Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-407/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında” xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh 85000 ABŞ dolları məbləğində əsas borcun, həmin pul vəsaitini qanunsuz saxlayıb onu qaytarmaqdan boyun qaçırdığına görə hesablanmış cəmi 29750 ABŞ dolları məbləğində faizin ödənilən vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın məzənnəsinə uyğun hesablanmaqla və ödənilmiş 485,1 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllərdən yaxşı tanıdığı borc verən X8 xx.xx.2012-ci il tarixdə imzalanmaqla notariusda təsdiq edilmiş kredit müqaviləsinə əsasən, xx.xx.2013-cü il tarixədək qaytarmaq şərti ilə borc alan Cavabdeh 230.000 ABŞ dolları borc pul vermişdir. Aldığı borcun vaxtında qaytarılmasında ciddi maliyyə çətinlikləri yarandığı üçün aralarındakı qarşılıqlı inam və etibarlı işgüzar əlaqələrin olmasını nəzərə alıb, həmçinin verəcəyi pulunu tezliklə özünə qaytaracağına inanıb, Cavabdeh təkidli xahişinə əsasən, onun borc verən X3 aldığı 230.000 ABŞ dolları məbləğində borcunun 85000 ABŞ dolları hissəsinin qaytarılmasına o, İddiaçı şifahi vədlə təminat vermişdir. Şifahi təminatla verdiyi vədinə əməl edərək, borc alan Cavabdeh kredit müqaviləsi üzrə borcundan hissə-hissə olmaqla, 50.000 ABŞ dollarını nağd pul formasında, 35.000 ABŞ dollarını isə daşınmaz əmlak verməklə, xx.xx.2017-ci il tarixədək borc verən X6 ödəmişdir. Bütün bunlar barədə borc alan Cavabdeh mütəmadi məlumat vermişdir və o, ona olan borcunu tezliklə qaytaracağına onu tam əmin etmiş və inandırmışdır. Bununla da, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh aldığı 230.000 ABŞ dolları məbləğində borc puldan onun əvəzinə xx.xx.2017-ci il tarixədək 85000 ABŞ dollarını borc verən X6 o, İddiaçı qaytarmışdır. Ona görə də borc verən X8 ilə borc alan Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borc alanın öhdəliyinin üçüncü şəxs tərəfindən qismən icra edilməsi yəni, 85000 ABŞ dolları borcunun borc verən X6 İddiaçı tərəfindən qaytarılması ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431-ci maddəsinə əsaslanaraq, həmin məbləğdə pulun ödənilməsini Cavabdeh tələb etmə hüququnun olmasını rəsmiləşdirməkdən ötrü sonuncu ödənişi etdiyi xx.xx.2017-ci il tarixdə onunla borc verən X8 arasında şahidlərin iştirakı ilə “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında” müqavilə imzalanmışdır. Onun əvəzinə ödədiyi pulunun qaytarılmasını indiyədək dəfələrlə və təkidlə tələb etməsinə baxmayaraq, Cavabdeh müxtəlif bəhanələr ilə 85000 ABŞ dolları məbləğində borcunu qaytarmamış, get-gedə telefon zənglərinə cavab verməkdən yayınmış, ən nəhayət isə mobil telefon nömrəsini dəyişdirərək, onunla danışmaqdan yayınmışdır. Həmçinin tərəfindən Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixli yazılı bildiriş göndərilərək, borclu olduğu X8 ilə aralarında xx.xx.2017-ci il tarixdə bağlanmış “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında" müqaviləyə əsasən, onun əvəzinə X6 ödədiyi 85.000 ABŞ dolları məbləğində borcunu 10 gün müddətində ona qaytarmasını təklif etmişdir. Təəssüf ki, yazılı bildirişə Cavabdeh heç bir münasibət bildirməmişdir. Bununla da Cavabdeh ona olan inam və etibarından sui-istifadə etmə yolu ilə onun 85000 ABŞ dolları məbləğində pulunu ələ keçirmişdir. Ona görə də Cavabdeh əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olduğu üçün onun cinayət məsuliyyətinə cəlb edilməsi, etibarından suiistifadə etmə və aldatma yolu ilə ələ keçirdiyi 85000 ABŞ dollarının ödənilən vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının manata məzənnəsi ilə hesablanmaqla, ondan alınıb ona qaytarılmasının təmin edilməsinə dair qanuni tədbirlər görülməsi barədə ərizə ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin, Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Ruslan Əsgərov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vətəndaş İddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmə hüququnun izah edilməsi qərara alınmışdır. Polisin baş təhqiqatçısının qərarında gəlinən nəticədən görünür ki, aparılmış araşdırma zamanı toplanmış sübutlar üzrə əməldə etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə yəni, dələduzluq cinayətinin tərkib əlamətləri müəyyən edilmədiyindən, material üzrə kifayət qədər toplanmış şahid izahatları və müqavilələrlə X8 ilə Cavabdeh arasında 18 oktyabr 2012-ci il tarixdə imzalanmış və həmin gün Bakı şəhəri 22 saylı notariat kontorunda reyestrdə 3-M-1-273 nömrə ilə qeyd edilməklə təsdiq edilmiş 18 oktyabr 2012ci il tarixli kredit müqaviləsinə əsasən, borc verən X3 aldığı 230.000 ABŞ dolları məbləğində borc puldan onun əvəzinə 85.000 ABŞ dolları məbləğində borcu İddiaçı qaytardığına görə həmin məbləğdə pulun borc alan Cavabdeh ona qaytarılmasını tələb etmə hüququnun “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında” xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən X3 İddiaçı verilməsi, bu əsasla İddiaçı Cavabdeh 85.000 ABŞ dolları borcun ödənilməsini tələb etmə hüququnun yaranması öz təsdiqini tapdığından, həmçinin toplanmış materialda cinayət işinin başlanması üçün dəlillər, cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən hallar mövcud olmadığından, eyni zamanda, tərəflər arasında mövcud olan borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı yaranan mübahisələr mülki mübahisə predmeti olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Material üzrə polisin baş təhqiqatçısının qərarından şikayət verilməmişdir. Hazırda Cavabdeh ona 85.000 ABŞ dolları məbləğində borcu vardır. Qanunun normalarının müddəaları baxımından bildirir ki, Cavabdeh borclu olaraq, xx.xx.2017-ci il tarixli “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında” müqavilə üzrə öhdəliyini icra etməyib həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq, ona 85.000 ABŞ dolları məbləğində borcunu qaytarmayıbdır. Həmin pul vəsaitini qanunsuz saxladığına və onu qaytarmaqdan boyun qaçırdığına, nəticədə ondan faydalandığına görə həmin pul vəsaitinin hər gecikdirilmiş vaxtı üçün illik beş bank faizi məbləğində faiz ödənilməlidir. Bu qaydaya uyğun illik beş faizlə hesabladıqda, Cavabdeh 2017-ci il üzrə 2125 ABŞ dolları, 2018-2023-cü illər üzrə hər il üçün 4250 ABŞ dolları, 2024-cü il üzrə isə 2125 ABŞ dolları məbləğində pulu da ödəməlidir. Bu məbləğlərin cəmi isə 29750 ABŞ dolları təşkil edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının bu günə olan məlumatına əsasən, 1 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi 1.70 manat təşkil edir. Ona görə də Cavabdeh ona olan 85000 ABŞ dolları borcunun Azərbaycan manatına məzənnəsi 144500 manat, özgəsinin pul vəsaitini qanunsuz saxlayıb onu qaytarmaqdan boyun qaçırmaqla bağlı hesablanmış faizlər isə 29750 ABŞ dolları olmaqla, 50575 manat məbləğini təşkil edir. Onların cəmi isə 195075 manat olacaqdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iş materiallarından, iddiaçı və 3-cü şəxsin izahatlarından görünür ki, Cavabdeh 3-cü şəxs İlqar Musayevə 230.000 ABŞ dolları borcu olmuşdur. Bu hal tərəflərin arasında notariat qaydada bağlanmış xx.xx.2012ci il tarixli borc müqaviləsi, məhkəmə qətnamələri və qərarı ilə təsdiq edilir. Həmin iş üzrə sonuncu qərar AR Ali Məhkəməsinin MK-nın xx.xx.2015-ci il tarixli qərarı olmuşdur və qüvvəyə mindikdən sonra qətnamə birinci instansiya məhkəməsi tərəfindən icra edilməsi üçün Nərimanov rayon icra şöbəsinə göndərilmişdir. Beləliklə borclu Cavabdeh tələbkar İlqar Musayevə olan 230.000 ABŞ dolları məbləğində borc öhdəliyinə dair icra vərəqi 2016-cı ildən Nərimanov rayon İcra Şöbəsindədir. Lakin iddiaçı və 3-cü şəxs izahatında göstərir ki, X7 Bilalzadə arasında 230.000 ABŞ dolları ilə bağlı mülki mübahisə məhkəmədə baxıldığı vaxtda, Ruslanın borcunun 85.000 ABŞ dollarını - 50.000 ABŞ dolları hissə-hissə olmaqla (hansı hissələrdə və hansı müddətdə) guya İddiaçı tərəfindən İlqar Musayevə ödənilmiş (iddiaçının şahidi Fuad Hadılının ifadəsinə görə isə 50.000 dollar hissə-hissə Bakir tərəfindən Ruslana verilmişdir), 35.000 dollar hissəsinin əvəzində isə guya Bakir tərəfindən İlqara mənzil verilmişdir (31.01.25-ci il tarixədək keçirilmiş İİ məhkəmə baxışına kimi bu barədə məhkəməyə hər hansı bir dəlil təqdim edilməmişdir). Guya sonuncu ödəniş günü, (nə qədər məlum deyil) yəni xx.xx.2017-ci ildə X11 Babayev arasında “borcun qaytarılmasını tələb etmək hüquququnun qismən verilməsi və qəbulu haqqında” müqavilə bağlanmışdır. Lakin 2014-15-ci illərdən başlayan guya hissə-hissə ödənişlər edilməsi barədə Cavabdeh məlumatı olmamış, yaxud məlumatı olması barədə iddiaçı tərəfindən məhkəməyə dəlil təqdim edilməmişdir. Həmçinin guya 35.000 ABŞ dollarının əvəzində İlqara mənzilin verilməsi barədə məhkəməyə xx.xx.2025-ci il tarixədək sübut təqdim edilməmişdir. Lakin həmin tarixdən sonra elektron məhkəmə sistemi vasitəsilə təqdim ediləcək müqavilə, yaxud başqa sənəd gecikmiş sübut kimi məhkəmə tərəfindən qəbul edilməməlidir. İddiaçının və 3-cü şəxsin deməsinə görə xx.xx.2017-ci il tarixdə müqavilə bağlanarkən, artıq 2014-15-ci illərdə 50.000 dollar hissə-hissə ödənilmiş və 35.000 dolların əvəzində mənzil də verilmiş olmuşdur. Belə olduqda iddiaçı hər hansı hüquqi əsas olmadan (deməsinə görə Ruslanın borcu ödəməsinə zamin durmuş?- hansı qaydada zamin olması işdən görünmür) guya İlqar Musayevə ödənişlər etmiş və bu zaman tərəflərin arasında “tələb hüququnun qismən ötürülməsi haqqında” müqavilə olmadığından bu ödənişlər Cavabdeh üçün hər hansı bir öhdəlik yarada bilməz. xx.xx.2017-ci il tarixdən, yəni tərəflər üçün hüquq və vəzifələr yaradan müqavilə bağlandıqdan sonra İddiaçı tərəfindən İlqar Musayevə hər hanı məbləğdə ödəniş edilməsi barədə iddia ərizəsində, tərəflərin izahatında, şahidin ifadəsində, polisin “cinayət işinin başlanmasnın rədd edilməsi haqqında” Qərarında göstərilməmişdir və iddia edilmir. AR MM-nin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. AR MM-nin 399.2-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. xx.xx.2017-ci il tarixli müqavilədə müqavilənin qüvvəsinin müqavilə bağlananadək, yaranmış münasibətlərə tətbiq edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən İlqar Musayevə olan 230.000 ABŞ dolları borcu tam olaraq qaytarılmışdır. Lakin aralarındaki münasibət pozulduğundan (X13nın deməsinə görə Tonqal restoranında az qala aralarında müharibə olacaqdı) onu cəzalandırmaq üçün İddiaçılə İlqar Musayev aralarında “borc məbləğinin tələb hüququnun qismən ötürülməsinə dair” formal müqavilə bağlamışlar. İddiaçı məhkəmədə verdiyi ifadəsində göstərdi ki, guya bu hərəkətini mərhəmətlik niyyəti ilə, Ruslanla dost olduqları, onun bütün nəslini tanıdığı üçün və bunu ondan Cavabdeh dəfələrlə xahiş etdiyinə görə etmişdir. Lakin Ruslanın belə bir xahiş etməsi ilə bağlı sübut təqdim edilməmişdir. Cavabdehin nümayəndəsinin sualına cavab olaraq, İddiaçı bildirmişdir ki, əvvəllər heç kimin əvəzindən pul ödəməmişdir, Ruslanla qohumluğu yoxdur, ayrı-ayrı rayonlardandır, birgə biznes, yaxud şərikli işləri olmamış, Ruslanın onun həyatında müstəsna xidməti olmamışdır. Sadəcə şifahi zamin olduğu üçün öz nüfuzuna, adına görə bu qədər pulu İlqara ödəmişdir. Lakin iddia ərizəsində 85.000 dollardan əlavə 29.750 ABŞ dolları tələb etməsi, onun əsl niyyəti ortaya çıxır. “Formal müqavilə bağlayıb Cavabdeh ödədiyi borcu ondan təkrar tələb edib almaqla cəzalandırmaq” X13 məhkəmədə verdiyi ifadəsində iddiaçi və 3-cü şəxsdən fərqli olaraq 50.000 dollar pulun hissə-hissə və hər dəfə Ruslana təhvil verildiyini göstərdi. Lakin iddia ərizəsində və izahatlarında iddiaçı, nümayəndəsi və 3-cü şəxs göstərmişlər ki, 50.000 dollar pul hissə-hissə olmaqla Bakir tərəfindən bilavasitə İlqara təhvil verilmişdir. Göründüyü kimi ən həlledici və əhəmiyyətli hal, yəni pulun verilməsi ilə bağlı həm sübut təqdim edilməyib, həm hansı hissələrlə, hansı vaxtlarda və necə verilməsi məlum deyil, həm yeganə şahid iddiaçı və 3-cü şəxsin dediklərini pulun verilməsi hissəsində təkzib etmiş, həm də iddiaçı tərəfindən göstərilən işin halları ağlabatan deyil. Eyni zamanda iddia ərizəsində 50.000 dollar pulun sonuncu ödəniş xx.xx.2017-ci ildə ödənilməsi göstərilsə də, məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli müqavilənin 2.4-cü bəndində 50.000 dollar pulun 2016-cı ildə ödənildiyi göstərilmişdir. Həmçinin məhkəmədə ifadə verən 3-cü şəxs Cavabdeh borcundan 95.000 dollar özünün qaytardığını və guya 85 dollar da İddiaçı verdiyini göstərsə də məhkəməyə təqdim edilmiş və tərəf kimi imzaladığı müqavilənin 2.2ci bəndində göstərilmişdir ki, guya xx.xx.2017-ci il tarixədək Cavabdeh borcundan bir manat da ödəməmişdir. AR Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qararında göstərilmişdir ki, AR Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dan sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri MM-nin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. AR MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 (altı) ildir. AR MM-nin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. İndiki halda məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli müqavilədə ayrı qayda nəzərdə tutulmamışdır. Şərti olaraq İddiaçı hüquqlarının pozulduğunu qəbul etsək onun üçün iddia müddətinin axımı 2014-15-ci illərdən, yaxud ən yaxşı halda xx.xx.2017-ci ildən formal müqavilə bağlandığı andan hesablanmalıdır. Çünki məhkəmədə verdiyi izahatında göstərdi ki, guya Cavabdeh borcunu ödəməyib ondan yayındığı üçün artıq verdiyi pulları və əmlakı rəsmiləşdirmək qərarına gəlmişdir. İddiaçı iddia müddətinin bərpası ilə bağlı müraciət etməmiş və müddəti ötürməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə izahat verməmişdir. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi AR MM-nin 739.1-ci maddəsi ilə əsaslandırmışdır. Həmin norma borc müqaviləsindən irəli gələn tələblə bağlıdır. Hansı ki, belə tələblər üzrə üç illik iddia müddəti nəzərdə tutulmuşdur. Cavabdeh ilə İlqar Musayev arasında olan 230.000 ABŞ dolları ilə bağlı məsələ məhkəmə qaydasında həllini tapmış və hazırda icra mərhələsindədir. Ruslan həmin qətnamə üzrə icra icraatı zamanı iddia edir ki, hələ qətnamə qanun qüvvəsini almamışdan başlayaraq, İlqar Musayevə olan borcunu ödəyib qurtarmışdır. İlqar Musayev isə bunu inkar edir. Odur ki, bu mübahisə icra icraatı çərçivəsində qüvvədə olan məhkəmə qətnaməsinin icrası qaydasında həll edilməlidir. Məhkəmədə hazırda İddiaçı tərəfindən tələb edilən 85.000 dollar pulun hüquqi əsasını xx.xx.2017-ci il tarixli müqavilə və həmin müqavilədən yaranan borc münasibətləri təşkil edir. Hesab edir ki, İddiaçı guya Ruslanın İlqara olan borcundan 2014-15-ci illərdə hissə-hissə olmaqla 50.000 dollar ödəməsi və əlavə olaraq 35.000 dollar qiymətində mənzil verməsi həm məhkəmədə sübutlarla təsdiq edilmədi, həmçinin həmin tələb üzrə iddia müddəti ötürüldüyündən AR MM-nin 375.2-ci maddəsinə əsasən iddia müddəti tətbiq edilməklə imtina edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, cavabdehin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunun bir hissəsi iddiaçı tərəfindən ödənilmişdir. Bunu qadağan edən hər hansı br norma mövcud deyildir. Bu zaman borclunun razılığı da tələb olunmur. Borcun təmin edilmiş hissəsini tələb etmək hüququ iddiaçıya keçmişdir. Həmçinin tələbkar borcun 85000 dollarının iddiaçı tərəfindən ödənildiyini bildirmiş, bununla bağlı icra şöbəsinə məktub da yazmışdır. İddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh borcunu ödəməmişdir. 2017-ci ildən bugünə qədər pulun dəyəri də düşmüşdür. Pulun ödənilməsini gecikdirdiyinə görə illik beş faiz də tələb edirlər. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehin borcu tam şəkildə onun özü tərəfindən ödənilmişdir, onun hər hansı bir borcu yoxdur. İddiaçının onun borcunu ödəməsi ilə bağlı hər hansı sübutu mövcud deyildir. O, hər hansı bir pul ödəməmişdir. Onun belə bir razılığı da olmamışdır. Tərəflər birləşərək əlavə pul qazanmaq üçün belə bir iddia irəli sürüblər. Həmçinin iddia müddəti də ötürülmüşdür. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Ruslanla 2002-ci ildən münasibətləri var. Onların ailəvi tanışlıqları, səmimi dostluqları olduğu üçün Ruslana şifahi qaydada zamin durub. İlqarı da 2014-2015-ci illərdə Ruslana görə tanıyıb. Onlar Ruslanı çox sıxışdırdıqlarından, Ruslan isə borcu ödəmək üçün vaxt istədiyindən o, Ruslana zamin durmuşdur ki, 2-3 ay vaxt verin ödəyəcək, ödəməsə 80-90 min dollarını özü ödəyər. Bir neçə aydan sonra İlqar qardaşı ilə gəldi ki, Ruslan borcu ödəmir, zamin durmuşdun, sən ödə. Borcun bir qismini Ruslan ödəmişdi, qalanı qalmışdı. O da söz verdiyi üçün 2015-ci ildən borcu hissə-hissə ödəməyə başladı. Sonra devalvasiya oldu, pulu ödəməkdə çətinlik çəkdi, 2017-ci ildə qalan 35000 dolların əvəzinə şərik olduğu MTK-dan ev verdi. Həmin mənzil onun şəxsi mənzili olub. Hər dəfə pul ödəyəndə Ruslana məlumat verirdi. Ruslan isə vəziyyətinin yaxşı olmadığını, pulları ona qaytaracağını bildirirdi. Sonradan telefonlarını açmamağa, ondan qaçmağa başladı. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 bildirmişdir ki, Ruslanı uşaqlıqdan tanıyırdı. Eyni kəndin sakinləri olmuşlar. Ruslan ondan borc pul istəmişdir ki, mağazalarının sayını artırmaq niyyəti var. O, həmin dövrdə işləmirdi və Ruslana verilən borcu qardaşı Rusiyadan göndərmişdir. Cəmi 230000 dollar borc vermişdir. Daha sonra görmüşdür ki, Ruslanın heç də işləri yaxşı getmir və niyyəti aldatmaqdır. Borcundan əmlaklarını satıb 95000 dollar ödəmişdir. Ümumi 135000 ABŞ dolları borcu qalmışdı. Ruslan ona maşın vermişdi, onu ustaya aparanda görmüşdür ki, dəyəri azdır. O da maşını Ruslana qaytararaq, maşını satıb pulunu ona verməsini istəmişdir. Lakin o, maşını götürüb və pulunu da verməmişdir. Bakir, ona Ruslan ödəməsə onun özünün ödəyəcəyinə dair söz vermişdi. Buna görə də Bakirdən pulun ödənilməsini istəmişdir. O da 50000 dollar pulu hissə-hissə əlbəəl formada ona qaytarmışdır. Pulun neçə dəfəyə verildiyini xatırlamır. Qalanına isə mənzil verdi. Ona verilən mənzil Bakir müəllimin mənzili idi, müqaviləni o yazıb vermişdir. Mənzil təqribən 56 000 manata qiymətləndirilmişdir. Xırdalan şəhəri, Heydər Əliyev prospektinə yerləşirdi. Adına çıxarış alaraq həmin mənzili özü başqa şəxsə satmışdır. İcra şöbəsinə ərizə yazmışdır ki, Ruslanın ona cəmi 50000 dollar borcu qalmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - X8 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, X1 Ruslan Aydın oğluna 1 il müddətinə, xx.xx.2013-cü il tarixinədək 230000 ABŞ dolları pul verməyi, Cavabdeh isə qeyd edilən borcu vaxtında və tam ödəməyi öhdəsinə götürmüşdür; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-469/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 230000 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə tutulub iddiaçıya verilməsi qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4733/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2015-ci il tarixli, 2(103)-3794/2015 saylı qətnaməsi ilə cavabdehin nümayəndəsi T.A.Xanəliyevin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Cavabdeh nümayəndəsi və vəkili Xanəliyev Tərlan Ağaməmməd oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2015-ci il tarixli, 2(103)-3794/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - “Tələb hüququnu verən” X8 ilə “Tələb hüququnu qəbul edən” İddiaçı arasında bağlanmış “Borcun qaytarılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında” xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin predmetini “Borc verən” X8 “Borc alan” Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə imzalanmış və həmin gün Bakı şəhəri 22 saylı notariat kontorunda reyestrdə 3-M-1-273 nömrə ilə qeyd edilməklə təsdiq edilmiş xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən “Borc verən” “Borc alan”a verdiyi 230000 ABŞ dolları məbləğində borc puldan 85000 ABŞ dolları məbləğində olan hissəsinin qaytarılmasını tələb etmə hüququnu verən X3 tələb hüququnu qəbul edən İddiaçı verilməsi və qəbul edilməsini təşkil edir; - Cavabdeh İcra şöbəsində verdiyi xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, o, icra sənədi barədə məlumatlı olduğunu, maddi imkanın yaxşı olmadığını, İlqar Musayevə olan borcu üzrə tam ödəniş etdiyini, Access banka olan borcu üzrə isə 3000 ABŞ dolları ödədiyini və 1 aya borcunun öz həllini tapacağını bildirmişdir; - Cavabdeh İcra şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, o bildirmişdir ki, X6 olan borcunu xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilə kimi mənzil və pulları nağd olaraq qaytarmışdır. Ümumi 236800 ABŞ dolları ödəmişdir. Hazırki icra sənədi üzrə hər hansı ödəniş edilməyib. X8 qeyri-rəsmi olaraq ondan aldığı pulları geri qaytarsa, icra sənədi üzrə tələbi tam şəkildə icra edəcəkdir; - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış xx.xx.2024-cü il tarixli, HK-1/4535 sayla qeyd edilmiş təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaşa mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət hüququ izah edilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3336/2024 saylı, xx.xx.2024cü il tarixli qərarından görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir; - X8 tərəfindən Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış ərizədən görünür ki, o, Ruslanın dostu Bakir tərəfindən ona 85000 ABŞ dolları pul ödənildiyini qeyd etmiş, 50000 ABŞ dolları pulun alınmasına köməklik göstərilməsini xahiş etmişdir; - Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X9 öz ifadəsində bildirmişdir ki, o 20 ildir Bakirlə dostdur. "xxxx" MTK-nın sədridir. 2014-2015-ci illər olardı, o, Bakirlə parkda gəzən zaman ona zəng gəldi və “Tonqal” restoranına getdilər. Onlar ora çatanda puldan danışırdılar, əvvəlki söhbəti bilmir. Ruslan da orada idi. Məlum oldu ki, Ruslanın İlqara 230000 borcu var. Ruslan dedi ki, 3-4 ay vaxt versinlər, qaytaracaq. İlqar ona inanmadığını bildirərək Bakirdən zamin durmasını istədi. Bakir isə zamin duraraq dedi ki, 2-3 ay vaxt verin, ödəməsə o ödəyəcək. Məbləğ olaraq 80000-90000 dollara zamin durmuşdu. Daha sonra deyildi ki, “Bakir müəllim siz zamin durmusunuz, lakin Ruslan borcu ödəmir”. Bakir ona zamin durmuşdu deyə, 50000 dolları hissə-hissə ödədi. İkinci dəfə devalvasiya olanda nağd verməyə imkanı çatmadı, 35000 hissəsinə isə İlqarla razılıq oldu və ona mənzil verildi. Mənzil Bakirin MTK-da olan payından biri idi. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh 230000 ABŞ dolları məbləğində pulun tutularaq X6 ödənilməsi qət edilmişdir. İcra sənədi icra edilmədiyindən cavabdeh barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İddiaçı, əvvəlki iş üzrə tələbkar olan, hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 cavabdehin borcuna görə 85000 dollar pul ödədiyini bildirərək həmin pulun, eləcə də pulu qaytarmaqdan boyun qaçırdığına görə illik beş faiz hesablanmaqla 29750 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə onun üçüncü şəxsə, yəni kreditora borcu olmadığını, əslində borcunu ödədiyini, eləcə də iddiaçının onun borcunu ödəməsinə razılığının olmadığını, ümumiyyətlə onun borcunu ödəmədiyini bildirərək iddiaya etiraz edir. İlk növbədə qeyd edilməlidir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 469/2015 saylı, xx.xx.2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh 230000 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin şikayətləri təmin edilməmişdir. Həmin iş üzrə cavabdeh həmçinin qarşılıqlı iddia ərizəsi verərək kredit müqaviləsinə əsasən yaranmış öhdəliyə xitam verilməsi tələbini irəli sürmüşdür, qarşılıqlı iddia ərizəsi də təmin edilməmişdir. Qarşılıqlı iddia ərizəsi, eləcə də cavabdehin verdiyi apellyasiya və kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, pulu 18 oktyabr 2012-ci il tarixdə deyil, 02 fevral 2012-ci il tarixindən 05 mart 2012-ci il tarixinədək hissə-hissə iddiaçının qardaşından almışdır. Pulun yalnız 50000 ABŞ dollarını iddiaçıdan almışdır. Pulun bütövlükdə məbləği 185000 ABŞ dolları olmuşdur. 18 oktyabr 2012-ci il tarixədək 185000 dollar puldan 50000 dollarını qaytarmışdır. Borcun qaytarılması üçün Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrarayon, 11 A saylı evin, 26-cı mənzili üzərində sərəncam vermək üçün arvadı Müseyiblinin adından etibarnamə vermiş və sonuncu həmin mənzili 54000 dollara satıb pulu götürmüşdür. Bundan başqa iddiaçıya sözügedən borcun əvəzinə dəyəri 157000 manat olan Xırdalan şəhəri H.Əliyev prospektində Abşeron A1 MTK tərəfindən inşa edilən sahəsi 128 kv. metr olan qeyriyaşayış sahəsi verilmişdir. Kredit müqaviləsi üzrə onun borcu qalmamışdır. İşə baxan kassasiya instansiyası məhkəməsi isə, şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh pulun qaytarıldığını bildirsə də istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin göstərmişdir ki, işə əlavə edilmiş sözügedən qeyri-yaşayış sahəsinə dair 19 yanvar 2014-cü il tarixli müqavilədən görünür ki, həmin müqavilə cavabdeh ilə iddiaçı arasında deyil, sonuncu ilə "xxxx" MTK arasında bağlanmışdır. Digər tərəfdən işdən, "xxxx" MTK-nın iddia ərizəsindən görünür ki, sözügedən qeyri-yaşayış sahəsinin alınması üçün nə cavabdeh, nə də iddiaçı tərəfindən Kooperativin hesabına pul ödənilməmişdir. Mənzilin A.Y.Müseyiblinin təmsilçisi olmuş iddiaçı vasitəsilə bağlanmasına gəlincə qeyd edilmişdir ki, iddiaçının etibarnaməyə, qanunun göstərişinə əsaslanan səlahiyyətə görə, başqa şəxsin, yəni A.Y.Müseyiblinin adından bağladığı əqd təmsil edilənin, yəni sonuncunun mülki hüquq və vəzifələrini bilavasitə yaratmış, dəyişdirmiş və onlara xitam vermişdir. Bu baxımdan sadalanan hallar tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi üçün əsas sayıla bilməz. Göründüyü kimi, 2015-ci ildə işə baxan kassasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə cavabdehin borcu ödədiyinə dair etirazları qəbul edilməmiş, onun hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə xx.xx.2012-ci il tarixli müqavilə üzrə 230000 ABŞ dolları borcunun mövcudluğu təsdiq edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə isə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Hazırki iş üzrə cavabdehin nümayəndəsi (vəkili) məhkəmə iclasında yuxarıda sadalanan eyni dəlilləri irəli sürməklə borcun ödənildiyini bildirmişdir. Lakin məhkəmə, həmin dəlillərə kassasiya instansiyası məhkəməsi tərəfindən artıq baxıldığını, eləcə də həmin dəlilləri təsdiq edən hər hansı yeni sübutun təqdim edilmədiyini nəzərə alaraq borcun cavabdeh tərəfindən tam ödənildiyinə dair dəlillərini əsassız sayır. Həmçinin icra işinin materiallarında borcun ödənilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Əksinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3336/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə icra sənədinin icra edilməməsinə görə Cavabdeh barəsində 500 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçün şəxs X8 cavabdehin ona borcunu tam ödəmədiyini, 95000 dolları hissə-hissə qaytardığını, qalan 135000 dollardan 85000 dollarının İddiaçı Zakir oğu tərəfindən ödənildiyini, onun bu puldan 50000 dollarını hissə-hissə ödədiyini, qalan 35000 ABŞ dollarının müqabilində isə mənzil verdiyini, İcra şöbəsinə Cavabdeh ona olan borcundan 85000 dollarının Bakir tərəfindən ödənildiyinə, cəmi 50000 dollar borcu qaldığına dair ərizə yazdığını bildirmişdir. Nəzərə alınmalıdır ki, borcun ödənildiyini sübut etmək yükü bilavasitə cavabdehin üzərinə düşür. Tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri). Mülki Məcəllənin öhdəliklərin üçüncü şəxs tərəfindən icrasını müəyyən edən 431-ci maddəsinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Maddənin məzmunundan göründüyü kimi, borclunun kreditor qarşısındakı öhdəliyini borclunun əvəzinə üçüncü bir şəxs icra edilə bilər (şəxsə bağlı öhdəlik istisna olmaqla). Öz iradəsi ilə hərəkət edən üçüncü şəxs öhdəliyi borclunun tapşırığı və ya məlumatı əsasında, yaxud bunlar olmadan yerinə yetirə bilər. Hazırki iş üzrə iddiaçının tələbi cavabdehin X10 qarşısındakı öhdəliyinin üçüncü şəxs, yəni onun tərəfindən icrasına əsaslanır. Cavabdehin əsas etirazı isə onun öhdəliyinin iddiaçı tərəfindən icrasına razılıq verməməsi, eləcə də iddiaçının onun öhdəliyini icra etməməsindən ibarət olmuşdur. Lakin Mülki Məcəllənin yuxarıda qeyd edilən maddəsinin məzmunundan göründüyü kimi, öhdəliyin borclunun əvəzinə üçüncü şəxs tərəfindən icrası zamanı borclunun razılığı tələb olunmur. Hazırki mülki iş üzrə iddiaçı ilə tələbkar X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “borcun qaytrılmasını tələb etmə hüququnun qismən verilməsi və qəbulu haqqında” müqavilənin 2.4-cü bəndinə görə, müqavilə üzrə tələb hüququnu qəbul edən İddiaçı şifahi verdiyi təminat vədinə əsasən, hissə-hissə olmaqla, 50.000 (əlli min) ABŞ dolları pulu 2016-cı ildə nağd formada, 35.000 ABŞ dolları məbləğində pulu isə borc verən (kreditor) X8 ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında" müqavilə ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti İ ünvanında inşa edilən yaşayış binasının 3-cü girişindəki 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 92 kv.m., 2 otaqdan ibarət, ümumi dəyəri 55200 manat təşkil edən mənzili onun istifadəsinə və sahibliyinə verilməsi yolu ilə hesablanmaqla, kredit müqaviləsi üzrə borc alan (borclu) Cavabdeh aldığı 230.000 ABŞ dolları məbləğində borc puldan onun əvəzinə 85000 ABŞ dollarını borc verən (kreditor) X6 qaytarmışdır. Bu faktı şahidlər də təsdiq edirlər. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borc verən (kreditor) X3 aldığı 230.000 ABŞ dolları məbləğində borc puldan onun əvəzinə 85.000 ABŞ dolları məbləğində borcu qaytardığına görə həmin məbləğdə pulun borc alan (borclu) Cavabdeh ona qaytarılmasını tələb etmə hüququ bu müqavilə üzrə tələb hüququnu verən X3 bu müqavilə üzrə tələb hüququnu qəbul edən İddiaçı verilir. Eyni müqavilənin 2.6-cı bəndinə əsasən, kredit müqaviləsi üzrə borc verən (kreditor) X4 borc alan (borclu) Cavabdeh borc verdiyi 230000 ABŞ dolları məbləğində puldan 85.000 ABŞ dolları məbləğində hissəsinin üzərində mülkiyyət hüququ bu müqavilə üzrə tələb hüququnu qəbul edən İddiaçı verilir. Borc əlan (borclu) Cavabdeh Kredit müqaviləsi əsasında aldığı borc pulun 85000 ABŞ dolları məbləğində hissəsini də borc verən (kreditor) X6 qaytararsa, sonuncu həmin pulu dərhal bu müqavilə üzrə tələb hüququnu qəbul edən İddiaçı verməlidir. Cavabdehin öhdəliyin iddiaçı tərəfindən icra edilməməsi dəlilinə gəlincə isə qeyd olunduğu kimi, məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs, yəni kreditor borcun 85000 dolları hissəsinin iddiaçı tərəfindən ona ödənildiyini, həmin pulun hissə-hissə 50000 dollar olmaqla nağd şəkildə və 2017-ci ildə mənzil verilməklə ödənildiyini qəbul etmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş “Kooperativ binanın mənzil tikintisi haqqında” xx.xx.2017-cı il tarixli müqavilə ilə "xxxx" MTK tərəfindən mənzilin verilməsi öz təsdiqini tapmışdır. Mülki Məcəllənin 442 və 443.1-ci maddələrinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki qanunverciliyin yuxarıda qeyd edilən normalarının tələbləri baxımından borclunun kreditor qarşısında öhdəliyinin başqa şəxs tərəfindən icrası yolveriləndir və hazırki iş üzrə kreditorun tələbi iddiaçı tərəfindən təmin edildiyindən, təmin edilmiş öhdəlik həcmində tələb hüququ İddiaçı keçmişdir. Bu baxımdan iddiaçı 85000 ABŞ dolları pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məlum olduğu kimi, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki Məcəllənin 377.3-cü maddəsinə görə, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (Mülki Məcəllənin 427.2 və 427.4-cü maddələri). Hazırki iş üzrə tərəflər, yəni iddiaçı və cavabdeh arasında müqavilə münasibətləri mövcud olmadığından, irəli sürülmüş tələb müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə olmadığından ümumi iddia müddəti tətbiq edilməlidir. Cavabdehin öhdəliyi isə 2015-2017-ci illərdə iddiaçı tərəfindən icra edildiyindən, iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixində verildiyindən 10 illik iddia müddəti ötürülməmişdir. Bütün bunlar isə iddia müddətinin ötürüldüyünə dair cavabdehin arqumentinin əsassız olduğunu göstərir. İddia tələbinin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 29750 ABŞ dolları pulun tutulması hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İddiaçı, cavabdehin kreditoru qarşısında onun öhdəliyini icra etdiyi gündən tələb hüququ ona keçdiyindən və cavabdeh öz öhdəliyinin icrasını gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçının cavabdehin öhdəliyini icra etdiyi gündən də başlayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, öhdəliyin icrasının sonuncu günündən başlayaraq, yəni xx.xx.2017-ci il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2024-cü il tarixədək (7 il, 2 ay, 27 gün (2642 gün)) pul öhdəliyinin icrası gecikdirildiyindən 29750 ABŞ dolları məbləğində pul (5 faiz/85000 ABŞ dolları:365x2642gün =30763) tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 106.1, 217.3 və 217.4-cü maddələrinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 85000 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 29750 ABŞ dolları, cəmi 114750 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 485,1 manat pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 85000 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 29750 ABŞ dolları, cəmi 114750 (yüz on dörd min yeddi yüz əlli) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 485,1 (dörd yüz səksən beş manat, on qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-407/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-407/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver