Məhkəmə qərarları › İş №2(005)-3900/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3900/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3900/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən pensiyasından tutulmuş 502,95 manat pulun və buna görə Mərkəzi Bankın faiz dərərcəsi ilə kompensassiyanın hesablanaraq Cavabdeh birdəfəlik tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində Cavabdeh 3000 manat kreditə zamin durub. Cavabdeh krediti ödəməkdən yayındığı üçün zamin olaraq icra sənədi təqaüdünə yönəlmişdir və cavabdehin götürdüyü krediti son məbləğə kimi iddiaçıdan hər ay 100 ABŞ dolları olmaqla pensiya kartından tutulmuşdur. Cavabdehin əvəzindən 1525 manat 97 qəpik borcu və icra haqqı 107 manat 12 qəpik məbləğində vəsait tutulmuşdur. xx.xx.2022-ci il tarixdə təqaüdünün kəm olduğunu başa düşüb, Əmək və Əhalinin Sosial Miidallə Nazirliyinin Xüsusi Şərtlərlə Tayinatla üzrə Mərkəzi filialına rəsmi müraciət etmişdir və iddiaçının təqaüdündən çıxılmanın səbəbi barədə dəqiq məlumat verilməmişdir. Bu məsələ ilə bağlı "xxxx" QSC-yə müraciət etdi və iddiaçının borcunun olub-olmaması barədə arayış istədi. Həmin vaxt iddiaçıya bankdan məlumat verdilər ki, xx.xx.2007-ci tarixdə iddiaçı xəstə olduğu dövrdə "xxxx" QSC 6000 ABŞ dolları məbləğində kredit götürmüş Cavabdeh və həmin kredit də iddiaçı iştirakı olmadan əvəzindən zamin kimi imza etmişdir. Bu illər ərzində saxta yollarla xəbəri və razılığı olmadan, imzası saxtalaşdılmış təkrarən kredit götürmüşdür. xx.xx.2022ci il tarixdən həmin kreditə görə icra məmurunun xidmət haqqı kimi yenidən 502,95 manat hər ay 158 manat iddiaçının pensiya kartından tutulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli 2(005)-7659/2017 saylı qətnaməsi ilə iddia qismən edilərək, Cavabdeh 705 (yeddi yüz beş) manat 69 (altmış doqquz) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin iş materillarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 2(103)-4741/2009 saylı icra sənədinə əsasən borclular Cavabdeh və İddiaçı ümumilikdə 7.234 ABŞ dolları 54 sent və ödənilmiş dövlət rüsumunun əvəzi 9 manat 90 qəpik məbləğində pul tutularaq "xxxx" QSC-yə verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X1 Firuz Aydın oğluna ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xətai rayon İcra şöbəsinin 24 avqust 2015-ci il tarixli 17/742833111 nömrəli məktubu ilə Mərkəzi Filiala ünvanlanmış Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2009-cu il tarixli 2(103)-4741/2009 nömrəli icra sənədinə əsasən əmək pensiyanızdan “Access Bank" ASC-nin xeyrinə 1601,77 manat pul vəsaiti, həmçinin icra vərəqəsində qeyd edilən ümumi 7605,27 manat borc məbləğinin 7 faizi-532,37 manat məbləğində icra ödənişi tutularaq müvafiq hesablara köçürülməsi qeyd edilmişdir. Lakin aparılmış araşdırma zamanı xx.xx.2015-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində əmək pensiyanızdan “Access Bank" ASC-nin xeyrinə ümumilikdə 1601,77 manat deyil, 1525,97 manat, icra ödənişi isə 532,37 manat deyil, 106,12 manat tutulduğu müəyyən edilib. Qeyd olunları nəzərə alaraq, yuxarıda göstərilən icra sənədi üzrə adıçəkilən bankın xeyrinə 75,80 (1601,77-1525,97) manat borc məbləği və 426,25 (532,37-106,12) manat icra ödənişi olmaqla ümumilikdə 502,05 (75,80+426,25) manat pul vəsaitinin xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində əmək pensiyanızdan tutularaq müvafiq hesablara köçürülməsi nəzərdə tutulub. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı və Cavabdeh “Access Bank" ASC-nin xeyrinə 3758,68 ABŞ dolları kredit borcu, 475,86 ABŞ dollar; faiz borcu, 3000 ABŞ dolları cərimə və 09 manat dövlət rüsumunun müştərək qaydada tutulmasına dair Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 2(103)-4741/2009 saylı icra sənədi icra olunması üçün göndərilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin təmin edilməsi üçün "xxxx" QSC qarşısında borclu - iş üzrə Cavabdeh ilə birgə məsuliyyət götürmüş, Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etmədiyi üçün bank müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən mülki işə baxılaraq mübahisəyə müvafiq hüquqi qiymət verilmiş, məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmiş, icra vərəqəsi icra olunması üçün icra şöbəsinə göndərilmiş, icra tədbirləri həyata keçirilərək İddiaçı xx.xx.2016-cı il tarixdən 599 manat 57 qəpik "xxxx" QSC-nin xeyrinə, 106 manat 12 qəpik icra ödənişi olmaqla, cəmi 705 manat 69 qəpik tutulmuşdur. Bundan sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli 2(005)-7659/2017 saylı qətnaməsi ilə iddia qismən edilərək, Cavabdeh 705 (yeddi yüz beş) manat 69 (altmış doqquz) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra müəyyən edilmişdir ki, xx.xx.2015xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək pensiyasından “Access Bank" ASC-nin xeyrinə ümumilikdə 1601,77 manat deyil, 1525,97 manat, icra ödənişi isə 532,37 manat deyil, 106,12 manat tutulmuşdur. Yuxarıda göstərilən icra sənədi üzrə adıçəkilən bankın xeyrinə 75,80 (1601,77-1525,97) manat borc məbləği və 426,25 (532,37-106,12) manat icra ödənişi olmaqla ümumilikdə 502,05 (75,80+426,25) manat pul vəsaitinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək pensiyasından tutularaq müvafiq hesablara köçürülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vll-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 431.3-ci maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsindən göründüyü kimi, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-ci maddəsinə görə, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2009-cu il tarixli 2(103)- 4741/2009 nömrəli icra sənədi zamin İddiaçı təqaüdünə yönəldilərək icra edilmiş, bununla bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli 2(005)-7659/2017 saylı qətnaməsi ilə iddiaçının reqress qaydada pul tələbi təmin edilmiş, lakin sonradan iddiaçının əmək pensiyasından həmin icra sənədinin icrası ilə əlaqədar qalıq məbləğ - 502,05 manat pul tutulmuşdur. Nəticə etibarilə İddiaçı əmək pensiyasından icra sənədi üzrə borc ödənilmiş bununla da zaminin əsas borcluya, yəni İddiaçı Cavabdeh qarşı reqres hüququ yaranmışdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı "xxxx" QSC-yə icra sənədi üzrə borcun və icra ödənişinin tutulması nəticəsində ödənilmiş 502,05 manat pul vəsaitinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddiasını əsaslı hesab edir və iddianın təmin edilməsini qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı ona Mərkəzi Bankın faiz dərəcəsi ilə kompensasiya ödənilməsini əsaslandıran mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 502,95 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar