Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3925/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçının qarşılıqlı iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili X4, İlkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması» qarşılıqlı iddia üzrə “alimentin həcminin azaldılması” tələbilərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh 20 may 2005-ci il təvəllüdlü X6 və 25 noyabr 2014-cü il təvəllüdlü X5 və 24 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X7 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki olaraq 2003cü il avqustun 12-də ailə qurmaqla, rəsmi nikaha 05 may 2016-cı il tarixdə Baki şəhəri 5 saylı “ASAN Xidmətidə daxil olmuşdur. Bu nikahdan 3 övladı 20 may 2005-ci il təvəllüdlü X12, 25 noyabr 2014-cü il təvəllüdlü X10, 24 oktyabr 2012-ci il təvəllüdlü X8 anadan olmuşdur. Cavabdeh ilə aralarındakı nikahın pozulması tələbi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 09 fevral 2021-ci il tarixli 2(005)- 261/2021 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq aralarındakı nikah qeydinin pozulması və 20 may 2005-ci il təvəllüdlü X6, 25 noyabr 2014-cü il təvəllüdlü X5 və 24 oktyabr 2012-ci il təvəllüdlü X1 anası İddiaçı himayəsində saxlanması qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)-261/2021 nömrəli qətnaməsi ilə cavabdehdən birgə nikahdan olan uşaqların saxlanılması üçün onun xeyrinə hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat alimentin tutulması qət edilmişdir. Cavabdeh həmin qətnaməni lazımi qaydada icra etmir. Bundan əlavə, uzun müddətdir ki, uşaqlara heç bir maddi yardım göstərmir. Cavabdehin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişəndir. Belə ki, cavabdeh fərdi əməklə məşğul olur. Uşaqların gündəlik tələbatı, sağlamlığı, məktəb ləvazimatları üçün kifayət qədər vəsait tələb olunur. Cavabdeh isə övladlarına heç bir maddi köməklik göstərmir. Cavabdeh qarşlılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə hər ay üç uşağın saxlanılması üçün ondan tutulan 510 manat alimentin məbləğinin azaldılaraq 300 manat məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı birgə nikahımızdan doğulmuş İlahə Məmmədli, Ruqayyə Məmmədli və Məryəm Məmmədli adlı uşaqlarımızın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay alimentin artırılmasını xahiş etmişdir. Bildirmək istəyirəm ki, mən uşaqlarımın saxlanılması üçün hər ay ümumilikdə 510 manat aliment ödəyirəm. Hər uşaq üçün hər ay 175 manat olmaqla. İddiaçı tələbinin hüquqi əsas kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75. 76,78 və 112-ci maddələrinə və ən əsas da “Yaşayış minimumu haqqında” Azərbaycan Qanununa (2022-ci il üçün nəzərdə tutulmuş yaşayış minimumu) əsaslanmışdır. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2022-ci il üzrə hər ay 193 manat həddində müəyyən edilməsi ilə bağlı qeyd edirəm ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki. alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd elmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçının qarşılıqlı iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqılı iddia tələbinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-261/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia tələbi qismən təmin edilərək, 20 may 2005-ci il təvəllüdlü X6, 25 noyabr 2014-cü il təvəllüdlü X5 və 24 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat, cəmi 510 manat aliment X2 xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Cəlilabad rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 796367 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2005-ci ildə X12 adlı uşaqları anadan olmuşdur. - Bakı şəhəri Səbail rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 114582 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2012-ci ildə X9 adlı uşaqları anadan olmuşdur. - Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 103840 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2014-cü ildə X10 adlı uşaqları anadan olmuşdur. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, tərəflər arasında olan rəsmi nikahdan 20 may 2005-ci il təvəllüdlü X12, 25 noyabr 2014-cü il təvəllüdlü X10 və 24 oktyabr 2012ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşlar. Uşaqlar hal-hazırda iddiaçı ilə birlikdə yaşayır. Cavabdehin daimi iş yeri müəyyən edilməmişdir. Buna görə də, məhkəmə alimentin sabit pul məbləğində müəyyən edilərək həmin məbləğin təyin edilməsini məqsədəmüvafiq hesab edir. İlkin iddia üzrə iddiaçı hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin ödənilməsini tələb edir. Yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə olan halda ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş, alimentin həcminin azaldılması ilə bağlı qarşılıqlı tələbi əsassızdır. Belə ki, hazırda cavabdehin qarşılıqlı iddiası ilkin iddia tələbi üzrə tələb edilən aliment məbləğinin azaldılmasına yönəlmişdir. Lakin cavabdeh tərəfindən azaldılması istənilən aliment məbləği Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-261/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Odur ki, hazırda qeyd olunan qarşılıqlı iddia tələbi üzrə məhkəmə araşdırmasının aparılması qüvvədə olan qanunvericiliyə ziddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunana maddi hüquq normaları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 20 may 2005-ci il təvəllüdlü X6, 25 noyabr 2014-cü il təvəllüdlü X5 və 24 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)-261/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 20 may 2005-ci il təvəllüdlü X6, 25 noyabr 2014-cü il təvəllüdlü X5 və 24 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 193 (yüz doxsan üç) manat olmaqla cəmi 579 (beş yüz yetmiş doqquz) manat aliment pulu tutularaq ilkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ödənilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğlundan 20 may 2005-ci il təvəllüdlü X6, 25 noyabr 2014-cü il təvəllüdlü X5 və 24 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)-261/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 20 may 2005-ci il təvəllüdlü X6, 25 noyabr 2014-cü il təvəllüdlü X5 və 24 oktyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 193 (yüz doxsan üç) manat olmaqla cəmi 579 (beş yüz yetmiş doqquz) manat aliment pulu tutularaq ilkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ödənilsin. İlkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “Alimentin həcminin azaldılması” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-3925/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3925/2022
15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver