Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4075/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı “Bank VTB (Azərbaycan)ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB“ ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.09.2021-ci il tarixə Banka borclu olduğu 2844.19 AZN manat məbləğində əsas borcun, 0.61 AZN manat məbləğində faizin, cəmi 2844.80 AZN manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq Bank VTB (Azərbaycan) ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2013cü il tarixli 111666-CNS-180 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 23 faiz hesablanması şərti ilə 24 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh arasında bağlanmış “01.04.2013-cü il tarixli 111666-CNS- 180 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 30 dekabr 2014-cü il tarixli 1 saylı Razılaşmaya əsasən Cavabdeh Banka 30.12.2014-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 5.366,44 manat məb!əğində borcu illik 23 faiz hesablanması şərti ilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 53“ nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh kredit borcu restrukturizasiya olunmuş və Bank ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu tarixli 111666-CNS- 13524/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Z Z Məmmədovaya illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 3.992,15 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 12.02.2021-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 3.471,29 manat məbləğində əsas borc, 11,96 manat məbləğində faiz ümumilikdə isə 3.483,25 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh 27.09.2021-ci il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Prezidentin Fərmanına əsasən cavabdehin kredit borcu restrukturizasiya olunmuş və cavabdeh hər ay qrafik üzrə 82 manat banka pul ödəyir. Ev şəraitində müalicə olmağı ilə bağlı kredit borcunun ödənilməsində gecikmə oldu. Buna baxmayaraq 8 iyul 2021-ci ildə banka 992 manat ödəmişdir. Buna baxmayaraq bank cavabdeh barəsində 28 iyul 2021-ci il tarixdə iddia ərizəsi vermişdir. Cavabdeh müqavilənin şərtini artıqlaması ilə ödəmiş və imkan olduqca borcu tezliklə ödəyəvəyini bildirir. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2013-cü il tarixli 111666-CNS-180 saylı “Nağd pul krediti müqaviləsi”ndən müəyyən olunur ki, Cavabdeh istehlak məqsədilə illik 23 faiz hesablanması şərti ilə 24 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış “01.04.2013-cü il tarixli 111666-CNS- 180 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə" 30 dekabr 2014-cü il tarixli 1 saylı Razılaşmadan müəyyən olunur ki, Cavabdeh Banka 30.12.2014-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 5.366,44 manat məb!əğində borcu illik 23 faiz hesablanması şərti ilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bank ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu tarixli 111666-CNS-13524/1 saylı “Nağd pul krediti müqaviləsi”ndən müəyyən olunur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 53“ nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh kredit borcu restrukturizasiya olunmuş və Z Z Məmmədovaya illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 3.992,15 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh 14700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bank VTB (Azərbaycan) ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, bank borcalanın yaranmış borcun 3 iş günü müddətində qaytarılması, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 12 iyul 2019-cu tarixli 111666-CNS-13524/1 saylı kredit müqaviləsinə əsasən iddiaçı Bank VTB (Azərbaycan) ASC-nə 2844.19 manat əsas, 0.61 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə iddiaçı Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh 2844.19 AZN manat məbləğində əsas borc, 0.61 AZN manat məbləğində faiz borcu, cəmi 2844.80 AZN manat pul məbləği iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh ilə iddiaçı Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh 2844.19 AZN manat məbləğində əsas borc, 0.61 AZN manat məbləğində faiz borcu, cəmi 2844.80 AZN manat pul məbləği və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4075/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4075/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver