Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4084/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu nümayəndəsi X1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçıASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx"ASC-ə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçıASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 24,957.15 (iyirmi dörd min doqquz yüz əlli yeddi manat, 15 qəpik) manat- bundan 14,530.48(on dörd min beş yüz otuz manat,48 qəpik) manat əsas, 7,363.77 (yeddi min üç yüz altmış üç manat, 77 qəpik) manat faiz, 2,608.40 (iki min altı yüz səkkiz manat, 40 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 454.50 (dörd yüz əlli dörd manat, 50 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və “X5 Korporasiyası” ASC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu ərazisində Xırdalan qəs.,Sumqayıt şosesi inşa etdirdiyi 1 bina, 22 blok, 43 saylı mənzil ümumi sahə 69.50 kv.m olan, 2 otaqdan ibarət mənzilə yönəlməsi,yuxarıdakı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və "xxxx" ASC-dən tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra ləğvində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi 02 dekabr 2021-ci il tarixdə iddia tələblərinin artırılmasına dair ərizə təqdim edərək, cəmi 27,918.93 manat - bundan 14,530.48 manat əsas, 8,479.77 manat faiz, 3,910.80 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 997,88 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlor Cavabdeh1 və "xxxx" ASC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilimiş, Abşeron rayonu ərazisində Xırdalan qəs., Sumqayıt şossesi inşa etdirdiyi 1 bina, 22 blok, 43 saylı mənzil ümumi sahə 69.50 kv.m olan, 2 otaqdan ibarət mənzilə yönəlməsi, yuxarıdakı mənzilin ilkin satış qiymətinin (likvid) müəyyən edilməsi və həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və "xxxx" ASC-dən tutulması,ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra ləğv prosesində olan İddiaçı ASC-nə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İnkişaf filialı ilə Cavabdeh1 arasında bağlanmış 02.08.2010-cu il tarixli AK-139 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 119 (bir yüz on doqquz) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə 18088,47 (on səkkiz min səksən səkkiz manat 47 qəpik) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi, AK 139 saylı İpoteka müqaviləsinə əsasən Abşeron rayonu ərazisində Xırdalan qəs., Sumqayıt şossesi inşa etdirdiyi 1 bina, 22 blok, 43 saylı mənzil, ümumi sahə 69.50 kv.m olan, 2 otaqdan ibarət mənzilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Kreditorun Borcluya Zamindən fərdi yaşayış sahəsinin/mənzilin alınması məqsədi üçün kredit verməsindən və Zaminin Kreditor qarşısında Borclunun Müqavilə üzrə öz öhdəliyini təmamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə "xxxx" ASC arasında 02 avqust 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" ASC ilə İddiaçıASC arasında bağlanmış 02 avqust 201-cu il tarixli “Zaminlik”müqaviləsinin 7.4-cü bəndində qeyd edilmişdir ki, zamin bu müqavilənin 4.2-ci bəndində qeyd olunmuş müddət ərzində borclunun öz üzərinə düşən öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditorun müqavilə üzrə tələblərini tam ödəməyə görə məsuliyyət daşıyır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********163 saylı, və **********1M saylı xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavabdehlər banka heç bir cavab verməmişlər və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərin əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəliklərini yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdi edən maliyyə arayışından göründüy kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsaaüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar. Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.17.02.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi 24,957.15 (iyirmi dörd min doqquz yüz əlli yeddi manat, 15 qəpik) manat- bundan 14,530.48(on dörd min beş yüz otuz manat,48 qəpik) manat əsas, 7,363.77 (yeddi min üç yüz altmış üç manat, 77 qəpik) manat faiz, 2,608.40 (iki min altı yüz səkkiz manat, 40 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 454.50 (dörd yüz əlli dörd manat, 50 qəpik) manat faiz borcu təşkil edir. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək, "Texnikabank” ASC ilə "xxxx" ASC arasında birgə fəaliyyət haqqında müqavilə bağlanılmış olsa da tərəflər arasında Zaminlik müqaviləsi mövcud olmadığı üçün iddia tələbinin onlara aid hissədə əsassız olduğunu və "xxxx" ASC-yə aid hissədə iddianın təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia ərizəsinə etiraz təqdim edərək bildirir ki, məhkəməsinin icraatında İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" ASC-yə (bundan sonra “Akkord” adlanacaq) və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair” iddiası vardır. İddianı cavabdeh Akkorda qarşı aşağıdakı səbəblərə görə tamamilə əsassız və qanunsuz hesab edirlər. İddiaçı ASC ilə Akord arasında 02 avqust 2010-cu il tarixli Zaminlik müqaviləsi mövcud olsa da həmin müqavilənin 4.1-ci bəndində qeyd olunur ki, bu Müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının Kreditor qarşısında təminat üsulu Zaminin öz üzərinə götürdüyü subsidiär məsuliyyətdir. Hesab edirlər ki, Zaminlik müqaviləsinə əsasən Akkordun məsuliyyəti subsidiär məsuliyyət olduğu üçün iddiaçı əvvəlcə əsas borcluya, Cavabdeh1 qızma qarşı tələb irəli sürməli, yalnız borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və -ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etdikdən sonra öhdəliyin icra edilməsi ilə bağlı subsidiar məsuliyyət daşıyan zaminə qarşı tələb irəli sürülə bilər.Hesab edirlər ki, İddiaçıASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx"ASC-ə qarşı iddia tələbi "xxxx"ASC-yə aid hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Cavabdeh1məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. MPM-nin 185.5-ci və 185.6-ci maddələrinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İnkişaf filialı ilə Cavabdeh1 arasında bağlanmış 02.08.2010-cu il tarixli AK-139 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 119 (bir yüz on doqquz) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə 18088,47 (on səkkiz min səksən səkkiz manat 47 qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında 02.08.2010-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, 02.08.2010-cu il tarixli AK-139 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Abşeron rayonu ərazisində Xırdalan qəs., Sumqayıt şossesi inşa etdirdiyi 1 bina, 22 blok, 43 saylı mənzil, ümumi sahə 69.50 kv.m olan, 2 otaqdan ibarət mənzili 02.08.2010-cu il tarixli AK-139 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 02 avqust 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə “X8” ASC ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən “X8” ASC Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 22.11.2021-ci il tarixli İddiaçı ASC-ni maliyyə arayışından görünür ki, 02.08.2010-cu il tarixli AK-139 saylı kredit müqaviləsi üzrə 16.11.2021-ci il tarixə yaranmış tələb; cəmi 26,802.93 ( iyirmi altı min səkkiz yüz iki manat, 93 qəpik) manat – bundan 14,530.48 (on dörd min beş yüz otuz manat, 48 qəpik) manat manat əsas, 7,363.77( yeddi min üç yüz altmış üç manat, 77 qəpik) manat faiz, 3,910.80 ( üç min doqquz yüz on manat, 80 qəpik) manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 997.88 ( doqquz yüz doxsan yeddi manat, 88 qəpik) manat faiz borcu təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadından görünür ki, ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 ünvanladığı bildiriş pretenziyadan görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 gün ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan 05 mart 2021-ci il tarixli 9/5354 №-li AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 14.11.2011-ci il tarixli AK-302 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 14.10.2019-cu il tarixə (müqavilə müddətinin bitmə tarixinə) banka olan borcu 42.997,32 manat məbləğində müqavilə müddətindən sonra illik 5 faiz hesablanmaqla 04.03.2020-ci il tarixə banka olan borcu 43.653,87 manat təşkil edir. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli 9/6683 №-li AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 02 avqust 2010-cu il ¾ tarixli, AK-139 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: müqavilə müddətinin bitmə tarixinə yəni 02.07.2020-ci il tarixə əsas borc üzrə 13855,84 manat, faiz borcu üzrə 8.479,77 manat , maliyyə arayışının tarixinə yəni 17.02.2021-ci il tarixə illik 5 faiz hesablamaqla əsas borc üzrə 13855,84 manat, faiz borcu üzrə 8912,77 manat məbləğində müəyyən olunur. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı ASC Cavabdeh1 arasında 02.08.2010-cu il tarixində kredit verilməsi haqqında AK-139 saylı kredit müqaviləsi bağlanmışdır Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 Abşeron rayonu ərazisində Xırdalan qəs., Sumqayıt şossesi inşa etdirdiyi 1 bina, 22 blok, 43 saylı mənzil, ümumi sahə 69.50 kv.m olan, 2 otaqdan ibarət mənzilin alınması üçün 119 (bir yüz on doqquz) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə 18088,47 (on səkkiz min səksən səkkiz manat 47 qəpik) manat məbləğində kredit verilmişdir. 02.08.2010-cu il tarixli AK- 139 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Abşeron rayonu ərazisində Xırdalan qəs., Sumqayıt şossesi inşa etdirdiyi 1 bina, 22 blok, 43 saylı mənzil, ümumi sahə 69.50 kv.m olan, 2 otaqdan ibarət mənzili 02.08.2010-cu il tarixli AK-139 ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh “X8” ASC ilə İddiaçı ASC arasında bağlanmış 08.08.2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən “X8” ASC Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş üzrə İddiaçı ASC həmin kredit müqaviləsində göstərilən məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə ilk olaraq iddia tələbi üzrə 02.08.2010-cu il tarixli AK-139 saylı kredit müqaviləsinə əsasən cəmi 27918,93 manat - bundan 14.530,48 manat əsas, 8479,77 manat faiz, 3910,80 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 997,88 manat faiz borcu tələbi hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə iddia üzrə tələb olunan məbləğin “X8" ASC-dən tutulması hissəsi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasənzaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “Texnikabank" ASC ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC arasında 02 avqust 2010-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış, onlar arasında müqavilə öhdəliyi yaranmışdır. Belə olan halda tələb olunan məbləğin cavabdehlər Cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən tutulması hissəsində iddia tələbi əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi üzrə 13855,84 manat əsas borc, 8.479,77 manat faiz, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 997,88 manat faiz borcu cavabdehlər Cavabdeh1 və "xxxx"ASC-dən müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli 9/6683 №-li AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 14.11.2011-ci il tarixli AK- 302 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 banka olan borcu 02.07.2020-ci il tarixə (müqavilə müddətinin bitmə tarixinə) əsas borc üzrə 13855,84 manat, faiz borcu üzrə 8.479,77 manat məbləğində manat təşkil edir. İddia tələbi üzrə əsas məbləğə hesablanmış 3910,80 manat cərimə tələbi ilə bağlı məhkəmə aşağıdakıları bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 3910,80 manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 1000 manata endirilməlidir. Məhkəmə tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu ərazisində Xırdalan qəs., Sumqayıt şossesi inşa etdirdiyi 1 bina, 22 blok, 43 saylı mənzil, ümumi sahə 69.50 kv.m olan, 2 otaqdan ibarət mənzililə yönəldilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, tərəflər arasında bağlanmış 02.08.2010-cu il tarixli AK-139 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 məxsus Abşeron rayonu ərazisində Xırdalan qəs., Sumqayıt şossesi inşa etdirdiyi 1 bina, 22 blok, 43 saylı mənzil, ümumi sahə 69.50 kv.m olan, 2 otaqdan ibarət mənzili AK-139 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi inşa etdirdiyi 1 bina, 22 blok, 43 saylı mənzil, ümumi sahə 69.50 kv.m olan, 2 otaqdan ibarət mənzil ipoteka ilə yüklü edilmiş əmlak kimi dövlət qeydiyyatından keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1- ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəlt-mək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Beləliklə yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, tərəflər arasında AK-139 saylı ipoteka müqaviləsi bağlanmış olsa da, bu özü özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, ipoteka müqaviləsində yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Mülki Məcəllənin 271.1-ci maddəsinin tələbi baxımından əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Bundan başqa Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddianın “tələbin Cavabdeh1 məxsus Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi inşa etdirdiyi 1 bina, 22 blok, 43 saylı mənzil, ümumi sahə 69.50 kv.m olan, 2 otaqdan ibarət mənzilinə yönəldilməsi” hissəsi rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə ekspert rəyini və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması hissəsində qismən əsaslıdır, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən “Texnikabank" ASC-nin xeyrinə 13855,84 manat əsas borc, 8.479,77 manat faiz, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 997,88 manat faiz borcu və 1000 manat cərimə borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx"ASC-dən tutularaq iddiaçının xeyrinə, habelə 100 manat mühasibatlıq ekspertizasının xərci müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx"ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx"ASC-dən müştərək qaydada 02.08.2010-cu il tarixli AK-139 saylı kredit müqaviləsi üzrə 13855,84 manat əsas borc, 8.479,77 manat faiz, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 997,88 manat faiz borcu, 1000 manat cərimə borcu olmaqla cəmi 24333,49 manat pul və 30 manat dövlət rüsumu Ləğv prosesində olan “Texnikabank" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və "xxxx"ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, AZ34CTRE**********0002088501, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəriəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4084/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4084/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver