Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3953/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC)-yə qarşı ”icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən borclu qismində İddiaçı barəsində 8İ-6273 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin müraciəti əsasında Cavabdeh tərəfindən borclu qismində İddiaçı barəsində 8İ- 6273 reyestr nömrəli İcra qeydi verilmiş və icra olunması üçün İcra şöbəsinə göndərilmişdir. Hesab edilir ki, aşağıda göstərilən əsaslara və maddi hüquq normalarına görə hazırki İcra qeydi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.İ cra qeydinin verilməsinə əsas "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış BPM **********06 nömrəli 02.12.2019-cü il tarixli kredit müqaviləsi olmuşdur. Həmin kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 12300 (on iki min üç yüz) manat məbləğində kredit verilmişdir. Bir müddət vaxtlı-vaxtında ödənişlər etdikdən sonra dünyanı və o cümlədən Azərbaycanı bürüyən pandemiya səbəbindən ödənişlərində gecikmələr baş verdi. Hazırda məlum olur ki, sözügedən guya 02.12.2019-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 11943,48 borcu qalmışdır. Halbuki qanunvericiliyin tələblərinə uyğun olaraq borc məbləği ayrı-ayrılıqda əsas və faiz üzrə göstərilməlidir. Digər tərəfdən, iddiaçının hesablamalarına görə faktiki borc məbləği tələb olunandan xeyli az məbləğdədir. Bu məsələ isə mübahisələndirilən haldır. Eyni zamanda pretenziya qaydalarına riayət etmədən notarial qaydada icra qeydi alınmışdır. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 iddia ərizəsinə etiraz irəli sürmüş və bildirmişdir ki, İddiaçı tərəfindən irəli sürülmüş “51 saylı notariat ofisi tərəfindən qəbul edilmiş 8İ-6273 saylı icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini rədd edib 8İ-6273 saylı icra qeydini qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 02.12.2019-cu tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən “Tamkart” kredit kartı verilmişdir.; 02.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 10,639,16 manat ödənilməmiş əsas borc,1,283,92 manat ödənilməmiş faiz borcu, ümumilikdə 11923,08 manat borc yaranmışdır 10.07.2021-ci il tarixli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə Bakı şəhəri, Nərimanov rayonu A.Heydərov küç 33 m 9 ünvanında qeydiyyatda olan İddiaçı BPM**********06 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 11923 manat 48 qəpik tutulması barədə qərar verilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 02.12.2019-ci il tarixdə "xxxx" ASC ilə İddiaçı arasında tam kart çərçivə kredit müqaviləsi bağlanmış, müqavilə əsasında İddiaçı 12300 məbləğində borc verilmişdir. Daha sonra icra qeydinə əsasən Cavabdeh tərəfindən borclu İddiaçı borcun tutulması barədə icra qeydi qəbul olunmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək oğlunun Cavabdeh tərəfindən verilmiş 8İ-6273 reyestr nömrəli İcra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçının tələbi icra qeydinə xitam verilməsidir. Məhkəmə iddia tələbinə bu hissədə araşdıraraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı mddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2000-ci il tarixli Təlimatın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin Təlimata əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Həmin Təlimata əsasən tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin Təlimatın 162-ci bəndinə əsasən İcra qeydi əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il trailxi 156 №-li Qəraraı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının 2-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim edilir. Həmin Siyahının 2-ci bəndinə əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər üzrə icra qeydi almaq əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli, müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış, alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim edilir. Məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən tələbkar "xxxx" ASC-nin müraciəti əsasında borclu İddiaçı arasında müqavilə üzrə yaranmış borcuna dair 10.07.2021ci il tarixdə icra qeydi aparılmışdır. Həmin icra qeydi üzrə borclu İddiaçı 02.12.2019-cü il tarixli kredit müqaviləsi üzrə 10,639,16 manat ödənilməmiş əsas borc,1,283,92 manat ödənilməmiş faiz borcu, ümumilikdə 11923,08 manat məbləğində borcun tutulması müəyyən edilmişdir. İddiaçı notairusun icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin əsası kimi notariusun icra qeydi tərtib edilərkən ona məlumat verilmədiyini, borcunun düzgün yazılmadığı kimi hallara istinad etmişdir. icra qeydi verilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2000-ci il tarixli Təlimatın 161-ci bəndinin və həmin Təlimata əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməli olması ilə bağlı tələbləri pozulmuşdur. Göründüyü kimi, təqdim edilmiş sənədlər arasında tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməsinə dair sübutlar mövcud deyildir. İcra qeydi verilməsinə dair ərizədəki və mübahisələndirilən icra qeydində tutulmalı olan məbləğlər arasında fərq vardır. Belə ki, 1-ci instansiya məhkəməsi araşdırma zamanı təyin edilmiş müvafiq ekspertizanın nəticəsinə dair rəyin məzmunundan aydın olur ki, X3 29.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 29.07.2018-ci il tarixə olan əsas borc 4691,64 manat, faiz borcu 2582,63 manat müəyyən edilmişdir. Halbuki, iş materiallarında (i/v-7) olan Notariat icra qeydi haqqında Ərizədən görünür ki, X3 29.07.2015-ci il traixli kredit müaviləsi üzrə tələbkar "xxxx" ASC-yə 3228.67 manat əsas, 3422,35 manat faiz borcu var, 24.10.2019- cu il tarixli Bildiriş də isə faiz borcu 3321,21 manat göstərilmişdir. Lakin Kollegiya bir daha qeyd edir ki, 8 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 04.12.2019-cu il tarixli, 8İ- 9765 reyestr nömrəli icra qeydinin aparılmasına əsas olan sənədlərin surəti 19 avqust 2020-ci il tarixli 1152 saylı məktubla Qaradağ rayon məhkəməsinə təqdim olunmuşdur.Təqdim edilmiş sənədlər arasında tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməsinə dair sübutlar mövcud deyildir. Araşdırma zamanı iddiaçı şəxs İddiaçı Cavabdeh tərəfindən verilmiş 8İ-6273 reyestr nömrəli İcra qeydinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdeh Bakı şəhəri 5 saylı Notariat ofisi qarşı ” icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən borclu qismində İddiaçı barəsində 8İ-6273 reyestr nömrəli 10.07.2021-ci il tarixli icra qeydi ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3953/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3953/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver