Məhkəmə qərarları › İş №2(005)-4187/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4187/2020

10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4187/2020 10.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “Unibank” X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış borcun və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Unibank” X5 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış borcun və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-vərəsə Cavabdeh iddiaçı “Unibank” X5 Səhmdar Cəmiyyətinin xeyrinə 776,92 (yeddi yüz yetmiş altı manat doxsan iki qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Unibank” X5 Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “Unibank” X5 Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdeh şəxsə istehlak məqsədləri üçün 47 (qırx yeddi) ay müddətinə, illik 26% ödəmək şərtilə 1.605 (bir min altı yüz beş) manat məbləğində kredit verilmişdir. Cavabdeh-mərhum X1 vəfat etdiyi müəyyən olduğundan iddiaçı bank tərəfindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı səhəri 51 nömrəli notariat ofisinə xx xxx 2020-ci il tarixli məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı səhəri 51 nömrəli notariat ofisinin xx xxx 2020-ci tarixli cavab məktubu ilə X1 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdeh-mərhum X1 hüquqi varisi kimi vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh müəyyən olunması anlamına gəlir. Nəticədə, cavabdeh şəxsin müvafiq kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə iddiaçı “Unibank” X5 Səhmdar Cəmiyyətinə 776,92 (yeddi yüz yetmiş altı manat doxsan iki qəpik) manat məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı səhəri 51 nömrəli xidmət notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırılmış müvafiq işlə bağlı cavabdeh-vərəsə Cavabdeh borclu-mərhum X1 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olmuşdur. Yuxarıda qeyd olunan maddələrə əsasən cavabdeh-vərəsə Cavabdeh borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: “Unibank” X5 Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli kredit xətti müqaviləsinin surətindən və məzmunundan görünür ki, sonuncuya istehlak məqsədləri üçün 47 (qırx yeddi) ay müddətinə, illik 26% ödəmək şərtilə 1.605 (bir min altı yüz beş) manat məbləğində kredit verilmişdir; 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 966571 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X3 xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2018-ci il tarixdə 1658 nömrə ilə qeyd edilmişdir; “Unibank” X5 Səhmdar Cəmiyyətinin Bakı səhəri 51 nömrəli notariat ofisinə ünvanladığı xx xxxx 2019-cu il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə vəfat etmiş X2 “Unibank” X5 Səhmdar Cəmiyyəti tərəfindən ödəniləcək kompensasiya məbləği 892,80 (səkkiz yüz doxsan iki manat səksən qəpik) manat təşkil etmişdir; xx xxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərində ölmüş X1 vərəsəsi Cavabdehdur və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır; “Unibank” X5 Səhmdar Cəmiyyətinin Bakı səhəri 51 nömrəli notariat ofisinə ünvanladığı xx xxx 2020-ci il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, cavabdeh-mərhum X1 vəfat etdiyi müəyyən olduğundan iddiaçı bank tərəfindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı müvafiq təşkilata müraciət olunmuşdur; Bakı səhəri 51 nömrəli notariat ofisinin “Unibank” X5 Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxx 2020-ci tarixli cavab məktubunun məzmunundan görünür ki, X1 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir; “Unibank” X5 Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, “Unibank” X5 Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli kredit xətti müqaviləsi üzrə cavabdeh-mərhum X1 xx xxxxxx 2020-ci il tarixinə iddiaçı “Unibank” X5 Səhmdar Cəmiyyətinə 776,92 (yeddi yüz yetmiş altı manat doxsan iki qəpik) manat məbləğində əsas borcu yaranmışdır; “Unibank” X5 Səhmdar Cəmiyyətinin X2 ünvanladığı xx xxxxxx 2020-ci il tarixli bildiriş məktubunun surətindən və məzmunundan görünür ki, müəyyən edilmiş borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq borc məbləğinin və onun qaytarılması üçün çəkilmiş xərclərin tam olaraq qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə sonuncu xəbərdar edilmişdir; Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçı “Unibank” X5 Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdeh şəxsə istehlak məqsədləri üçün 47 (qırx yeddi) ay müddətinə, illik 26% ödəmək şərtilə 1.605 (bir min altı yüz beş) manat məbləğində kredit verilmişdir. Cavabdeh-mərhum X1 vəfat etdiyi müəyyən olduğundan iddiaçı bank tərəfindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıbaçılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı səhəri 51 nömrəli notariat ofisinə xx xxx 2020-ci il tarixli məktubla müraciət olunmuş, Bakı səhəri 51 nömrəli notariat ofisinin xx xxx 2020-ci tarixli cavab məktubu ilə X1 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu baxımdan cavabdeh-mərhum X1 hüquqi varisi kimi vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh müəyyən olunmuşdur. Nəticədə, cavabdeh şəxsin müvafiq kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə iddiaçı “Unibank” X5 Səhmdar Cəmiyyətinə 776,92 (yeddi yüz yetmiş altı manat doxsan iki qəpik) manat məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”; 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”; 1151.1-ci maddəsinə əsasən “mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”; 1306.1-ci maddəsinə əsasən “vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”; 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı səhəri 51 nömrəli xidmət notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair iddiaçı banka göndərdiyi cavab məktubundan göründüyü kimi müvafiq iddia tələbi ilə bağlı cavabdeh-vərəsə Cavabdeh borclu-mərhum X1 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olmuşdur. Bu baxımdan, cavabdeh-vərəsə Cavabdeh borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu da öz növbəsində bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 776,92 (yeddi yüz yetmiş altı manat doxsan iki qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 806,92 (səkkiz yüz altı manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Unibank” X5 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar