Məhkəmə qərarları › İş №2(005)-3920/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3920/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3920/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16200 manatın ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayan X4 qohumudur. Qohumu həmin müddət qızı X3 evində yaşayırdır. Həmin qohumumgilə gedən zaman qohumu Səfurənin rəfiqəsi Cavabdeh çox zaman orada görürdür. Aralarında olan söhbətdən məlum olurdur ki, Cavabdeh oğlu X2 miqdarda borcu vardır. Həmin müddət X9 cinayət işi qaldırılmışdı. Cinayət işi qaldırıldıqdan sonra onu zaminə buraxmışdılar ki, borclarını qaytarsın. X7 anası Cavabdeh bildirmişdir ki, oğlu maşın alveri ilə məşğuldur, yaxın zamanlarda onun maşınları Gömrük Komitəsindən keçəcəkdir və Elçinə təcili pul lazımdır. Həmin müddət maşın atmaq fikrində idir və bildirmişdir ki, maşınlar Gömrükdən keçəndən sonra birini alarcaq. Cavabdeh X13 ilə tanış etmişdir. Oğlu ona hansı maşınları gətirdiyini bildirmiş və həmin maşınlardan birinin “Vito Mercedes” olduğunu bildirmişdir. Avtomobilin qiymətinin 16200 manat olduğunu qeyd etmişdir. Həmin gün 02.04.2021-ci il tarixidə Cavabdeh bildirmişdir ki, hal-hazırda oğlunu zaminə buraxıblar ki, borclarını qaytarsın və ondan xahiş etmişdir ki, 16200 manatı əvvəlcədən Cavabdeh borc kimi versin, maşınlar isə bir həftəyə çataçaq və borcun əvəzinə oğlu ona maşın verər. X1 və X3 yanında Ramana qəsəbəsi Bülbülə küçəsi 1 ünvanında 16200 manatı Cavabdeh vermişdir. Bundan sonra oğlu borclarını qaytara bilmədiyinə görə barəsində həbs qəti imkan tədbiri seçilmişdir. Hal-hazırda oğlu cəzaçəkmə müəssisəsindədir. Qadın isə borcunu qaytarmamaq üçün müxtəlif bəhanələr gətir və bu günə qədər borcu qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X12 iddia ərizəsini qəbul etmiyərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirmişdir ki, iddiaçı yoldaşının əmisi oğludur, cavabdeh isə anasının rəfiqəsidir. Pul 02.04.2021-ci il tarixdə cavabdehə verilmiş, lakin cavabdeh pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 bildirmişdir ki, cavabdeh tanışı olmuşdur. 02.04.2021-ci il tarixdə qızının evində iddiaçı cavabdehə 16200 manat pul vermiş, lakin cavabdeh pulu maşın adı ilə alsa da, nə maşını vermiş, nədə pulu qaytarmışdır. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd olunan müddəalara əsasən tərəflər arasında borc müqaviləsi olmasa da öhdəlik münasibətlərinin mövcudluğu ilə bağlı mübahisəli halı araşdırma baxımından məhkəmə hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi məbləği cavabdehə verməsi barədə inandırıcı sübut təqdim etməmiş, həmçinin cavabdeh tərəfindən həmin fakt etiraf olunmamışdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mülki işdə iddiaçı iddia ərizəsində cavabdehə müəyyən məbləğldə pul verməsini göstərsə də, yalnız şahid ifadələri ilə iddia tələbinin əsaslılığı sübuta yetirilməsi üçün kifayət etmir. İddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi olmadığılndan iddiaçının hazırkı iddiasının hüquqi əsası yoxdur, iddiaçı iddiasını əsaslı və qanuni edən borcun verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar