. Eyni zamanda həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yasamal Rayon Məhkəməsinin 5(004)-1182/2015 saylı xx xxxxxxxx 2015-ci il tarixli qərarına əsasən, cinayət işinin obyektiv araşdırılması məqsədilə kredit müqavilələri və əlaqəli sənədlərin əsli vəsatətlə “İddiaçı" ASC-dən götürülmüşdür. Bu səbəbdən iddia ərizəsinin qoşmasına həmin sənədlərin kserosurətləri əlavə edilmişdir. Zaminlik müqaviləsinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, zaminlik müqaviləsində göstərilmişdir ki, əgər “borcalan” kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin bankın ona göndərdiyi bildirişin alınması vaxtından müvafiq sayda gündən ğec olmamaq şərti ilə “borcalan"-ın bütün borclarının ödənilməsinə zamin olur. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(81)- 1541/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və “xxxx” MMC uİddiaçı’’ASC-yə ləğvedici təyin edilmişdir. Lakin, sonradan Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı xx xxxxx 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan "İddiaçı’' ASC-nin ləğvedicisi "xxxx” MMC, Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir. Yuxarıda adı çəkilən 66/2013 nömrəli xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 41971.25 (qırx bir min doqquz yüz yetmiş bir dollar iyirmi beş sent) ABŞ dolları, faiz borcu üzrə 18655.66 (on səkkiz min altı yüz əlli beş dollar altmış altı sent) ABŞ dolları, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 6238.10 (altı min iki yüz otuz səkkiz dollar on sent) ABŞ dolları borc, cərimə borcu üzrə 22475.60 (iyirmi iki min dörd yüz yetmiş beş dollar altmış senti ABŞ dolları, cəmi 89340.61 (səksən doqquz min üç yüz qırx dolları altmış bir sent) ABŞ dolları borcu mövcuddur. Cavabdehə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş xx xxxxxxx 2013-cü il tarixində müvafiq qeydiyyat orqanında qeydiyyatdan keçirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh1 və Cavabdeh2 "İddiaçı” ASC-nin xeyrinə əsas borc üzrə əsas borc üzrə 41971.25 (qırx bir min doqquz yüz yetmiş bir dollar iyirmi beş sent) ABŞ dolları, faiz borcu üzrə 18655.66 (on səkkiz min altı yüz əlli beş dollar altmış altı sent) ABŞ dolları, cərimə borcu üzrə 22475.60 (iyirmi iki min dörd yüz yetmiş beş dollar altmış sent) ABŞ dolları, cəmi 89340.61 (səksən doqquz min üç yüz qırx dollar altmış bir sent ) ABŞ dolları kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz manat) AZN dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “BMW 630i" markalı avtomobilə (Ban - WBAEA11C00CX47438) yönəldilməsi, onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsi, İpoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissədə ümumi qaydada Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə 41971.25 ABŞ dolları əsas, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan faiz 6611.22 ABŞ dolları, borcu gecikdirdiyinə görə hesablanmış 0 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 48582.47 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması, tutmanın ipoteka predmeti olan "BMW 630i" markalı avtomobilə (Ban-WBAEA 11000CX47438) yönəldilməsi, onun açıq hərrqcdan satılması, satışdan əldə olunan vəsaitin qeyd edilən kredit müqaviləsi üzrə borcun ödənilməsi, İpoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kafayət etmədikdə borcun qalan hissədə ümumi qaydada Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər Cavabdeh2 məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli, 66/2013 saylı kredit müqaviləsinin sürətindən görünür ki, "Kredit verən" 58500 ABŞ dolları məbləğində krediti 36 ay müddətinə illik 18 % faizlə "Kredit alan"ın mülkiyyətinə verir və "Kredit alan" isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və bu kredit müqaviləsi ilə müəyyən olunmuş müddətdə və qaydada krediti və ona hesablanacaq faizləri “Kredit verən"ə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh2 arasında bağlanan xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2, borc alan Cavabdeh1 ilə kredit verən İddiaçı ASC arasında bağlanan xx.xx.2013-cü il tarixli, 66/2013 saylı kredit müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxx 2013-cü il tarixli, 66/2013 saylı ipoteka müqaviləsinin sürətindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən “BMW 630i" markalı avtomobil banka girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 66/2013 saylı kredit müqaviləsinə əlavədən görünür ki, aylıq ödəniş 2114,92 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, “BMW 630i" markalı ** HE *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ərizədən görünür ki, ərizə ilə Azərbaycan Respublikası DİN BDYPİ-nə müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 58182 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 41971,25 ABŞ dolları əsas, 0,00 ABŞ dolları faiz, 0,00 ABŞ dolları cərimə, 6611,22 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 48582,47 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21327 nömrəli, xx.xx.2019-cu il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2013-cü il tarixli, 66/2013 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 (sualnüzrə tarixə) LPO "xxxx" ASC olan borcu 60651.89 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 41971.25 ABŞ dolları, faiz borcu üzrə 18680.64 ABŞ dolları. Məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2013-cü il tarixli, 66/2013 saylı kredit razılaşması əsasında Cavabdeh1 illik 18 faizlə 36 ay müddətinə 58 500 (əlli səkkiz min beş yüz dollar sıfır sent) ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditorla Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli 66/2013 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasmı tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh X2 bank ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Belə olan halda məhkəmə Cavabdeh1 kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında olan öhdəliklərini lazımi qaydada icra etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh1 kredit müqaviləsi üzrə borcun tutulmasına dair tələb etmək hüququ vardır. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə hesab edir ki, İddiaçı” ASC ilə kredit və zaminlik müqaviləsi bağlayaraq, üzərlərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə müştərək qaydada məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmiş və bu səbəbdən bank qarşısında cavabdehlik daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 41971,25 ABŞ dolları əsas borc, 6611,22 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 48582.47 ABŞ dolları (qırx səkkiz min beş yüz səksən iki dollar, 47 sent) borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda iddianın tələbin girov predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə 41971.25 ABŞ dolları əsas,müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan faiz 6611.22 ABŞ dolları, cəmi 48582.47 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsait tutulmalı, tutma ipoteka predmeti olan "BMW 630i" markalı avtomobilə (Ban-WBAEA 11000CX47438) yönəldilməli, satışdan əldə olunan vəsait hesabına qeyd edilən kredit müqaviləsi üzrə borc ödənilməlidir. İddia tələbini ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən tutularaq Ləğv prosesində olan İddiaçı” ASC-nin xeyrinə ödənilməsi hissəsində məhkəmə qeyri-müəyyən hesab edir və bu səbəbdən rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada X4 xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh1 və X3 müştərək qaydada iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə 41971.25 ABŞ dolları əsas, müqavilə müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixə 5% ilə hesablanmış və tələb olunan faiz 6611.22 ABŞ dolları, cəmi 48582.47 (qırx səkkiz min beş yüz səksən iki dollar 47 sent) ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı” ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan "BMW 630i" markalı avtomobilə (Ban-WBAEA 11000CX47438) yönəldilsin, satışdan əldə olunan vəsait kredit müqaviləsi üzrə borca yönəldilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar