Məhkəmə qərarları › İş №2(005)-4000/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4000/2023

17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4000/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Şirinova Fatima Ağamehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi Cavabdeh razılığı olmadan İddiaçı ilə ölkədən getməsinə icazənin verilməsinə və mediasiya prosesinin tətbiqi barədə təklifin cavabdehə göndərildiyi xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2008-ci təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 məbləğində vəsaitin, o cümlədən ilkin mediasiya sessiyası üçün ödənilmiş 50 manat vəsaitin və iddianın verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-478/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş və birgə nikahdan olan övladlari xx.xx.2008-ci təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılmasına və xx.xx.2008-ci təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 məbləğində vəsaitin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdehin uzun müddət Rusiya Federasiyasında yaşaması səbəbindən yetkinlik yaşına çatmayan uşaqlar üçün ümumvətəndaş pasportunun alınması və onların anaları ilə ölkədən getmələri mümkün olmur. Belə ki, Fərid və Fərəc bir neçə ildir ki, idmanla məşğul olur və onlar ölkədaxili qazandıqları nəaliyyətlərə görə bir çox beynəlxalq tədbirlərə dəvət alırlar. Lakin ataları xarici ölkədə yaşadığından iddiaçıya bunun üçün icazənin verməsi mümkün olmur. İlkin mediasiya sessiyası zamanı cavabdeh müvafiq etibarnamənin “enotariat” tətbiqi üzərindən verəcəyini vəd etmiş, lakin sonradan o, “asan login” aça bilmədiyini bildirmişdir. Göründüyü kimi cavabdehin etinasız yaşanması uşaqların hüquq və mənafelərini məhdudlaşdırır. Buna görə də yetkinlik yaşına çatmayan uşaqların cavabdehin razılığı olmadan ölkədən getməsinə icazənin iddiaçıya məhkəmə qaydasında verilməsinə zərurət yaranmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3619/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı “uşağın ölkə ərazisindən kənara çıxarılması” tələbinə dair hissəsi hazırki qeydiyyat nömrəsində saxlanılması, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair hissəsinin isə ayrıca icraata ayrılmaqla baxılması, işə yeni qeydiyyat nömrəsi verilməsi və həmin iş üzrə məhkəmə hazırlıq iclasının xx.xx.2023-cü il tarixə saat 12:30-a Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasına təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, uşaqlar anasının yanında qalır və onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 478/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X2 ilə Cavabdeh arasında xx.xx.20007-ci il tarixdə Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsində 312 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 anaları X1 yanında saxlanılması, xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ 120747 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası Zeynalova (Nadirova) Lalə Məhəmmədəli qızıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ 120748 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası Zeynalova (Nadirova) Lalə Məhəmmədəli qızıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, onun maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-478/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 220 (iki yüz qırx) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci və 50 (əlli) manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar