Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-392/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-ə ( müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə X5 cəlb edilməklə) qarşı “borc məbləğinin silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-ə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası X1rşı “borc məbləğinin silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun “xxxx” ASC-ə borcunun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xxxxxx 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsinə və ödədiyi bütün məbləğin mərkəzləşdirilmiş kredit reyestrinə düzgün daxil edilməsi öhdəliyinin “xxxx” ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2015-ci il tarixdə “xxxx” ASC-dən 10-xx-xx-08191 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 27 % olmaqla 3 900 ABŞ dolları məbləğində kredit götürmüşdür. “xxxx” ASC ona qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə ondan iddiaçı “xxxx” ASC-nin xeyrinə 3 525,02 ABŞ dolları əsas, 804,04 ABŞ dolları faiz borcu olmaqla cəmi 4 329,06 ABŞ dolları kredit borcunun və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsi də öz növbəsində 2(009)-1900/2017 saylı xx xxx 2017-ci il tarixli qətnamə əsasında iddia tələbini təmin edərək qətnaməni icra olunması üçün Səbail rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. O, həmin kredit müqaviləsi üzrə kredit götürdüyü gün 160 ABŞ dolları məbləğində banka kredit borcundan ödəniş etmişdir. Bundan əlavə 2016-cı ilin fevral ayından oktyabr ayınadək 1 661 manat, 2017-ci ilin iyun ayından oktyabr ayınadək isə 524 manat ödəniş etmişdir. Daha sonra isə Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icra vərəqəsində göstərilən borc məbləği onun təqaüdünə yönləndirilmiş və 2017-ci ilin noyabr ayından 2019-cu ilin fevral ayınadək təqaüdündən 2 878,88 manat pul tutularaq “xxxx” ASC-ə ödənilmişdir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış fərmana əsasən onun kredit borcundan 2 244 manat məbləğində pul silinmiş və 2 901,39 manat məbləğində borc isə restrukturizasiya olunaraq 5 il müddətinə illik 1 %-lə ödənilməsinə yönəldilmişdir. Hesab edir ki, o, “xxxx” ASC-ə olan kredit borcunu artıqlaması ilə ödəmiş və ona görə də onun “xxxx” ASC-ə olan borcunun silinməsinə dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarında olan Səbail RPİ tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 mənzil 8 ünvanında yaşayır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(009)-1900/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı “xxxx” ASCnin xeyrinə 3 525,02 ABŞ dolları əsas, 804,04 ABŞ dolları faiz borcu olmaqla cəmi 4 329,06 ABŞ dolları kredit borcunun və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat İdarəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə verilmiş 1412 nömrəli Arayışdan görünür ki, İddiaçı pensiyasından 2 699,70 manat tutularaq “xxxx” ASC-nin hesabına ödənilmişdir. İş materiallarında olan Xəzinə Mədaxil orderlərindən görünür ki, İddiaçı “xxxx” ASC-ə 2016-cı ilin fevral ayından oktyabr ayınadək 1 661 manat, 2017-ci ilin iyun ayından oktyabr ayınadək isə 524 manat ödəniş etmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091-ci maddəsində göstərilir ki, Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya. Həmin Məcəllənin 1093.1-ci maddəsində göstərilir ki, Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1094-cü maddəsində göstərilir ki, Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(009)-1900/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı “xxxx” ASC-nin xeyrinə 3 525,02 ABŞ dolları əsas, 804,04 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4 329,06 ABŞ dolları kredit borcunun və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş borc məbləği iddiaçının 2017-cı ilin fevral ayınadək təqdim edilmiş borc məbləğinə dair sənədlərə əsasən müəyyən edilmişdir. 2107-ci ilin fevral ayından isə hazırki iş üzrə İddiaçı ödənişlər etmişdir. Habelə 2017-ci ilin fevral ayından mübahisələndirilən müqavilənin bağlanma tarixinədək iddiaçının pensiyasından 2878,88 manat tutulmuşdur. Bununla belə problemli kreditlərin kompensasiyasına dair xx xxxx 2019-cu il tarixə olan məlumatlardan aydın olmuşdur ki, ödənişlər olduğu halda cavabdeh bank tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilmiş düzgün hesablanmamış məlumatlara əsasən ümumi borc məbləği 3740 ABŞ dolları kimi hesablanmışdır. Problemli kreditlərin kompensasiyasına dair xx xxxx 2019-cu il tarixə olan məlumatlardan göründüyü kimi cavabdeh bank kredit reyestrinə düzgün hesablanmamış məlumatlara daxil etdiyjindən buna əsasən ümumi borc məbləği 3740 ABŞ dolları, həmin borc manat ekvivalentində xx xxxx 2019-cu il tarixə 5145,39 manat kimi hesablanmışdır. Həmin 5145,39 manat borcun azaldılmasına yönələn məbləğdən 2244 manat borcun azaldılmasına yönəldilməklə, borc qalığı məbləği 2901,39 manat olduğu qeyd edilmişdir. O da qeyd edilməlidir ki, xx xxxxxx 2020-ci il tarixli Dos/20-401 saylı “xxxx” ASC-nin arayışından da görünür ki, iddiaçı 1295,90 manat -xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə 105,86 manat banka ödəniş etmişdir. Bununla belə problemli kreditlərin kompensasiyasına dair xx xxxx 2019-cu il tarixə olan məlumatlara əsasən 2901,39 manat borc məbləğindən iddiaçı 1295,90 manat -xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə 105,86 manat banka etdiyi ödənişlər də nəzərə alınmadan xx xxxx 2019-cu il tarixdə cavabdeh bank iddiaçı ilə borc məbləğinin 2821,46 manat olmasına dair müqavilə bağlamışdır. Halbuki 2019-cu ilin aprel ayında olan ödənişlər (1295,90 manat+105,86 manat) məbləği Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına və həmin fərmandan irəli gələn qaydalara uyğun olaraq borcun azaldılması ilə 2901,39 manat müəyyən edilmiş borc qalığı məbləğindən çıxıldıqdan sonra müqavilə bağlanmalı idi. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Maliyyə X3 xx xxxx 2019-cu il tarixli ”Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi müxanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.10-cu bəndinə əsasən kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ mənasını ifadə edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğv etmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğv etmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olduğu şəxs tərəfindən Palataya təqdim edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Azərbaycan Respublikası Milli X6 “03” noyabr 2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.3-cü bəndinə görə banklar fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti haqqında MKR-ə məlumat verməlidirlər. Həmin Qaydaların 6.4-cü bəndinə görə borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. Yuxarıda sadalanan əsaslara zidd olaraq cavabdeh “xxxx” ASC Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(009)-1900/2017 saylı qətnaməsi ilə İddiaçı ümumi borc məbləği müəyyənləşdiyi halda, həmin məhkəmə aktının qəbul edildiyi tarixdən sonra borc məbləğinə faizlər hesablanmasını davam etdirmiş və İddiaçı xx xxxx 2017-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək məhkəmə qətnaməsinə əsasən ödədiyi borc məbləğindən əlavə faizlər çıxılmaqla borc məbləğinin artırılmasına səbəb olmuşdur. Bu hal xx xxxxxx 2020-ci il tarixli Dos/20-401 saylı “xxxx” ASC-nin arayışında öz təsdiqini tapır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh “xxxx” ASC arasında xx xxxx 2019-cu il tarixdə bağlanmış 10-xx-xx-089191 saylı kredit müqaviləsi ləğv edilməli, ödənilmiş bütün məbləğlərin mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi öhdəliyi cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh “xxxx” ASC arasında xx xxxx 2019-cu il tarixdə bağlanmış 10-xxxx-089191 saylı kredit müqaviləsi ləğv edilsin. Ödənilmiş bütün məbləğlərin mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi öhdəliyi cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-392/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-392/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver