Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-406/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, onun sahibliyində və istifadəsindədir. O, və ailə üzvləri həmin evdə qeydiyyatda olmaqla, uzun müddətdir həmin evdə yaşayır. Cavabdeh özünə məxsus evin həyətində onun razılığını almadan tikililərin quruluşların uçmasına təhlükə yaratmaqla ona məxsus evə bitişik olmaqla, qeyri qanuni tikintilər aparmışdır. Həmin özbaşına tikilinin inşa edilməsi nəticəsində ona məxsus evdə rütubət yaranmış, evə günəş şüalarının qarşısını alan hündür tikili inşa edildiyindən, rütubət nəticəsində evin divar örtüyü və divar kağızları yararsız hala düşmüş, elektrik naqilləri yararsız haldadır. Cavabdehin onun pəncərəsi qarşısında apardığı qanunsuz tikinti işləri nəticəsində onun evinə təbii işıq düşməsinə maneçilik yaranmışdır. Dəfələrlə cavabdehə iradını bildirsə də, cavabdeh onun iradına məhəl qoymamışdır. Evlər arasındakı ara məsafəsi 60 sm olduğu halda cavabdehin evi divara ümumiyyətlə bitişik inşa olunmuşdur. Bu isə iddiaçıya və ailə üzvlərimə maneçilik törədir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində özbaşına inşa edilmiş tikili onun hesabına sökülməli, cavabdehdən ona dəymiş maddi ziyanın əvəzi olaraq 500 (beş yüz) manat və ödənilmiş 31 ( otuz bir) manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X2 iddia tələbini qəbul etmədi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. İş materiallarında olan 2-315/2005 saylı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri. Daş Karxanası küçəsi 454 saylı evin yaşayış sahəsindən istifadə hüququnun tanınması qət edilmişdir. İş materiallarında olan Nərimanov RPİ 17-ci PŞ-ndən İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun polis şöbəsinə göndərmiş olduğu şikayətdə mülkü xarakterli xüsusatlar olduğundan məhkəməyə müraciət etmə hüququ izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3710 saylı rəyin nəticə hissəsindən görünür ki, ünvan 4 ünvanda yerləşən 25/33 saylı yaşayış evinə bitişik vəziyyətdə inşa 2,0 m enində, 2,25 m uzunluğunda 2,30 m hündürlüyündə mişar daşından inşa olunmuş tikili plan sxemdə öz əksini tapmadığını və həmin tikilinin inşaası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, Daş karxana küçəsi, ev 454 ünvanına bitişik (ünvan 5ili iddiaçıya məxsus 454 saylı mənzilinin mətbəx tikilisinin pəncərəsi qarşısında (bitişik) inşa olunduğundan mənzilin (1-ci mərtəbə səviyyəsində) yerləşən tikililərinə münasibətdə, mənzilin havalandırmasına, işıqlanmasına, rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi müəyyən edilir. Məhkəmə mülki işin materiallarını araşdıran zaman müəyyən etmişdir ki, İddiaçı və ailə üzvləri Nərimanov rayonu, Daş Karxanası ev 454 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyatda olmaqla yaşayırlar. Tədqiq olunan, ünvan 6 ünvanında mətbəx tikilisinin pəncərəsinin qarşısından ikinci mərtəbə səviyyəsində, ünvan 7 ünvanına aid tikilinin inşa olunduğu müəyyən edilmişdir. Həmin özbaşına tikilinin inşası nəticəsində iddiaçıya məxsus mənzilin havalandırmasına, işıqlanmasına, rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin ülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 79.1.3-cü maddəsinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş “təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1-ci bəndinə əsasən Sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Həmin qaydaların 4.2-ci bəndinə əsasən Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidi Göründüyü kimi iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. ünvan 1 ünvan 1 mənzilə bitişik vəziyyətdə inşa edilmiş tikili iddiaçıya məxsus 454 saylı mənzilinin mətbəx tikilisinin pəncərəsi qarşısında inşa olduğundan iddiaçıya məxsus mənzilin havalandırmasına, işıqlanmasına, rütubətin tənzimlənməsinə mənfi təsir göstərmiş, qeyd olunan hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3710 saylı ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Əldə edilmiş nəticələrə əsasən məhkəmə hesab edir ki, həmin tikili sökülməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanın dəyməsini təsdiq edən sübutlar məhkəməyə iddiaçı tərəfindən təqdim edilmədiyindən iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində özbaşına inşa edilmiş tikilinin (ünvan 6 ünvanında mətbəx tikilisinin pəncərəsinin qarşısından ikinci mərtəbə səviyyəsində, ünvan 7 ünvanına aid tikili) öz hesabına sökülməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-406/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-406/2021
07.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver