Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3961/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4383/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2011-ci il təvəllüdlü X5, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X8 və xx xxxxxxx 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 135 (bir yüz otuz beş) manat sabit pul məbləğində tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi, eləcə də xx xxxxxxx 2014-cü il təvəllüdlü X6 müalicəsi ilə əlaqədar Cavabdeh hər ay əlavə xərclərə cəlb edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx xxxx 2011-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 239 nömrəli nikahları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4383/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixli 409 nömrə ilə qeyd edilmiş nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş xx xxxxxx 2011-ci il təvəllüdlü X9, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X12 və xx xxxxxxx 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 135 (bir yüz otuz beş) manat olmaqla, ümumlikdə 405 (dörd yüz beş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd edilməlidir ki, birgə nikahdan dünyaya gəlmiş xx xxxxxxx 2014-cü il təvəllüdlü qızı X10 “Miastenia gravis” xəstəliyindən əziyyət çəkir. İddia ərizəsinə əlavə ediləcək həkim məsləhət formasına əsasən, uşaq daimi olaraq həkim nəzarəti altında olmalıdır. Bir ay ərzində məbləği 72 (yetmiş iki) manat olan 4 (dörd) dərman pereparatı qəbul edir ki, bunun da ümumi məbləği 288 (iki yüz səksən səkkiz) manat məbləğində təşkil edir. Əlavə olaraq ildə iki dəfə immunoqlabin köçürülməsi olmalıdır. Onun isə ən aşağı məbləği hər dəfə 3.400 (üç min dörd yüz) manat məbləğində təşkil edir. Cavabdeh üç uşağın saxlanılması üçün ödədiyi alimentin məbləğini ancaq xx xxxxxxx 2014-cü il təvəllüdlü X6 dərman xərclərinin bir qismini ödəyir. Digər övladlarının maddi təminatını ödəməkdə çox çətinlik çəkir. İldən ilə övladlarının maddi tələbatı artır, eyni zamanda dövlət tərəfindən müəyyən edilən yaşayış minimumunun məbləğində də artım olmuşdur. Odur ki, cavabdeh tərəfindən ödənilən bu məbləğ övladlarının maddi təminatını ödəmək üçün kifayət etmir. Hesab edir ki, uşaq xəstə olduğundan cavabdeh ata onun müalicəsi ilə bağlı əlavə xərclərə də cəlb olunmalıdır. O da bir ata kimi xəstə övladının müalicə xərclərinin ödənilməsində iştirak etməlidir. Bu səbəbdən də, alimentin miqdarının artırılması və cavabdehin birgə xərclərdə iştiraka cəlb olunması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onu da əlavə etmək lazımdır ki, Azərbaycan Respublikası Yaşayış Minimumu haqqında Qanuna əsasən 2020-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 170 (bir yüz yetmiş) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 161930 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 xx xxxxxx 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2011-ci il tarixdə 2859 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 162066 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X12 xx xxxxxxxx 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2013-cü il tarixdə 1532 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 432504 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 xx xxxxxxx 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2014-cü il tarixdə 5375 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)-4383/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların himayəsi və aliment” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh (Cavabdeh) arasında xx xxxx 2011-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış və 239 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxxxx 2011-ci il təvəllüdlü X5, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X8 və xx xxxxxxx 2014-cü il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılmaları, Cavabdeh (Aliev Rashad) oğlundan xx xxxxxxxx 2019-cu il tarixindən başlayaraq, xx xxxxxx 2011-ci il təvəllüdlü X5, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X8 və xx xxxxxxx 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, cəmi 405 (dörd yüz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh (Aliev Rashad) oğlundan 10 (on) manat məbləğində dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması müəyyən edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 335492 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Rashad Aliyev və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 409 nömrə ilə qeyd edilmişdir; “MedEra Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli həkim məsləhət formasının surətindən və məzmunundan görünür ki, xx xxxxxxx 2014-cü il təvəllüdlü qızı X10 “Miastenia gravis” xəstəliyindən əziyyət çəkir, uşaq daimi olaraq həkim nəzarəti altında olmalıdır; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, Gürcüstan Respublikasının vətəndaşı, xx xxxxxxxx 1984-cü il təvəllüdlü Alıev Rashad (pasport № 18AA12206) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx xxxxxx 2019cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)-4383/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların himayəsi və aliment” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh (Cavabdeh) arasında xx xxxx 2011-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış və 239 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx xxxxxx 2011-ci il təvəllüdlü X5, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X8 və xx xxxxxxx 2014-cü il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılmaları, Cavabdeh (Aliev Rashad) oğlundan xx xxxxxxxx 2019-cu il tarixindən başlayaraq, xx xxxxxx 2011-ci il təvəllüdlü X5, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X8 və xx xxxxxxx 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, cəmi 405 (dörd yüz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir. Birgə nikahdan anadan olmuş uşaqlar hal-hazırda iddiaçı ilə birlikdə yaşayırlar. Məhkəmə, İddiaçı Cavabdeh tərəfindən hazırda ödənilən 405 (dörd yüz beş) manat məbləğində alimentin uşaqların saxlanılmalarına kifayət etməməsi ilə bağlı iddia tələbi ilə razılaşaraq, cavabdehin ayda hər bir uşağa görə hər ay 170 (bir yüz yetmiş) manat məbləğində aliment ödəmək ilə bağlı əsaslı tələbini nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının təminatı baxımından belə qənaətə gəlir ki, tutulan alimentin məbləğinin artırılmasına dair iddia təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4383/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xx xxxxxx 2011-ci il təvəllüdlü X5, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X8 və xx xxxxxxx 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 135 (bir yüz otuz beş) manat sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməlidir. Məhkəmə İddiaçı xx xxxxxxx 2014-cü il təvəllüdlü X6 müalicə xərclələrinin təmin edilməsi uçün cavabdeh şəxsin əlavə xərclərə cəlb edilməsi tələbi ilə bağlı qeyd edir ki, iddia bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. X1 X4 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, xx xxxxxxx 2014-cü il təvəllüdlü qızı X10 “Miastenia” xəstəliyindən əziyyət çəkir, uşaq daimi olaraq həkim nəzarəti altında olmalıdır. X6 xəstəliyi ilə əlaqədar onun müayinə və müalicəsinə əlavə xərclər tələb olunur. Məhkəmə hesab edir ki, xx xxxxxxx 2014-cü il təvəllüdlü qızı X6 müalicəsinin ödənilməsi ilə əlaqədar yaranmış əlavə xərclərdə Cavabdeh iştirak payı hər ay 50 (əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(005)-4383/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx xxxxxx 2011-ci il təvəllüdlü X5, xx xxxxxxxx 2013-cü il təvəllüdlü X8 və xx xxxxxxx 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçü 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin artırılması ilə əlaqədar alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. xx xxxxxxx 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək müalicə xərclərinin ödənilməsi ilə əlaqədar Cavabdeh hər ay 50 (əlli) manat məbləğində əlavə xərc İddiaçı xeyrinə tutulsun. Əlavə xərcin tutulması xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Əlavə xərc hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3961/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3961/2020
30.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver