Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-395/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı müqavilənin ləğvi, kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, 74/SM-21 saylı müqavilə üzrə yaranmış 9914,53 manat; xx.xx.2021-ci il tarixli, 767/SM-21 saylı müqavilə üzrə yaranmış 9320,83 manat; xx.xx.2021-ci il tarixli, 1109/SM-21 saylı müqavilə üzrə 17006,42 manat və xx.xx.2021-ci il tarixli, 1173/SM-21 saylı müqavilə üzrə 814,47 manat olmaqla, ümumilikdə 37056,25 manat məbləğində kredit borcunun, ödənilmiş 157 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 61 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, 74/SM-21 saylı kredit və eyni tarixli girov müqaviləsinə əsasən borcluya 12 ay müddətinə 21200 manat məbləğində; xx.xx.2021-ci il tarixli, 767/SM- 21 saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 10000 manat məbləğində; xx.xx.2021-ci il tarixli, 1109/SM-21 saylı kredit və eyni tarixli girov müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 28800 manat məbləğində; xx.xx.2021-ci il tarixli, 1173/SM-21 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 3650 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" BOKT MMC-yə xx.xx.2021-ci tarixli 74/SM-21 saylı müqavilə üzrə əsas borc 8321,84 manat, faiz borcu 1592,69 manat olmaqla, cəmi 9914,53 manat; xx.xx.2021-ci il tarixli 767/SM-21 saylı müqavilə üzrə əsas borc 8677,71 manat, faiz borcu 643,12 manat faiz borcu olmaqla, cəmi 9320,83 manat; xx.xx.2021-ci il tarixli 1109/SM-21 saylı kredit və eyni tarixli girov müqaviləsi üzrə əsas borc 14545,20 manat, faiz borcu 2461,22 manat olmaqla, cəmi 17006,42 manat; xx.xx.2021-ci il tarixli, 1173/SM-21 saylı müqavilə üzrə əsas borc 814,47 manat kredit borcu yaranmışdır. Cavabdeh yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair pretenziya (bildiriş) göndərilməsinə baxmayaraq, cavabdeh buna məhəl qoymamış, öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli, 74/SM-21 saylı kredit müqaviləsi üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 42 %-lə, xx.xx.2021-ci il tarixli, 767/SM-21 saylı müqavilə üzrə 36 faizlə, xx.xx.2021-ci il tarixli 1109/SM-21 saylı müqavilə üzrə 36 faizlə, xx.xx.2021-ci il tarixli, 1173/SM-21 saylı müqavilə üzrə 48 faizlə hesablanır. Məhkəmə iclasında iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddia tələbində “ödənilmiş 157 manat məbləğində kredit borcunun” sözləri texniki yanlışlıq olaraq qeyd edilmişdir. Bundan başqa hazırki iddia üzrə 61 manat və 141 manat məbləğində dövlət rüsumu ödənilmiş, həmin məbləğin məhkəmə xərci olmasını nəzərə alaraq, cavabdehdən MMC-nin xeyrinə tutulmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, 767/SM-21 nömrəli Kredit müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə, 10000 manat məbləğində kredit verilmişdir. “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətlərdə onu faizi ilə birlikdə kredit təşkilatına qaytarmağı öhdəsinə götürmüşdür; Maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, 767/SM-21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh əsas borcu 8677,71 manat, faiz borcu 643,12 manat olmaqla, cəmi borcu 9320,83 manat təşkil edir; xx.xx.2021-ci il tarixli, 1173/SM-21 nömrəli Kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə, 3650 manat məbləğində kredit verilmişdir. “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətlərdə onu faizi ilə birlikdə kredit təşkilatına qaytarmağı öhdəsinə götürmüşdür; Maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, 1173/SM-21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh borcu 814,47 manat təşkil edir; xx.xx.2021-ci il tarixli, 74/SM-21 nömrəli Kredit müqaviləsindən görünür ki, Cavabdeh 12 ay müddətinə, 21200 manat məbləğində kredit verilmişdir. “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətlərdə onu faizi ilə birlikdə kredit təşkilatına qaytarmağı öhdəsinə götürmüşdür; Maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, 74/SM-21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh əsas borcu 8321,84 manat, faiz borcu 1592,69 manat olmaqla, cəmi borcu 9914,53 manat təşkil edir; xx.xx.2021-ci il tarixli, 1109/SM-21 nömrəli Kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə, 28800 manat məbləğində kredit verilmişdir. “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətlərdə onu faizi ilə birlikdə kredit təşkilatına qaytarmağı öhdəsinə götürmüşdür; Maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, 1109/SM-21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh əsas borcu 14545,2 manat, faiz borcu 2461,22 manat olmaqla, cəmi borcu 17006,42 manat təşkil edir; Kredit təşkilatı tərəfindən Cavabdeh göndərilmiş bildirişlərdən görünür ki, o, müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və borcun ödənilməsi barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9272 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə mühasibat ekspertizasının rəyindən görünür ki, xx.xx.2021-ci tarixli 74/SM-21 saylı müqavilə üzrə əsas borc 6761,23 manat, faiz borcu 3128,53 manat; xx.xx.2021-ci il tarixli 767/SM-21 saylı müqavilə üzrə əsas borc 8682,54 manat, faiz borcu 2817,13 manat; xx.xx.2021-ci il tarixli 1109/SM-21 saylı kredit müqaviləsi üzrə əsas borc 16676,5 manat, faiz borcu 6120,28 manat; xx.xx.2021-ci il tarixli, 1173/SM- 21 saylı müqavilə üzrə əsas borc 835,31 manat təşkil edir. Ödəniş qəbzlərindən görünür ki, kredit təşkilatı tərəfindən 61 manat və 141 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqavilələrinə əsasən "xxxx" BOKT MMC Cavabdeh kredit verməyi, borcalan isə müqavilələrdə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öhdəliyini icra etməməsini əsas gətirərək müqavilələr üzrə yaranmış borcun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, kredit müqavilələrinin bağlanması və "xxxx" BOKT MMC tərəfindən cavabdehə kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqavilələri, hesabdan çıxarışlar və maliyyə arayışları ilə təsdiq olunur. Cavabdeh müqavilələrdə və ödəniş cədvəllərində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçı müqavilələr ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilələr üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Əsas və faiz borcunun məbləğinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/9272 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində cavabdehin kredit müqavilələri üzrə əsas və faiz borcları maliyyət arayışından fərqlənir və məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, ekspert rəyində qeyd edilən məbləğ maliyyə arayışından az olduğu halda ekspert rəyini əsas götürülməsi daha əsaslıdır. Ekspert rəyində xx.xx.2021-ci il tarixli 767/SM-21 saylı müqavilə üzrə əsas borcun 6761,23 manat, faiz borcunun 3128,53 manat olduğu müəyyən edilmişdir. İddia tələbində əsas borcun 8321,84 manat olduğu göstərilsə də, məhkəmə ekspert rəyini əsas götürərək hesab edir ki, əsas borcu üzrə 6761,23manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci tarixli 74/SM-21 saylı müqavilə üzrə əsas borc 6761,23 manat, faiz borcu 1592,69 manat olmaqla, cəmi 8353,92 manat; xx.xx.2021-ci il tarixli 767/SM-21 saylı müqavilə üzrə əsas borc 8677,71 manat, faiz borcu 643,12 manat faiz borcu olmaqla, cəmi 9320,83 manat; xx.xx.2021-ci il tarixli 1109/SM-21 saylı kredit və eyni tarixli girov müqaviləsi üzrə əsas borc 14545,20 manat, faiz borcu 2461,22 manat olmaqla, cəmi 17006,42 manat; xx.xx.2021-ci il tarixli, 1173/SM-21 saylı müqavilə üzrə əsas borc 814,47 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 202 manatın 193,5 manatı tutularaq "xxxx" BOKT MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci tarixli 74/SM-21 saylı müqavilə üzrə əsas borc 6761,23 manat, faiz borcu 1592,69 manat olmaqla, cəmi 8353,92 manat; xx.xx.2021-ci il tarixli 767/SM-21 saylı müqavilə üzrə əsas borc 8677,71 manat, faiz borcu 643,12 manat faiz borcu olmaqla, cəmi 9320,83 manat; xx.xx.2021-ci il tarixli 1109/SM-21 saylı kredit və eyni tarixli girov müqaviləsi üzrə əsas borc 14545,20 manat, faiz borcu 2461,22 manat olmaqla, cəmi 17006,42 manat; xx.xx.2021-ci il tarixli, 1173/SM-21 saylı müqavilə üzrə əsas borc 814,47 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 202 manatın 193,5 manatı tutularaq "xxxx" BOKT MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-395/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-395/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver