Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4079/2025 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2 və X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2 və X7 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçılara vurmuş olduğu ümumilikdə 10000 manat pulun onların xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, İddiaçı1, İddiaçı2 və X1 Kəmalə İsrafil qızını həmkəndlisi kimi tanımışlar. Cavabdeh onların etibarından sui istifadə edərək İddiaçı2 onun arvadı Gülnarə Məmmədovanı pensiyaya düzəltməkdə köməklik edəcəyini vəd verərək 2017-ci ilin may ayında 2500 manat, 2017-ci ilin noyabr ayında 2500 manat olmaqla ümumilikdə 5000 manat pulu, İddiaçı1 onun gəlini Elmira Məmmədovam pensiyaya düzəltməkdə köməklik edəcəyini vəd edərək 2017-ci ilin dekabr ayında 2500 manat, 2018-ci ilin may ayında 2500 manat və 500 manat olmaqla ümumillikdə 5500 manat, X2 onun qızı Təranə İsmayılovanı pensiyaya düzəltməkdə köməklik edəcəyini vəd verərək 2017-ci ilin dekabr ayında 2500 manatı, 2018-ci ilin mart ayında 2000 manat olmaqla ümumilikdə 4500 manat məbləğində pulu ələ keçirmişdir. X9 müraciətindən sonra xx.xx.2024-cü il tarixdə Samux Rayon prokuroru, kiçik ədliyyə müşaviri Könül Ələsgərova tərəfindən Cavabdeh İstrafil qızının barəsində Azərbaycan Republikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaqın aparılması üçün Samux Rayon Polis Şöbəsinə göndərilmişdir. 04 iyul 2024-cü il tarixdə AR CM-in 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi aidiyyatı üzrə Samux RPŞ-nin İstintaq Qrupuna göndərilmiş və istintaq Samux RPŞ-nin müstəntiqi Şəhriyar Əhmədli tərəfindən aparılmışdır. Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Cavabdeh tamah niyyəti ilə İddiaçı2 Oli oğlu ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək onun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə 5000 manat qarşılığında onun arvadı Gülnarə Məmmədovanı pensiyaya düzəltməkdə köməklik edəcəyini vəd verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda İddiaçı2 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ilə 2017-ci ilin may ayının istintaqa dəqiq məlum olmayan bir günündə Cavabdeh bacısı Əntiqənin yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evində 2500 manatı, 2017-ci ilin noyabr ayının istintaqa dəqiq məlum olmayan bir günündə Cavabdeh bacısı Əntiqənin yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evində 2500 manatı alıb ələ keçirərək ümumilikdə İddiaçı2 vahid niyyətlə 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə İddiaçı1 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək onun əmlakım hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə 5500 manat qarşılığında onun gəlini Elmira Məmmədovanı pensiyaya düzəltməkdə köməklik edəcəyini vəd verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda İddiaçı1 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan suiistifadə etmə və aldatma yolu ilə ilə 2017-ci ilin dekabr ayının istintaqa dəqiq məlum olmayan bir günündə X10 yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evində 2500 manatı, 2018-ci ilin may ayının istintaqa dəqiq məlum olmayan bir günündə X10 yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evində 2500 manatı, 2018-ci ilin iyun ayının istintaqa dəqiq məlum olmayan bir günündə X10 yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evində 500 manatı alıb ələ keçirərək ümumilikdə İddiaçı1 vahid niyyətlə 5500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə X8 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək onun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə 4500 manat qarşılığında onun qızı Təranə İsmayılovam pensiyaya düzəltməkdə köməklik edəcəyini vəd verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda X5 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ilə 2017-ci ilin dekabr ayının istintaqa dəqiq məlum olmayan bir günündə X10 yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evində 2500 manatı, 2018-ci ilin mart ayının istintaqa dəqiq məlum olmayan bir günündə X10 yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evində 2000 manatı alıb ələ keçirərək ümumilikdə Qəhrəman İsmayılova vahid niyyətlə 4500 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir Lakin sonradan başlanmış cinayət işinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilmişdir. Cinayət işinə xitam verilməsinə baxmayaraq Cavabdeh onlara vurmuş olduğu maddi ziyan qaytarılmamışdır. Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh tərəfindən iddia tələbinə etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının mövqeyi Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclasında izahat verən İddiaçı1 bildirdi ki, cavabdehə ümumilikdə 3 dəfəyə 5500 manat məbləğində pul verib. Bu pulu gəlini Elmira Məmmədovaya xəstəliyə gösrə pensiya düzəltmək adı ilə vermişdik. Cavabdeh şəxs həkimdi. Buna görə də ona inanmış və köməklik edə biləcəyini düşünmüşlər. Cavabdehlə olan görüşlərində səsyazısını da qeydə alıblar. Aldadıqlarını başa düşdükdə verilən pul məbləğini geri istəyiblər. Eyni zamanda polisə müraciət ediblər. Cavabdeh iddiaçılara ümumilikdə 4900 manat məbləğində pul qaytarıb. Bu məbləği iddiaçılar öz aralarında bölüşdürüblər. Məbləğin 4500 manatı iddiaçılar hüquq-mühafizə orqanlarına müraciət etməzdən əvvəl, 400 manatı isə Samux Rayon Plis şöbəsində araşdırılma aparılan zaman ödənilib. Üç iddiaçıya ümumilikdə ödənilməli olan məbləğ 10 min manat təşkil edir. Əvvəlki məhkəmə iclasında izahat verən iddiaçı X7 bildirdi ki, Cavabdeh əvvəllər tanıyıb. Belə ki, cavabdeh əvvəllər Samux rayonunun Qarayeri qəsəbəsində yaşayıb. Sonradan Bakı şəhərinə köçmüşdür. İddiaçının qızı Təranənin səhhətində problem var idi. Ona pensiya düzəltmək üçün maraqlananda qaynı İddiaçı1 ona demişdir ki, Kəmalə adlı bir qadın var, həmin qadın pensiya düzəltmək işi ilə məşğuldur. Əlinin oğlu Həsənin arvadı Gülnarəyə pensiya düzəltmək üçün Kəmalə ilə razılaşıblar. Bundan sonra iddiaçı Əlinin oğlu Ruslanın evində Cavabdeh ilə görüşüb və ona 4500 manat ödəməyə razılaşıb. 2017ci ilin dekabr ayında 2500, 2018-ci il 2000 manat olmaqla, ümumilikdə 4500 manat məbləğində pul vəsaitini cavabdehə verib. Lakin sonradan ona aydın olub ki, cavabdeh onu da, digər iddiaçıları da aldadıb. Cavabdeh tərəfindən iddiaçılara ümumilikdə 4900 manat məbləğində pul qaytarılıb. Bu pul məbləğini öz aralarında bölüşdürüblər. Əvvəlki məhkəmə iclasında izahat verən İddiaçı2 bildirib ki, iddiaçılardan İddiaçı1 onun atasıdır. Cavabdehə arvadı Gülnarəyə pensiya düzəltmək üçün 2017-ci ilin may ayında 2500 manat, həmin ilin noyabr ayında 2500 manat olmaqla, ümumilikdə 5000 manat ödəyib. Ümumilikdə cavabdeh 4900 manat məbləğində pul qaytarıb və pul 3 iddiaçı altında bölüşdürülüb. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materialları - Samux Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilərək cinayət işinin başlanması haqqında” qərarın surətindən görünür ki,Samux RPŞ-nin İstintaq Qrupunun müstəntiqi,polis baş leytenantı X11 tərəfindən HK-1/98 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş 27 oktyabr 2022-ci il tarixli qərar ləğv edilərək material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanması qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolundan görünür ki ,təqsirləndirilən şəxs Cavabdeh izahatında aşaığdakı ifadələri bildirmişdir. - Qərəman Hüseynovdan 2017-ci ilin noyabr ayının xatırlamadığım bir günündə Samux rayonıı Qarayeri qəsəbəsində Əlinin oğlu Ruslanın evində Qəhrəman Hüseynovdan 2500 manat pul almışam. Bundan sonra 2018-ci ilin mart ayının xatırlamadığım bır günündə yenidən Samux rayonu Qarayeri qəsəbəsində Əlinin oğlu Ruslanın evində Qəhrəman və Əli ilə görüşdüm. Həmin zaman orada Qəhrəman mənə 2000 manat pul verdi. - Mən İddiaçı1 2017-ci ilin noyabr ayının xatırlamadığım bir günündə Samux rayonu Qarayeri qəsəbəsində Əlinin oğlu Ruslanın evində İddiaçı1 2500 manat pul almışam, 2018-ci ilin may ayının xatırlamadığım bir günündə yenidən Samux rayonu Qarayeri qəsəbəsində Əlinin oğlu Ruslanın evində Qəhrəman və Əli ilə görüşdüm. Həmin zaman orada Ruslan, Ruslanın arvadı Təranə var idi. Orada İddiaçı1 mənə 2500 manat pul verdi. Bundan sonrada işin düzəlməsi ilə bağlı yenidən İddiaçı1 2018-ci ilin iyun ayında Samux rayonu Qarayeri qəsəbəsində 500 manat pul almışam...Bildirim ki, mən Qəhrəmandan 4500 manat Əlidən isə 5500 manat, İddiaçı2 5000 manat pu almışam. - Mən həmin məbləğin qarşılığında İddiaçı1 gəlini Elmiraya, İddiaçı2 arvadı Gülnarəyə və X3 pensiya üçün əlillik qrupu düzəltməyi söz vermişdim. - Mən cəmi 4500 manat məbləğində pul qaytamışam. - Mən pensiya üçün əlillik dərəcəsi düzəltməyə ixtiyarım yox idi, mən həmin vaxtda həkim pediatr işləyirdim. - Üzərində “SN” yazısı olan flaşkart elektron daşıyıcı vasitəsi ilə təqdim edilmiş səs yazısından görünür ki, İddiaçı1 - Məni evdə yaman danladılar... Cavabdeh- Niyə?... İddiaçı1 - evdə yoldaşım dedi ki,zəng vur gör məsələ noldu? Dedim qoy aprel ayı gəlsin. Gəlinim ilə qudamınkı niyə olmur?... Cavabdeh-onların işlərini gec vermişik, alınsa maya ,iyuna çəkəcək. İyunun 20-25-i ancaq... İddiaçı1-Elmiranınkı bəs?... Cavabdeh - Elmiranın 2 ekpikrizi hazırdır. Bir az cavandır deyə nə ürəklə çıxara bilirik bunu. Çıxartdıq nevrologiya ilə, mərkəzi sinir sistemi ilə. Belə çox cavandı, yaş dövri ilə... İddiaçı1-Bilirsiz, Kəmalə xanım nə varsa bizə açıq şəkildə deyin ki, 6 aya düzələcək bu iş. Başa düşürük bu iş nə sizlikdi,nə bizlik... Cavabdeh - Kompüterlikdir. Məmim əmimqızı var, Salatın ona ömürlük etmişəm... İddiaçı1 - Yeznəmin qızının da adı Təranədi də onun işini hazırlıyırlar?... Cavabdeh - Olarınkı belə hazırdı da. Epikriz. forma 88 çıxması hazır deyil. Çünki onların pulunu mən ora çatdırmalıyam ki, onlar çıxardıb mənə versinlər, sosiala göndərsinlər... İddiaçı1 - Bu nə qədər vaxt çəkər?... Cavabdeh - 21 gün. 1 ay çəkər də. İyun ayının əvvəli gətirsəm 1 ayda kart hazırlanır. Mən ömürlük etmirəm. 5 illik. Özdə mən birinci qrup etmiyəcəm, ikinci qrup verəcəm. İkisinin də ikinci qrup verəcəm. 5 ildən sonra o sənədi verəcəksiz kompüterə, təzədən vurulacaq kompüterə, epikrizi otuzduracayıq. Nə xərc çəkəcəksiz nə bir şey....İddiaçı1 - Onu kim edəcək?... Cavabdeh- Biz... İddiaçı1- Kəmalə xanım, bizdə bir az problem oldu, vəziyyət yaxşı deyil. Cavabdeh - Mən istəyirəm ki, çıxardım Əli müəllim. Moskvaya gedim qızımın yanına 1 ay rahat dincəlim. Mən bu kənd camaatını verim rahat gedim. Mən tək işləmirəm 5 nəfər də işləyir. 2 formada, 3 nəfər mərkəzdə. Pulları tez verin ki, rahat gedim də. Günbəgün hər şey dəyişilir... İddiaçı2- Elmiranın işi nə vaxta hazır olacaq?... Cavabdeh - İyun... İddiaçı2 - avqusta zad belə?...Cavabdeh-yox, iyuna, may-iyun ikisi də birgə,təhvil verim qutarım, məndə özüm rahat olum, həyəcan keçirirəm,iş başa çatanadək. Siz mənə pullarımı verin ki,mən işimi görüm də... X7-mənlə razılaşmırsan?... Cavabdeh-Nətər razılaşım?... X7-1000 manat indi verirəm. Sən gələn moment demirsən? 1000 manat onda verirəm... Cavabdeh-Hə elə. Siz mənə dediz marta ödəniş olacaq. Sənəd işi bilirsiz necədir? Pulu vurmalıyıq ki,sənəd gəlsin çıxsın... İddiaçı2 - İndi biz nə qədər verməliyik?...Təranə- 4500.... İddiaçı2 - 2 yarım səndə qalıb ,2 yarım Qəhrəman dayıda.. . İşə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi : 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsəyə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəyə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materialları ilə müəyyən olunur ki, Cavabdeh iddiaçıların etibarından sui istifadə edərək pensiyaya düzəltməkdə köməklik edəcəyini vəd verərək, İddiaçı2 5000 manat pulu, İddiaçı1 5500 manat, X2 4500 manat məbləğində pulu ələ keçirmişdir. Daha sonra təkrarən iddiaçılar ilə görüşərək onların pulunu mənimsəmişdir. İddiaçılar tərəfindən daha sonra Samux Rayon Prokrorluğuna müraciət etmişlər və Samux Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilərək cinayət işinin başlanması haqqında” qərara əsasən, Samux RPŞ-nin İstintaq Qrupunun müstəntiqi,polis baş leytenantı X11 tərəfindən HK-1/98 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş 27 oktyabr 2022-ci il tarixli qərar ləğv edilərək material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanması qərara alınmışdır. İddiaçılar hazırda Cavabdeh iddiaçılara vurmuş olduğu ümumilikdə 10000 manat maddi ziyanın onların xeyrinə cavabdehdən tutulmasını xahiş edirlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilərək cinayət işinin başlanması haqqında” qərardan da görünür ki,cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolundan da görünür ki, cavabdeh törətdiyi əməli etiraf edərək, izahatında Qəhrəman Hüseynovdan öncə 2500 manat daha sonra təkrar 2000 manat olmaqla ümumilikdə 4500 manat, İddiaçı1 ilk öncə 2500 manat, təkrar isə 2500 manat və 500 manat olmaqla 5500 manat, İddiaçı2 əvvəl 2500 manat, daha sonra 2500 manat olmaqla, ümumilikdə 500 manat pul aldığını, bu məbləğdən yalnız 4500 manat məbləğində pul məbləğini isə iddiaçılara qaytardığını bildirmişdir. Məhz qeyd edilən əməl də nəzərə alınmaqla iş materialları ilə cavabdeh tərəfindən iddiaçıların etibarından sui-istifadə edərək, onlara məxsus pul vəsaiti hesabına əsassız varlanması öz təsdiqini tapır. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Başqa sözlə, qanunvericiliyə əsasən, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin iddiaçılara münasibətdə mövcud olduğu müəyyən edilmişdir. Qeyd edilən maddi hüquq normaları tələbin hüquqi əsası kimi çıxış etməklə mübahisə üzrə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh iddiaçıların hesabına əsassız varlınmışdır. Odur ki, məhrum olanın tələbi ilə əldə etdiklərini qaytarmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdehə ümumilikdə (5500+4500+5000=)15000 manat məbləğində pul ödədiklərini bildirirlər və bu işin materialları, o cümlədən cavabdehin polis şöbəsində veridiyi izahatla təsdiq edilir. İddiaçılar tərəfindən təqdim edilən, tərəflərin səs yazılarının əks olunduğu yaddaş daşıyıcısında əks edilmiş səs yazıda iddia ərizəsində göstərilən xüsusatlar təsdiqini tapırlar. Eyni zamanda cavabdeh polis şöbəsində verdiyi həmin izahatda cavabdeh 4500 manat məbləğində pulun qaytarıldığını bildirir; iddiaçılar isə polis şöbəsində araşdırılma aparıldıqdan sonra da 400 ( manat məbləğində pul ödənildiyini bildirirlər. Beləliklə cavabdehin 4900 manat məbləğində pul vəsaitini qaytardığı müəyyən edilir. Belə olan təqdirdə, cavabdehdən tutumalı məbləğ (15000-4900=)10100 manat olduğu müəyyən edilir. Lakin iddiaçılar ərizələrində də, izahatlarında da cavabdehdən 10000 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etdiklərindən, məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxılmamalı və cavbdehdən məhz 10 min manat məbləğində pul iddiaçıların xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hazırlıq iclaslarında iddiaçılara iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hər bir iddiaçıya ödənilməli məbləğin ayrı-ayrılıqda göstərilməsini təklif etsə də, iddiaçılar buna zərurət olmadığı qənaətinə gəlmiş və cavabdehdən tutulan məbləğin müştərək qaydada onlara ödənilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1 maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh 10000 manat pul iddiaçılara; 120 manat dövlət rüsumunun əvəzi İddiaçı1 ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul vəsaiti alınaraq, iddiaçılar İddiaçı1, İddiaçı2 və X4 xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı1n ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4079/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4079/2025
10.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver