Məhkəmə qərarları › İş №2(005)-3927/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3927/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3927/2020 25.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə” mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 751/F12 nömrəli, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə Cavabdeh1 ləğv prosesində olan “xxxx” ASC qarşısında 2108 manat (iki min yüz səkkiz manat) əsas, kredit üzrə müddət bitəndən sonra Konsitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən hesablanan 1056.76 manat (min əlli altı manat, yetmiş altı qəpik) məbləğində faiz borcu, cəmi 3164.76 manat (üç min yüz altmış dörd manat, 76 qəpik) manat və ləğv prosesində olan “xxxx” ASC tərəfindən ödənilmiş 30(otuz) manat dövlət rüsumunun və 0.40(qırx qəpik) manat xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx” ASC-nin 12 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 751/F12 nömrəli, xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 5 (beş) %-lə 12 ay müddətinə 3000 manat (üç min manat) məbləğində kredit verilmişdir. Əlavə olaraq "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxxxxx 2009-cu il tarixli, 286 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 "borcun qaytarılması tələbi ilə bağlı" xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixində 49 (qırx doqquz) manat məbləğində ödəniş edilmişdir. “xxxx” ASC-nin 12 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 751/F12 nömrəli, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019- cu il tarixə Cavabdeh1 ləğv prosesində olan “xxxx” ASC qarşısında 2 108 manat (iki min yüz səkkiz manat) əsas, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il, tarixli qərarına əsasən hesablanan 1056.76 manat (min əlli altı manat, yetmiş altı qəpik) məbləğində faiz borcu, cəmi 3164.76 manat (üç min yüz altmış dörd manat, 76 qəpik) məbləğində borcu yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadİ məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 1(81)-1404/2016 saylı qərarına əsasən "xxxx” ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASC-nin ləğvedici təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2009-cu il tarixli 751F12 nömrəli “xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Naxçıvan” filialı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış Kredit müqaviləsindən görünür ki, Cavabdeh1 istehlak krediti verilməsi məqsədilə 12 ay müddətinə illik faiz dərəcəsi 5 faiz olmaqla 3.000 (üç min manat) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxxx 2009-cu il tarixli 286 nömrəli “xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Naxçıvan” filialı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış Zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 “xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Naxçıvan” filialı arasında xx xxxxxxx 2009-cu il tarixdə bağlanmış 751/F12 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinə zamin durmuşdur. İş materiallarında olan ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxxx 2020-ci il tarixli **********396 nömrəli Məktubdan görünür ki, Cavabdeh1 xx xxxxxxx 2009-cu il tarixli 8-16467-4 saylı kredit müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixə 2108 (iki min yüz səkkiz manat) manat əsas, kredit müqaviləsi üzrə müddət bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanan 1056,76 (min əlli altı manat yetmiş altı qəpik) manat faiz olmaqla, ümumlikdə 3164,76 (üç min yüz altmış dörd manat yetmiş altı) manat məbləğində borcu vardır. İş materiallarında olan ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvanlanmış **********407 nömrəli Bildirişdən görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədov X1 MR, Babək rayonu, Qaraxanbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Babayev X3 MR, Babək rayonu, Tumbul kəndində qeydiyyatdadır. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1976-cı ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş və ünvan 1 mənzil 82 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Mədaxil Qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Ona görə də iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilərək bu barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zaminlər Cavabdeh2 oğlundan, Cavabdeh3 zaminlik müqaviləsi üzrə borc məbləğinin tələb edilməsi hissəsində iddia tələbi əsassızdır. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İddia tələbindən göründüyü kimi 2108 manat borc məbləğinin gecikdirilmiş hər gün üçün ödənilməli məbləğ 0,29 manat (2108/100x5/360) təşkil edir və gecikdirilmiş günlərin sayı 3644 gündür. 3644 gün x 0,29 manat=1056 manat Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, “xxxx” ASC-nin “Naxçıvan” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2009-ci il tarixli 751/F12 saylı Kredit müqaviləsi üzrə Cavabdeh1 2108 (iki min yüz səkkiz manat) manat əsas, 1056,76 (min əlli altı manat, 76 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3164,76 (üç min yüz altmış dörd manat, 76 qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2108 (iki min yüz səkkiz) manat əsas, 1056,76 (min əlli altı manat, 76 qəpik) manat faiz borcu olmaqla, cəmi 3164,76 (üç min yüz altmış dörd manat, 76 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar