Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4002/2020 09.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2018-cü il tarixli kredit müqaviləsi üzrə 875.81 manat əsas borc, 64.95 manat faiz borcu və 13.27 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 954.03 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2018-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 23 laizlə 36 ay müddətinə 1500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxxx 2020-dək Cavabdeh nun banka xx xxxxxx 2018-cü il tarixli kredit müqaviləsi üzrə 875.81 manat əsas borc, 64.95 manat faiz borcu və 13.27 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 954.03 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, 3-Y-1-0-644-18 saylı kredit sazişinə əsasən İddiaçı ASC Cavabdeh ilə müqavilə bağlanmışdır. Bank cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 23 % ödəmək şərtilə 1500 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 875,81 manat əsas, 64,95 manat, 13,27 manat cərimə, 0 manat gecikdirilmiş vaxt üçün hesablanmış cərimə borcu vardır. 3-Y-1-0-644-18 saylı kredit sazişinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği 58,06 manat, son ay üçün isə 58.27 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 5 gün ərzində borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh 1500 manat məbləğində kredit xətti açmağı, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 875,81 manat əsas borc, 64,95 manat faiz borcu və 13,27 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 954,03 (doqquz yüz əlli dörd manat üç qəpik) manat, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli, 3-Y-1-0-644-18 saylı kredit sazişi üzrə Cavabdeh 875,81 manat əsas borc, 64,95 manat faiz borcu və 13,27 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 954,03 (doqquz yüz əlli dörd manat üç qəpik) manat, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçıASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4002/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4002/2020
09.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver