Məhkəmə qərarları › İş №2(005)-413/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-413/2021

16.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-413/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası «xxxx» MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, 3-cü şəxs X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası «xxxx» MMC-nin Cavabdeh qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “xidmət rüsumunun və cərimənin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın qalibi olmuş Cavabdeh xidmətə görə ödəniləcək rüsumu müqaviləyə əsasən vaxtında keçirmədiyinə görə mənzilin qiymətləndirilmiş 111.240 (bir yüz on bir min iki yüz qırx) manat dəyərinin 7%-i dəyərində, yəni 7.786 (yeddi min yeddi yüz səksən altı) manat alınıb iddiaçı Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjası ’’xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə, həmçinin Cavabdeh xidmətə görə ödəniləcək rüsumu müqaviləyə əsasən vaxtında keçirmədiyinə görə kontraktın ümumi məbləğinin 0,1%-i dəyərində, 111 (yüz on bir) manat həcmində cərimə olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, kommersiya hüquqi şəxs ,barədə müddəalar Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjası "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə də aiddir. ’’xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olduğundan tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 41 nömrəli, 2 otaqlı mənzil olan ipoteka predmetinə yönəldilməsi xərcləri ipoteka predmetinin satınalma qiymətindən tututlduğundan həmin xərclərə daxil olan hərracın xidmət haqqları da satınalma qiymətindən tutulmalıdır (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.3.-cü maddəsi). Eyni zamanda hərrac təşkilatı müstəqil balansa malik, təsərrüfat hesablı müəssisə olduğundan, cari xərclərini, habelə işçilərinin əmək haqqısını, kommunal və s. digər xərclərini əldə etdiyi xidmət haqqlarından ödədiyindən keçirilmiş hərraclarla bağlı xidmət haqqlarının tutulmaması onun faktiki fəaliyyətinin təşkil edilməsi üçün zəruri maddi-texniki bazasız qalması ilə nəticələnə bilər. Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjası təsisçilərinin ümumi yığıncağında xx.xx.2013-cü il tarixdə (protokol №01) təsdiq edilən və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin xx xxxxx 2013- cü 4-2 nömrəli Əmtəə Birjasının fəaliyyətinə görə verilmiş lisenziyasına əlavə kimi çıxış edən “Respublika Xammal və Əmtəə Birjasının ticarət qaydalarının “Birja ticarətində hərracların keçirilməsi qaydasfndan bəhs edən 2-ci bölməsində göstərilir k, “MMC-lərdə xidmət rüsumu hərracda bağlanmış kontraktın ümumi məbləğinin sıfır tam yüzdə iyirmi beş faizindən aşağı olmamaqla yeddi faizə qədəri nəzərdə tutulur. Xidmət rüsumu kontrakt bağlandıqdan sonra qısa müddəətdə cəmiyyətin hesabına keçirilməlidir. Xidmətə görə ödəniləcək rüsumu müqaviləyə əsasən vaxtında keçirməyən tərəf kontraktın ümumi məbləğinin sıfır tam onda bir faizi həcmində cərimə olunur. Ödəyicinin behi geri qaytarılmır". Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı hansı məntiqlə, hansı qanunla, hansı səlahiyuətlə ondan 0,25% deyil, məhz ən yuxarı həddi, yəni 07% tələb edir? MMCnin fəaliyyətini tənzimləyən hər hansı Qaydada nəzərdə tutulan müddəa, göstəriş onun üçün məcburi deyildir və ola da bilməz. Ən başlıcası isə onunla iddiaçı arasında 7786 (yeddi min yeddi yüz səksən al:ı) manat xidmət haqqı ödəmək barədə, konkret olaraq, heç bir razılaşma yoxdur. Xidmət göstərməsi üçün onunla müqavilə bağlamışdırsa və həmin müqavilə üzrə müqavilə tərəfi kimi 7786 rnanat xidmət haqqı ödəyəcəyi barədə öhdəlik götürmüşsə, onda həmin müqaviləni məhkəməyə təqdim etsin. Oğlu Kənana məxsus olmuş, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 13 nömrəli evin 41 nömrəli mənzilinin satışı zamanı hərracda iştirak etmək məqsədilə iddiaçı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası «xxxx» ıMMC-yə ərizə ilə müraciət etmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq, qeyd olunan əmlakın dəyərinin 05 faizi dəyərində, yəni 5562 (beş min beş yüz altmış iki) manat məbləğində pulu MMC-nin kassasına mədaxil etmişdir. Bu barədə ona kassa mədaxil orderi verilmişdir. Hərracda qalib gəlmiş və mənzili 111240 (yüz on bir min iki yüz qırx) manata almış, bundan sonra həmin məbləği «Nikoyl» İKB-yə ödəmişdir. Hazırda artıq ödədiyi üçün həmin beh məbləği ona qaytarılmalı olsa da, həmin məbləğ hələ də ona qaytarılmamışdır. Belə olan halda, iddiaçının qanunsuz hərəkətləri barədə şikayət ərizəsi ilə prokurorluq orqanlarına müraciət etmiş, məsələnin araşdırılması Nərimanov RPİ İstintaq Şöbəsinə həvalə olunmuşdur. «xxxx» MMC-nin əməkdaşları tərəfindən aldadılaraq, ona məxsus 5562 (beş min beş yüz altmış iki) manat məbləğində pulun mənimsənilməsi barədə şikayət ərizəsi əsasında Bakı şəhəri Nərimanov RPİ İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Pərviz Məmmədov müvafiq araşdırma aparmış, material üzrə cinayət tərkibinin olmamasım əsas gətirərək, cinayət işinin bağlanılmasının rədd edilməsinə dair xx xxxxx 2019-cu il tarixli qərar qəbul etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(005)-200/2017 nömrəli qətnaməsi ilə 56.457 ABŞ dolları məbləğində borcun “Nikoyl” X1 xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh X4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi,ev 13 ünvanında yerləşən 41 nömrəli, 2 otaqlı mənzilə yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı "Nikoyl" X3 ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana X5 qaytarılması qət edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-200/17 nömrəli, xx xxxx 2017-ci il tarixli məhkəmə qətnaməsinin icrası ilə bağlı icra şöbəsinin sifarişi əsasında «xxxx» MMC tərəfindən hərrac keçirilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı xxxx» MMC cavabdeh hərracın qalibi olmuş Cavabdeh xidmətə görə ödəniləcək rüsumu müqaviləyə əsasən vaxtında keçirmədiyinə görə mənzilin qiymətləndirilmiş dəyərinin 7%-i dəyərində, yəni 7.786 (yeddi min yeddi yüz səksən altı) manat alınıb iddiaçı Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjası ’’xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə, həmçinin Cavabdeh xidmətə görə ödəniləcək rüsumu müqaviləyə əsasən vaxtında keçirmədiyinə görə kontraktın ümumi məbləğinin 0,1%-i dəyərində, 111 (yüz on bir) manat həcmində cərimə olunmasını tələb etmişdir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 79.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə - borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına; bu Qanunla müəyyən edilmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsi zamanı dəvət olunmuş tərcüməçilərə, hal şahidlərinə, mütəxəssislərə və digər şəxslərə müvafiq haqqın ödənilməsinə; tutulmuş məbləğin tələbkara poçtla köçürülməsinə (göndərilməsinə); icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir. Qanunun 81-ci maddəsinin tələbinə görə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. İcra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər dövlət büdcəsi hesabına ödənilir. İcra hərəkətləri ilə bağlı xərclərin tutulması, habelə bu Qanunla müəyyən edilmiş hallarda həmin xərclərin dövlət büdcəsi hesabına ödənilməsi icra məmurunun qərarına əsasən həyata keçirilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə göndərilir. 81.5-ci maddənin tələbinə görə, tərəflər bu Qanunun 81.4-cü maddəsində nəzərdə tutulmuş qərarın surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iş üzrə iddiaçının iddia ərizəsində cavabdehdən tələb etdiyi xərc - icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin xərclər isə qeyd olunan Qanunun tələbinə uyğun olaraq icra məmurunun qərarına əsasən həyata keçirilir, həmin qərarın surətini aldıqdan sonra tərəflərin 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulmuşdur. Göründüyü kimi, hərracın keçirilməsi ilə bağlı xərclər məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “iş məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş ərizə müvafiq mübahisəyə qətnamənin icrası qaydasında məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin ərizə (iddia) Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə mövcud iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də iş üzrə icraata xitam verilməli və iddiaçıya icra hərəkətlərinin davam etdirilməsi üçün icra şöbəsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası «xxxx» MMC-nin Cavabdeh qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “xidmət rüsumunun və cərimənin tutulması” tələbinə dair iddia tələbi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar