Məhkəmə qərarları › İş №2(005)-404/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-404/2020

03.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-404/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi X2 İlkin iddia üzrə İddiaçı MMC-nin nümayəndələri X4 və X5, İlkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “aktın etibarsız hesab edilməsi, maddi zərərin tutulması” dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X13” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4919, 15 (dörd min doqquz yüz on doqquz) manat 15 qəpik, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, məlumat üçün bildirilir ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2016-ci il 019-K saylı 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə adminstrator vəzifəsinə işə qəbul olunmuş və “X12” haqqında müqavilə imzalanmışdır. xx.xx.2019-cu il tarixdə 480-K əmri ilə Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba - Ramana 4 (kod 250) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-xx.xx.2019cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 6045,15 (altı min qırx beş) manat 15 qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edilmiş 6045,15 (altı min qırx beş) manat 15 qəpik qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək 1126 (bir min yüz iyirmi altı) manat ödəniş həyala keçirilmişdir. Qalıq borcu 4919,15 (dörd min doqquz yüz on doqquz) manat 15 qəpik təşkil edir. Cavabdeh İddiaçı MMC-yə qarşı “aktın etibarsız hesab edilməsi, maddi zərərin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə”dair Aktın etibarsız hesab edilməsi və mənim əmək haqqından qanunsuz tutulmuş 1126 (bir min yüz iyirmi altı) manat pulun həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC- dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, icraatda olan iddiaçı ‘“'İddiaçı" MMCnin əmlakına (ticari mal və maddi ehtiyatlar vurulmuş ziyanın ödənilməsi tələbi barədə’' iş üzrə ilkin iddia üzrə cavabdeh olaraq, hesab edir ki, ilkin iddia rədd edilməklə qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, o qarşılıqlı iddia üzrə cavabdeh “İddiaçı" MMC ilə bağlanmış xx.xx.2016-ci il 019-K saylı əmək müqaviləsi ilə 3 (üç) aylıq sınaq müddəti ilə adminstrator vəzifəsinə işə qəbul olunmuş və bu günədək bir dəfə də olsun inztizam məsuliyyətinə cəlb edilməmişdir. Buna baxmayaraq, cavabdeh “X14"' MMC-nin onun guya iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol verdiyini göstərmiş lakin xx.xx.2019-cu il tarixli 480-K əmri ilə həmin əmək müqaviləsinə o öz xahiş ilə xitam olunmuşdur. Həmin əmrin surəti ona tədim edilməmiş yazılı müraciətinə də bu günədək cavab verilməmişdir. Digər tərəfdən İddiaçı MMC qeyd edir ki, xx.xx.2019-cu il tarixdə Oba - Ramana 4 (kod 250) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə”dair Akta əsasən yekun ziyan məbləği 6045,15 (altı min qırx beş) manat 15 qəpik məbləğində zərərvurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edilmiş 6045,15 (altı min qırx beş) manat 15 qəpik qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək 1126 (bir min yüz iyirmi altı) manat ödəniş həyata keçirilmişdir, qalıq borcu 4919,15 (dörd min doqquz yüz on doqquz) manat 15 qəpik təşkil edir. Halbuki, cavabdeh “İddiaçı" MMC həmin pozuntu ilə bağlı onun izahatını belə almamış, cavabdeh onun buna razılığı olmadan və heç bir qanuni əsas olmadan onun əmək haqqına tutma yönəldərək iki ay müddətində əmək haqqından 1126 (bir min yüz iyirmi altı) manat pul tutmuş, o bu vəziyyətlə razılaşmayaraq, öz ərizəsilə işdən azad olunub. xx.xx.2019- xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə”dair Akt tamamilə etibarsızdır və mötəbər sübutlarla əsaslandırılmamışdır. İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli 480-K əmri ilə onunla bağlanmış əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh İddiaçı MMC onun pozuntuya yol verdiyini iddia ərizəsində qeyd etsədə bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, qanunsuz olaraq onun inventarizasiya Nəticələrinə”dair Aktının əsasında onun əmək haqqından 1126 (bir min yüz iyirmi altı) manat pul tutmuşdur. Əgər o həqiqətən pozuntuya yol vermişdirsə nəyə görə bu əmrdə göstərilməmiş və o həmin əsasla deyil və tamam başqa əsasla yəni öz xahişi ilə işdən azad edilmişdir. Göründüyü kimi cavabdeh ona qarşı qanunsuzluq etmiş heç bir mötəbər sübuta söykənməyən xx.xx.2019-xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə”dair Aktının əsasında ondan qanunsuz olaraq, 1126 (bir min yüz iyirmi altı) manat pul məbləği tutmuşdur. Məhkəmə iclasındaİlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCnin nümayəndələri X7 və X8 ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, onların izahat və etirazlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, ilkin iddia aşağıda göstərilənlər əsasən təmin olunmamalı, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə satış əməliyyatları şöbəsinə administrator vəsifəsinə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixli X12 haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. xx.xx.2016-cı il tarixli 019-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh X3 Şöbəsinin OBA Marketlər Şəbəkəsinə xx.xx.2016-cı il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə Administrator satıcı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli 480-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh X1 Satış 4 şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. xx.xx.2019-cu il tarixli İddiaçı MMC tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 6045,15 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 6045,15 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 1126 manat ödəniş etmişdir. Faktiki qalıq borc 4919,15 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 1473 saylı xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktlar” malların inventarizasiyası Qaydalarının tələblərinə uyğun olmadığından hazırki tədqiqatla Cavabdeh İddiaçı MMC-də olan çatışmazlığını müəyyən etmək mümkün olmadı. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisənin əsasını xx.xx.2019-cu il və xx.xx.2019-cuil tarixli aparılmış “İnventarizasiya nəticələrinə” dair Akta əsasən Cavabdeh iddiaçıya 4919,15 manat məbləğində zərər vurması faktı təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci bəndinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddənin 2-ci bəndinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 203-cü maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 203-cü maddəsinin 2-ci bəndinə əsasən, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. 205-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 205-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər ziyan işçi tərəfindən X12 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-yə satış əməliyyatları şöbəsinə administrator vəsifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli 480-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh X1 Satış 4 şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. xx.xx.2019-cu il tarixli İddiaçı MMC tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 6045,15 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 6045,15 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 1126 manat ödəniş etmişdir. Faktiki qalıq borc 4919,15 manat təşkil edir. Cavabdeh tərəf iddianı qəbul etmir, xx.xx.2019-cu il tarixdə öz ərizəsi ilə işdən azad edildiyini, cavabdeh “İddiaçı" MMC pozuntu ilə bağlı onun izahatını almadığını, cavabdeh onun buna razılığı olmadan və heç bir qanuni əsas olmadan onun əmək haqqına tutmanın yönəltməklə iki ay müddətində əmək haqqından 1126 (bir min yüz iyirmi altı) manat pul tutulduğunu, onun bu vəziyyətlə razılaşmadığını, bu səbəbdən də öz ərizəsilə işdən azad olunduğunu qeyd edir. Qeyd edir ki, xx.xx.2019-xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akt tamamilə etibarsızdır və mötəbər sübutlarla əsalandırılmamışdır. Məhkəmə, ilkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi”nə dair iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının sübut kimi istinad etdiyi xx.xx.2019-xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akt 1473 saylı, xx xxxx 2020-ci il tarixli ekspert rəyindən göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun deyildir, lazımi qaydalara riayət olunmadan tərtib edilmişdir. Belə olan təqdirdə məhkəmə həmin aktı mötəbər sübut kimi qəbul edə bilməz. Belə ki, əmək qanunvericiliyinin tələbləri baxımından ziyanın həqiqətən vurulduğunu aşkar etmək, o cümlədən, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması müəyyən edilmir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 76.1, 77.1 və 14.2. maddələri). İşin faktiki hallarından və qanunvericiliyin müvafiq müddəalarından görünüdüyü kimi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCCavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi”nə dair iddia tələbi irəli sürməkdə haqlı deyildir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı xx.xx.2019-cu il və xx.xx.2019-cuil tarixli “İnventarizasiya nəticələrinə” dair Aktın etibarsızlığı tələbi ilə bağlı məsələyə məhkəmə qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, hazırda ilkin iddia üzrə iddiaçının iddia tələblərinin əsasını təşkil edən xx.xx.2019cu il və xx.xx.2019-cuil tarixli “İnventarizasiya nəticələrinə” dair Aktın məhkəmə araşdırması zamanı mötəbər sübut olmasına dəlalət edən əsaslar aşkar edilmədi. Belə ki, iddiaçının iddia tələbini irəli sürərkən istinad etdiyi inventarizasiya aktı “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktlar” Malların inventarizasiyası Qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bu baxımdan həmin mübahisəli akta əqd kimi qiymət verilməsinə dair qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, mülki qanunvericiliyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. (AR MPM 324.1 və 337.1) Göründüyü kimi, hazırda qarşılıqlı iddiaçının əqd kimi mübahisələndirdiyi mübahisəli akt ilkin iddiaçının istinad etdiyi əsas sübutlardan biri kimi çıxış edir, bu səbəbdən də məhkəmə hesab edir ki, nə qədər ki mübahisəli akt əqd hesab olunmur, onun etibarsızlığından da söhbət gedə bilməz. Bütün bunlara baxmayaraq, təqdim edilən dəlil məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmədiyi üçün qarşılıqlı iddia “əmək haqqından qanunsuz tutulmuş 1126 manat pulun cavabdeh cəmiyyət tərəfindən tutulması” hissəsində əsaslıdır və iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işçi tərəfindən işəgötürənə ziyan vurulduğu sübuta yetmədiyindən, işəgötürən tərəfindən əmək haqqından tutulmuş məbləğlər işçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onların özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində ekspertiza xərci İddiaçı MMC-dən tutulmalı, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 19.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu baxımdan qarşılıqlı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu müvafiq olaraq ilkin iddia üzrə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi”nə dair iddia tələbi təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul İddiaçı MMCdən tutulsun, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3” hesabına keçirilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı MMC-dən 1126 manat məbləğində pul və 30 manat dövlət rüsumu Cavabdeh xeyrinə tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar