Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-420/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin X4nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin X2rşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəlb edilməklə “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti X4ndən 2380 (iki min üç yüz səksən) manat 10 (on) qəpik alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır. Sakini olduğu çoxmərtəbəli yaşayış binasının həyətində 1 ədəd köküstə yaş ağacın gövdəsinin əyilərək aşma təhlükəsi yaradırdı. Həmin ağacın mövcudluğu həm həyətdə gəzərək dolaşan uşaqların həyatı üçün təhlükə yaradırdı, həmçinin ağacın ətrafında park edilən nəqliyyat vasitələrinin salamatlığını risk altına qoyurdu. Habelə həyətdə olan 2-ci ağac da var idi ki, həmin ağac vaxtilə yarıya qədər budanmışdı və həmin hissədə xeyli miqdarda həşərat yığılmışdı və gövdədən budaqların böyüyərək 27-ci mənzilə daxil olması həmin mənzilin texniki təhlükəsizliyi üçün ciddi problem yaradırdı. Hər iki ağacın kəsilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada müraciət etmişdir. Müraciətə ətrafda yaşayan qonşuların böyük əksəriyyəti imza etdikdən sonra həmin məktubu rəsmi qaydada Bakı şəhər İcra Hakimiyyətinə göndərmişlər. Görünür onların müraciəti sonradan aidiyyəti üzrə X3 göndərildiyindən, bir müddət sonra həmin qurumun əməkdaşları əraziyə gələrək şikayətdə qeyd edilən 2-ci ağacın budaq çətirlərinin onun pəncərəsinə toxunan hissələrini budamış, lakin 1-ci ağacla bağlı, yəni əsas aşma təhlükəsi yaradan ağacın kəsilməsi ilə əlaqədar heç bir tədbir görməmişlər. O, həmin əməkdaşlara irad bildirərək niyə yalnız bir ağacı budadıqlarını, əsas aşma təhlükəsi yaradan ikinci ağacı kəsmədiklərini deyəndə əməkdaş ona söyləyib ki, Dövlət Ekspertiza İdarəsi yalnız bir ağacın budanması ilə bağlı rəy verib, ikinci ağacın kəsilməsini ehtiyac görməyib, ümumiyyətlə bu məsələyə münasibət bildirməyib. O, adətən mülkiyyətində olduğu ** TE *** dövlət qeydiyyat nişanlı, həmin ağacın yanında park edirdi. Bakı şəhər İcra Hakimiyyəti X4nin əməkdaşları sözügedən ağacların 1 -ni budayıb getdikəri gündən bir müddət sonra 04 iyun 2020-ci il tarixdə həmin kəsilməmiş qalan ağac aşmış və ona məxsus nəqliyyat vasitəsinin üzərinə düşərək əmlakına xeyli miqdarda zərər vurulması ilə nəticələnən hadisə baş verdi. Nəqliyyat vasitəsinə dəymiş ziyanı hesabladarkən məlum oldu ki, maşının təmir-bərpa xərcləri 2380 manat 10 qəpik təşkil edir.Aşağıda qeyd etdiyi maddi hüquq normalarına əsasən, hesab edir ki, Cavabdehndən 2380 manat 10 qəpik tutularaq ona ödənilməlidir. Daha sonra məhkəminin təşəbbüsü ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilimişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin X4nin nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini, rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cvabdeh tərəf bildirmtşdir ki, hazırkı iddia tələbi üzrə təqsirkar deyllər. Təmsil etdiyi qurum ağıcın götürülməsini sadəcə olaraq icra edən orqandır. düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Yaşıllıqların götürülməsi Qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarına əsasən 2-ci bəndi ilə tənzimlənir. Rəy olmadan ağıcın götürülməsi yerinə yetirələ bilməzdi. X4 tərəfindən hərəkətsizlik edilməmişdir. Həmin yaşıllığa nəzarət etmək və ya müvafiq addımlar atmaq hər hansı müraciət daxil olduğu zaman edilə bilərdi. Bu baxımdan iddia tələbi təqsir olmadığından rədd olunmalıdır. Üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan foto-şəkillərdən görünür ki, 04 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında qara rəngli Mazda 6 markalı avtomobilin üzərinə ağac aşmışdır. İş materiallarında olan “xxxx” MMC-nin MZ-51841 saylı qüsur aktından görünür ki, 2014-cü il buraxılışlı Mazda 6 minik markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2380 manat 10 qəpik zərər dəymişdir. İş materiallarında olan pretenziya məktubəndan görünür ki, ** TE *** dövlət qeydiyyat nişanlı Mazda 6 markalı avtomobilinə dəymiş 2380 manat 10 qəpik ziyanın ödənilməsini xahiş etmiş, əks halda 3 gün ərzində aidiyyəti məhkəmə instansiyasına müraicət edəcəyini xəbərdarlıq etmişdir. İş materiallarında olan 18 dekabr 2020-ci il tarixli Bakı şəhəri İcra Hakimiyyətinin X4nin məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanında yerləşən binanın qarşısında olan 1-ədəd sərv ağacının budaq çətirlətinin binanın mənzillərinin pəncərələrinə toxunan hissəsi budanaraq təhlükəsiz vəziyyətə gətirilmişdir. Nərimanov Rayon Bələdiyyəsinin Bakı şəhəri İcra Hakimiyyətinin X3 ünvanladığı 26.07.2019cu il tarixli məktubundan görünür ki, X5 Rayonu ərazisində bir çox ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan ağacların budanması ilə əlaqədar Sosial inkişaf və xidmət şöbəsinin mütəxəssisləri tərəfindən siyahıda qeyd olunan küçələrə baxış keçirərək təhlükəli və qəzalı durumda olan ağacların budanmasına ehtiyac oduğunu müəyyən etmişdir .Nərimanov Bələdiyyəsi ETSN-nin 22/1780 saylı 03.07.2019-cu si tarixli rəyinə əsasən siyahıda qeyd olunan ünvanlarda yerləşən ağaclarn budanaraq təhlükəsiz vəziyyətə gətirilməsi xahiş edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma X1 görünür ki, Birlik Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövqe yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir.(2.1) Birlik bu təşkilatların vasitəsi ilə Bakı şəhərində və Abşeron yarımadasında yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, zeytun plantasiyalarının salınması, onların qorunması, onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi, toxumçuluğun inkişafı güllüklərin salınması, habelə şəhər əhalisinin gül və gül məhsulları ilə təmin edilməsi, minimal xərclərlə əmək məhsuldarlığının artırılması, əsas fondların istifadə edilməsinin yaxşılaşdırılması, əıııək, material və maliyyə vəsaitlərindən səmərəli istifadəni təmin edir.(2.3) Şəhərin abadlaşdırılması. sanitar vəziyyətinin qorunmasının qayğısına qalır, ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən şəhərin estetik görünüşünün, parkların, bağların, yaşıllıqların korlanmasının qarsı sını öz səlahiyyətləri çərçivəsində alır və ya digər səlahiyyətli orqanlar qarşısında məsələ qaldırır.(2.7) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə iş üzrə İddiaçı v qeyrilərinin 21.08.2019-cu il tarixli müraciətlərindən görünür ki, ünvan 4 ünvanındakı binanın önündə olan ağac mənzillərin texniki təhlükəsizliyi üçün ciddi problem yaratmaqdadır. Belə ki, ağacın budaqlarının böyüyərək mənzillərə daxil olması, küləkli havada ağacın dəfələrlə pəncərəyə çırpılaraq şüşələri sındırması və eləcə də həmin ağacın üzərində olan çoxsaylı həşəratların mənzilə daxil olması sakinlərin yaşayışını çətinləşdirir, problemləri nəzərə alaraq həmin ağacın köçürülməsi haqqında rəy verməyi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 mart 2021-ci il tarixli 9/507 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” MMC-nin 11.06.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı Mazda 6 minik markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1447 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1 -ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Yaşıllıqların götürülməsi Qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarına əsasən 2.1-ci bəndinə görə, . Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 2.3. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllıqların mühafizəsi haqqında 02 may 2014-cü il tarixli Azərbaycan Respublikasının Qanunu 13.4-cü maddəsinə əsasən Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Mülki iş üzrə tədqiq ediliş sübutlara məcmu halda qiymət verərək, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunun mənasından göründüyü kimi, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması - hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkəti və ya hərəkətsizliyi anlaşılır; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi - bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz alması anlaşılır, maddi zərər əmlak itkilərinə, mənəvi zərər şəxsin şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində çəkdiyi fiziki və mənəvi sarsıntılara səbəb olur; zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması - belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər, səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir; hüquqazidd şəxsin təqsirinin olması. Məhkəmə hesab edir ki, cavabdeh təşkilatın hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya birbaşa zərərin vurulması, zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olmasını təsdiq edən subutlar məhkəməyə təqdim edilmişdir. Mülki işin materiallarından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanda yerləşən 04 iyun 2020-ci il tarixində iddiaçıya məxsus olan 2014-cü il buraxılışlı Mazda 6 minik markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobil üstünə yaşadığı həyətdə sərv ağacı sınaraq düşmüş maşınının dam və digər ehtiyat hissələri sıradan çıxmışdır. İddiaçı həmin ağacın budanması ilə bağlı dəfələrlə müvafiq orqanlara müraicət etsə də onun müraciəti qismən yerinə yetirilmişdir. Baş vermiş hadisə nəticəsində iddiaçının avtomobilinin zədələnməsi nəticəsində iddiaçıya dəymiş zərər Bakı şəhəri İcra Hakimiyyətinin X4ndan iddiaçının xeyrinə tutulmalıdır. Vurulmuş zərərin məbləğinə gəldikdə məhkəmə belə nəticəyə gəlir ki, ekpsert rəyindən göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticədə iddiaçıya 1447 manat maddi ziyan dəydiyindən, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyətinin X4ndən 1447 manat maddi ziyan (min dörd yüz qırx yeddi) və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə ekspertizanın xərci olaraq 100 manat cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin X4ndən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X6, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-420/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-420/2021
08.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver