Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4022/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 (beş yüz) manat əsas məbləğ, 20 (iyirmi) manat ödənilmiş dövlət rusumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində iddiaçı nəvəsi X1 pandemiya ilə əlaqdar işsiz qaldığından iddiaçı ona icazəyə maşın götürüb taksi fəaliyyəti göstərməyi demişdir. Elçin isə “instanqram”dan Şəbnəmxanımın qabqacadan 500 manat (beş yüz manat) ödəməklə taksi işləmək üçün maşın icarəyə verdiyini öyrəndi. İddiaçı şəbnəmin telefonuna zəng etmişdir. Şəbnəm onda maşın olduğunu demişdir. Cavabdeh iddiaçıdan 300 manat (üç yüz manat) beh istəmişdir. Maşını isə 3 (üç) gün sonra verəcəyini dedi. İddiaçı onunla razılaşmışdır. Şəbnəmin hesab koduna 300 (üç yüz) manat pul köçürmüşdür. 2 (iki) gün sonra Şəbnəm iddiaçıya zəng edərək bildirmişdir ki, qalan 200 (iki yüz) manatı onun ustası gələcək ona verərsiz. İddiaçı pulun 200 (iki yüz manat) manatını ustaya verdi. Maşını cavabdeh iddiaçının nəvəsi Elçinə 3 (üç) günə yox 13 (on üç) günə verdi. Ancaq maşın yaxşı işləmirdi, mühərriki yağ axıdırdı. İddiaçı Şəbnəmə maşının işləmədiyini deyəndə ustanın yanına aparmağı dedi. Elçin maşını 4 (dörd) gün dalbadal ustanın yanına apardı. Maşın yenədə işləmədi. Sonra isə usta 2 (iki) gün işə gəlmədi. Nəhayət isə iyulun 6 da maşının mühərrikini usta söküb çıxardı. İyulun 7-də (yeddi) Şəbnəm zəng etdi ki, maşını başqasına verib. Şəbnəmin verdiyi etibarnamə xx.xx.2020-xx.xx.2020-ci il vaxta qədər idi. İddiaçı Şəbnəmdən verdiyi pulu istəyəndə “pul zad yoxdur, get nə bilirsən et” cavabı verdi və telefonu onun üzünə qapadmışdır. X6 Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq demişdir ki, Cavabdeh fırıldaq edib və bizi aldatdı. İşə baxılması üçün 6-cı polis bölməsinə göndərildi. Polis Bölməsindən iddiaçıya cavab verdilər ki, mülki iş olduğu üçün məhkəməyə müraciət etsinlər. Həmin 500 (beş yüz manat) manatı iddiaçı pensiyasından artıraraq yığmışdır. İddiaçı onkolji xəstədir. Milli Onkologiya Mərkəzində qeydiyyatdadır. Həmin qadın iddiaçını aldatdığı üçün əsəb keçirir. O da iddiaçının sağlamlığına çox pis təsir göstərir. İddiaçının həmin pula ehtiyacı var. İddiaçı dərmanlarını pul ilə alır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə oxşar izahat vermiş və məhkəmədən iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 062-157862-3220 nömrəli məktubdan görünür ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-dən bildirmişlər göstərilən xüsusatlar məhkəmə səlahiyyətinə aid olduğundan, məsələnin həlli ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan Nərimanov RPİ tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Daş Karxanası küçəsi, ev.135 də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli POA********** nömrəli etibarnamənin surətindən görünür ki, X1 ondan ötrü ki, “Azevrolizinq MMC” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli LİZ-1146 saylı “X5” əsasında lizinqə verilmiş 1(bir) ədəd DAEWOO-GENTRA markalı, ** AN *** qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikasının ərazisində idarə edilməsinə səlahiyyət verildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 manat qırx qəpik (iyirmi manat qırx qəpik) məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tərəfin təqdim etdiyi sübutlar və ifadələri ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 500 (beş yüz manat) manat ödəməklə taksi işləməsi üçün avtomobil icarəyə veridiyini və göstərilən pul məbləğinin 300 (üç yüz manat) manatının cavabdehin hesab koduna köçürdüyünü yerdə qalan 200 (iki yüz) manat məbləğində pulun isə cavabdehin ustasına verdiyini bildirmişdir. Lakin iddiaçı müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə dair sübutu məhkəmə iclasında təqdim edə bilməmişdir. İşin hallarından göründüyü kimi “Azevrolizinq MMC” X1 DAEWOO-GENTRA markalı, ** AN *** qeydiyyat nişanlı maşının idarə edilməsinə dair etibarnamə vermişdir. İddiaçı ilə cavabdeh arasında hüquq münasibətlərinin mövcudluğunu, cavabdehin mülki məsuliyyətini müəyyən edən hallar aşkar edilməmişdir. 500 manat pulun cavabdeh Şəbnəmin hesabına köçürülməsinə dair iddiaçının özü tərəfindən köçürülməsinə, habelə verilmiş nəqliyyat vasitəsinin nasaz vəziyyətdə olması, onun təmir edilməsi üçün xərcin çəkilməsi ilə bağlı sübutları məhkəməyə iddiaçı təqdim edə bilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4022/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4022/2020
30.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver