Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4061/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı və cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nə qarşı kredit müqaviləsinin ləğv edilərək yeni ödəniş qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nə qarşı kredit müqaviləsinin ləğv edilərək yeni ödəniş qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 19.08.2019-cu il tarixli 01/2016/KBK saylı kredit müqaviləsinə xitam verilməsinə, ölkə ərazisində pandemiya ilə bağlı elan olunmuş xüsusi sərtləşdirilmiş karantin rejimi ilə bağlı Operativ Qərargahın verdiyi qərara əsasən 25.03.2020-ci il tarixindən 10.06.2021-ci il tarixinədək kredit müqaviləsi və onun tərkib hissəsi olan ödəniş qrafikinə əsasən həmin müddət ərzində iddiaçının kreditinin əsas qalıq hissəsinə hesablanmış faiz borcunun proporsional şəkildə azaldılmasına, fəaliyyətini yeni bərpa etdiyi biznesindən əldə etdiyi gəlirin yeni formalaşmasına uyğun şəkildə aylıq stabil ödəniş məbləğinin müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izah verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv prosesində olması səbəbindən cavabdeh olaraq onun ləğvedicisinin qeyd edilməməsi iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə mülki işin sənədlərini araşdırıb, hesab edir ki, aşağıdakılara görə mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13.06.2017-ci il tarixli plenum qərarında qeyd olunmuşdur: “Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1 -ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.” Azərbaycan Respublikasının “Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsinə əsasən banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; Həmin Qanunun 72.1.3-cü maddəsinə bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.8-ci maddələrinə əsasən işdə iştirak edən hüquqi şəxs ləğv edilmişdirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdeh LPO "xxxx" ASC-nə qarşı kredit müqaviləsinin ləğv edilərək yeni ödəniş qaydasının müəyyən edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4061/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4061/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver