Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3953/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X8 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40.500 ABŞ dolları (36.000 ABŞ dolları + 4500 ABŞ dolları faiz) məbləğində pul vəsaiti, 39.100 manat (34.000 manat x5% : 12 ay x 36ay) və 5100 manat faiz, 1000 manat vəkilə ödənilən hüquqi yardım xərci və 399 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı vəkilə ödənilən hüquqi yardım xərci hissəsində iddia tələbinin həcmini azaldaraq, Cavabdeh 40.500 ABŞ dolları (36.000 ABŞ dolları + 4500 ABŞ dolları faiz) məbləğində pul vəsaiti, 39.100 manat (34.000 manat x5% : 12 ay x 36ay) və 5100 manat faiz borcu və 399 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, Cavabdeh ilə mən dostu X1 vasitəsilə tanış olmuşdur, onlar birlikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İslehlak Mallarının Ekspertiza Mərkəzi MMC-də işləyirdilər. Aralarındakı münasibətlər ilk başlardan yaxşı olmuş və etibar münasibətləri mövcud olmuşdur. Bu səbəbdən avtomobil alğı-satqısı üçün tərəfindən ona ilk olaraq 2019-cu ilin iyul ayında 9750 manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh həmin pula "Hyundai Sonata“* minik avtomobili gətirdiyini və 11.780 manata satdığını bildirdi və pulu iddiaçıya qaytardı. Bu pulun 9750 manatı əsas 2.030 manatı isə gəlir idi. Bundan sonra cavabdeh iddiaçıdan 9900 manat alaraq avtomobil aldığını bildirmiş. 12.100 manat geri qaytarmışdır. Aralarındakı etibar münasibətlərinə güvənərək iddaiçı ona təkrar olaraq 2019-eu ilin oktyabr ayının əvəllərində eyni məqsədlə 20.200 manat pul verdi, daha sonra Elçin guya həmin pula aldığı hansısa avtomobili sataraq 24.500 manat pul əldə etdiyini və daha çox pul qazanmaq üçün 9500 manat pul verdi. Bununla da cavabdehə ümumilikdə 34.000 manat pul verdi. Elçin iddiaçıya həmin pullara guya hansısa adını bilmədiyi avtomobilləri gətirərək Naxçıvan MR-da yaşayan hansısa alıcıya satdığını və pulları tam ala bilmədiyi üçün iddiaçıya verə bilməyəcəyini, bir müddət sonra qaytaracağını dedi. Təxminən 2019-cu ilin dekabr ayında cavabdeh ucuz qiymətə ‘'Lexus'* markalı avtomobil almaq və daha sonra baha qiymətə satmaq adı ilə 25.000 ABŞ dolları pul almış. 2020-ci ilin yanvar ayında isə eyni məqsədlə “Porche" markalı avtomobil almaq üçün 15000 ABŞ dolları məbləğində pul vermişdir. Təxminən 2020-ci ilin mart ayında isə həmin verdiyi pullardan 4000 ABŞ dolları qaytarmışdır. Bundan sonra dəfələrlə Elçindən 34.000 manat və 36.000 ABŞ dolları pulu tələb etsə də lakin müxtəlif bəhanələrlə pullarını qaytarmamışdır. Cavabdeh tərəfindən törədilən qanunsuz əməllər ilə bağlı Bakı şəhəri Xəzər rayon Prokururluğuna şikayət ərizəsi ilə müraciət etdi. Açılmış işlə bağlı Xəzər rayon Polis İdarəsinin Polis Bölməsinin Xəzər adlı tətqiqatçı tərəfindən bölməyə dəvət olundu və ondan izahat alındı. Haqlı olmağına baxmayaraq Elçinin gəlməməsi və güya Covid olduğu üçün tətqiqatçı tərədindən cinayət işinin başlanması rədd olundu. Bundan sonra Bakı şəhər Baş Polis İdarəsinə işin yenidən araşdırılması üçün müraciət etdi. Oradan iddiaçıdan izahat alındıqdan sonra iş Xəzər rayon Polis İdarəsinə göndərilmişdir. İş ora daxil olduqdan sonra Xəzər rayon Polis İdarəsinin Nicat adlı müstəntiqi tərəfindən İdarəyə dəvət olundu və növbəti dəfə iddiaçıdan izahat alındı. Cavabdeh ilə üzləşmə zamanı o borclu olduğunu etiraf etdi. Etiraf etməsi sənədlərdə öz əksini tapır. Bu dəfə də müstəntiq tərəfindən iddiaçıya məlum olmayan səbəblərə görə cinayət işinin başlanması rədd olundu. Sözügedən qərarla razılaşmadı və müstəntiqin bu qanunsuz qərarı ilə bağlı Xəzər rayon Məhkəməsinə müraciət etdi. Bakı şəhəri Xəzər rayon Məhkəməsin hakimi Tərlan Əkbərov tərəfindən qeyd olunan qərar ləğv olundu və araşdırılması üçün müstəntiqə qaytarıldı. Uzun müddət keçməsinə baxmayaraq işin gedişatı ilə bağlı müstəntiq tərəfindən məlumat ala bilməmişdir. Bundan əlavə cavabdeh oxşar əməlləri başqa şəxslərə qarşı da törətdiyindən onun barəsində Xəzər rayon Polis İdarəsində Cinayət işi başlanmış, cinayət işi daha sonra Xəzər rayon məhkəməsinə göndərilmiş. Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (003)- 435/2021 saylı Hökmü ilə Cavabdeh 3 il müddətində azalıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökmdən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli. l(103)-292/2022 saylı Qərarı ilə hökm dəyişdirilərək Cavabdeh 4 il müddətində azalıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı həmin cinayət işində zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işində təqsirləndirilən şəxs, hal-hazırkı iddia üzrə Cavabdeh verdiyi izahatında yuxarıda qeyd edilən faktları etiraf etmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2020-ci il tarixli ərizəsi mövcuddur. Həmin ərizədə cavabdeh yuxarıda qeyd edilən faktları bir daha təsdiq edir. Cavabdeh ümumilikdə mənə 34.000 manat və 36.000 ABŞ dolları məbləğində zərər vurmuşdur. Bundan başqa Cavabdehin cinayət işi üzrə həm Xəzər rayon Polis İdarəsində, həm də Xəzər rayon məhkəməsində vəkillə təmsil olunmağına görə iddiaçı ümumilikdə 1000 manat xərc çəkmişdir. Bilindiyi kimi Vəkillərin xidməti ödənişli xidmətdir. Bu çəkilən xərc cavabdehin qanunsuz əməllərinə görə məcburiyyətdən yaranan xərc olmuşdur. Göründüyü kimi Cavabdeh iddiaçının pul vəsaitini vaxtında qaytarmadığından həmin pul vəsaitinin istifadəsi ilə əlaqədar iddiaçını əldə edə biləcəyi gəlirlərdən məhrum etmişdir. Belə ki həmin vəsait sahibkarlıq fəaliyyəti ilə müqayisə etmədən belə passiv gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının banklanndan birinə depozit olaraq qoyulsaydı, bu müddət ərzində bankların müəyyən etdiyi faiz dərəcəsi ilə müəyyən məbləğdə gəlir əldə edə bilərdi. O cümlədən iddiaçı həmin pul vəsaiti ilə müəyyən sahibkarlıq fəaliyyəti həyata keçirsəydi gəlir əldə edə bilərdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına razılığın olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(103)-435/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasını çəkməsinin əvvəli tutulduğu 20 oktyabr 2020-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və o, dərhal məhkəmə iclas zalında həbsə alınması, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddia tam təmin edilməsi, Cavabdeh zərərçəkmiş şəxs və mülki iddiaçı X4 dəymiş ziyana görə 19460 marat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 19490 (on doqquz min dörd yüz doxsan) manat tutularaq X4 ödənilməsi, zərərçəkmiş şəxslər X3, X5 və X2 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellaysiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)- 292/2022 saylı hökmündən görünür ki, apellyasiya protesti təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri Hə məhkum edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cu maddələri ile nəzərdə tutulmuş cinayətin törədilməsində təqsim bilinərək 04 (dörd) U müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cu maddəelnə əsasən Cavabdeh istintaq dövrürdə 20 oktyabr 2020-ci il tarixdən 05 iyun 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, yeni 7 ay 16 gün teyin olunmuş cəzadan çıxılmaqla, üzərində qət olaraq 3 (üç) il 4 (dörd) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasının əvvəli 22 İyul 2021-ci il tarixdən hesablanması, hökm qalan hissədə dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cavabdeh ərizəsindən görünür ki, pul vəsaitlərini İddiaçı aldığını etiraf edir və həmin pul məbləğlərini (cəmi 34.000 (otuz dörd min) AZN və 36.000 (otuz altı min) ABŞ dolları) 15 gün müddətində qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh İddiaçı arasında olan şifahi razılaşmaya əsasən, gəlir əldə etmək məqsədilə sonuncu ayrıayrı vaxtlarda iddiaçıdan 36.000 ABŞ dolları və 34.000 manat pul vəsaiti alaraq, həmin pulu geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan ardan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Yuxarıda qeyd olunan normalarda da göründüyü kimi, İddiaçı tərəfindən gəlir əldə etmək məqsədilə avtomobillərin alqı-satqısı üçün cavabdehə 36.000 ABŞ dolları və 34.000 manat pul vəsaiti verilmiş, lakin Cavabdeh həmin pul vəsaitini və şifahi razılıq əsasında əldə edilmiş gəlirləri verməmiş, beləliklə də Cavabdeh əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq Cavabdeh tərəfindən İddiaçı 36.000 ABŞ dolları və 34.000 manat məbləğində pul vəsaiti qaytarılmalıdır. Bundan başqa məhkəmə iddiaçının əldən çıxmış fayda kimi 4500 ABŞ dolları faiz və 5100 manat faiz məbləğində pulun tələb edilməsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin və dəbbə pulunun hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı bu müddət ərzində əldə edə biləcəyi gəlirlərdən məhrum olduğu üçün Cavabdeh əldən çıxmış fayda kimi 4500 ABŞ dolları faiz və 5100 manat faiz məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 399 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı hər hansı tələb olmadığından iddiaçının özünə aid edilməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 36.000 ABŞ dolları, 4500 ABŞ dolları əldən çıxmış faydaya görə ödəniş günü manata məzənnə ilə manatla, 34.000 manat, 5100 manat əldən çıxmış faydaya görə pul vəsaiti və 399 manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3953/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-3953/2022
08.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver