Məhkəmə qərarları › İş №2(005)-4068/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4068/2021

30.09.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4068/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı X3 vəkili X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Əsgər qızı və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildə istifadə hüququ olmayan hesab edilməsi və onların həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü madddəsinə əsasən iddia tələbini dəyişərək Bakı şəhəri Nərimanov Rayonu, Novruzov Qaradaşları, 174-cü evə İddiaçı və Cavabdeh1 Əsgər qızının ümumi birgə mülkiyyəti hesab edilməsi və həmin ev üzərində onun ½ hissəsində mülkiyyət hüququ tanınaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X9 iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 140.57 kv.m olan mənzil iddiaçının tam mülkiyyətindədir.Ərizəyə əlavə edilmiş Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin arayışından görünür ki, İddiaçı, Cavabdeh1 Əsgər qızı, X6, Cavabdeh2, X5, X2, X7, X10, X11, X8. X12, X13, X14 qeyd edilən ünvandakı mənzildə qeydiyyatdadırlar. Qeyd olunur ki, mənzildə qeydiyyatda olan həmin şəxslərdən Cavabdeh1 Əsgər qızı və Cavabdeh2 onun evində qeydiyyatda olması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, həmin şəxslər onun evində qeydiyyatda olduğu üçün o, evə dair sərəncam vermək üçün həmin şəxslərin də icazəsini almalıdır. Onlar iddiaçının ailə üzvü olsa da onu və digər ailə üzvlərini öz evlərində yaşamağa qoymur, həmin evdə yaşamağı iddiaçl üçün dözülməz ediblər. Onlar iddiaçıyla ailə üzvünə yaraşmayan tərzdə davranırlar, buna görə də, əslində, ailə münasibətləri tamamilə korlanmışdır və formal xarakter daşıyır.Həmin ev iddiaçının öz mülkiyyətindədir, öz mülkiyyətində olan evə sərbəst surətdə daxil olmaq, orada yaşamaq və istifadə hüququ var. Lakin onlar iddiaçının bu hüquqlarını həyata keçirməyinə mane olur. İddiaçl öz hüquqlarını tələb etdikdə isə mütəmadi olaraq evdə dava salır, iddiaçının və digər ailə üzvlərinin normal və rahat yaşamaqlarına imkan vermirlər.Göründüyü kimi cavabdehlər onun evində yaşayaraq və qeydiyyatla olmaqla onun mülkiyyət hüquqlarını əhəmiyyətli dərəcədə pozur, onun mülkiyyət hüquqlarımı həyata keçirməyinə mane olur. Məhkəmənin 07.09.2021-ci il tarixli iclasında iddiaçı X9 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etməyərək, 03.09.2021-ci ildə məhkəməyə dəftərxana vasitəsilə etiraz ərizəsi təqdim edərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR ƏMDK yanında DODRX-nin çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 140.57 kv.m olan mənzil iddiaçının tam mülkiyyətindədir. İddia ərizəsinə əlavə edilmiş Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin arayışından görünür ki, İddiaçı, Cavabdeh1 Əsgər qızı, X6. Cavabdeh2, X5. X2. X7. X10. X11. X8. X12. X13. X14 qeyd edilən ünvandakı mənzildə qeydiyyatdadırlar. 29.07.2021-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı X9 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırılmış iddia üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır; 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, AR ƏMDK yanında DƏDRX-nin çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 140.57 kv.m olan mənzil iddiaçının tam mülkiyyətindədir. Həmin ünvanda iddiaçı ilə yanaşı, onun ailə üzvləri - İddiaçı, Cavabdeh1 Əsgər qızı, X6. Cavabdeh2, X5. X2. X7. X10. X11. X8. X12. X13. X14 pasport qeydiyyatındadır. X9 və Cavabdeh1 Əsgər qızı 23.10.1973-cü ildə nikaha daxil olmuş, tərəflər arasında nikah pozulmamışdır. ünvan 2 ünvanındakı mənzil X9 və Cavabdeh1 Əsgər qızının birgə nigah dövründə əldə olunmuşdur. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli avtomobil tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaklara dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlaklar tərəflərin hər birinin payı bərabər hesab edilməlidir. Məhkəmə ona da qeyd edir ki, Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olunur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan əmlaklar tərəflərin rəsmi nikah münasibətlərinin mövcud olduğu dövrdə və ümumi gəlirləri hesabına əldə olunduğundan, tərəflər arasında onların hər hansı qaydada bölünməsi barədə müqavilə Razılaşma olmadığından, habelə iddiaçının daha çox paya mülkiyyət hüququnun tanınması üçün hər hansı əsas müəyyən edilmədiyindən, onların ümumi birgə mülkiyyəti sayılmalı, mübahisəli əmlaklar tərəflər arasında bərabər paylara bölünməklə, ½ (ikidə bir) hissəsinə iddiaçı X3, ½ hissəsinə Cavabdeh1 payları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Bakı şəhəri Nərimanov Rayonu, Novruzov Qardaşları, 174-cü ev İddiaçı və Cavabdeh1 Əsgər qızının ümumi birgə mülkiyyəti hesab edilməli və həmin ev üzərində onun ½ hissəsində mülkiyyət hüququ tanınaraq bölünməlidir. Ödənilmiş dövlət rüsumu tələb edildiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-30-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Nərimanov Rayonu, Novruzov Qaradaşları, ev 174 ünvanına İddiaçı və Cavabdeh1 Əsgər qızının ümumi birgə mülkiyyəti hesab edilməsi və həmin ev üzərində onun ½ hissəsində mülkiyyət hüququ tanınaraq bölünməsinə dair iddia təmin edilsin. Bakı şəhəri Nərimanov Rayonu, Novruzov Qaradaşları, ev 174 ünvanına İddiaçı və Cavabdeh1 Əsgər qızının bərabər paylara bölünməklə ½ hissəsinə İddiaçı payı, ½ hissəsinə Cavabdeh1 Əsgər qızının payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar