Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4226/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “faiz borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında 13.06.2014-cü il tarixdə bağlanmış 103840-0064/14 saylı “istehlak krediti” müqaviləsi üzrə ondan əsasız olaraq tələb olunan 998,78 manat məbləğində faiz borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə onun arasında 13.06.2014-cü il tarixdə bağlanmış 103840-0064/14 saylı “istehlak krediti” müqaviləsinə əsasən kreditor istehlak məqsədilə ona illik 28% olmaqla, 18 ay müddətinə 7000 (yeddi min) manat kredit verilmişdir. Belə ki, 21.02.2015-ci il tarixdə və 21.12.2015-ci il tarixdə Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə 100 faizdən artıq qiymətdən düşməsi onun həmin müqavilə üzrə öhdəliklərinin icrasını çətinləşdirmiş və aylıq kredit ödənişlərini yerinə yetirə bilməmişdir. Yuxarıda qeyd etdiyi səbəbdən kreditor qarşısında öhdəliyini tam icra edə bilmədiyi üçün Cavabdeh ASC qeydiyyatda olduğu Şərur Rayon Məhkəməsində iddiaçıya qarşı iddia qaldırmışdır. Şərur Rayon Məhkəməsinin 26.05.2016-cı il tarixli 2(110)-500/2016 saylı Məhkəmə əmri ilə ondan kreditorun xeyrinə 3071,67 manat məbləğində əsas, 1307,11 manat məbləğində faiz borcu və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4398,78 (dörd min üç yüz doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul tutularaq ünvan 1 ünvanında yerləşən kreditor Expressbank ASC-yə ödənilməsi qeyd olunmuşdur. Belə ki, iddiaçı məhkəmə əmri icraya yönəldikdən sonra Cavabdeh ASC-yə olan ümumilikdə 4398,78 (dörd min üç yüz doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat borcundan 3380 (üç min üç yüz səksən) manat məbləğində ödəniş etmişdir. Həmin etdikləri ödənişin 3071,67 (üç min yetmiş bir manat atmış yeddi qəpik) manat hissəsi əsas borcdan, 308,33 (üç yüz səkkiz manat otuz üç qəpik) manat hissəsi isə faiz borcundan silinmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 11 sentyabr 2020-ci il tarixli 26-14655-2020 nörməli məktubuna əsasən iddiaçının Cavabdeh ASC-yə borcu olmadığından həmin kreditin restrukturizasiyası nəzərdə tutulmadığı bildirilmişir. Lakin bank hazırda iddiaçıdan əsasız olaraq 998,78 manat məbləğində faiz borcu tələb edir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13.06.2014-cü il tarixli, 103840-0064/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ASC tərəfindən cavabdeh İddiaçı illik 18 ay müddətinə illik 28% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 7.000 (yeddi min) manat məbləğində kredit verilmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının İddiaçı müraciətinə 11.09.2020-ci tarixli cavab məktubunun surətində “Mərkəzi Banka daha əvvəl daxil olmuş müraciətinizdə qeyd olunan məsələlər Fərman çərçivəsində araşdırılmış və Sizə 11 sentyabr 2020-ci il tarixli, 26-14655-2020 saylı məktubla cavab verilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, müraciətiniz güzəşt imkanlarının araşdırılması məqsədilə sözügedən banka göndərilmişdir” göstərilmişdir; Cavabdeh ASC-nin İddiaçı ünvanladığı 25.11.2020-ci tarixli məktubunda ”Expressbank” ASC tərəfindən 13 iyun 2014-cü il tarixdə Sizə 7.000 manat kredit verilmişdir. Öhdəlik vaxtında icra edilmədiyi üçün kredit işi üzrə 29 aprel 2016-cı il tarixdə məhkəməyə müraciət olunmuş və 20 may 2016-cı il tarixdə müvafiq məhkəmə əmri verilmişdir. Məhkəmə əmrinə əsasən 3,071.67 manat məbləğində əsas borc, 1,307.11 manat məbləğində faiz borcu və 20 manat dövlət rusumu olmaqla ümumilikdə 4.398 78 manat məbləğində borcun "Expressbank” ASC-nin xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qərarı tarixindən sonra kredit uzrə 3.380 manat məbləğində ödəniş aparılmışdır. Ödənişin 3,071.67 manat hissəsi əsas borcdan, 308.33 manat hissəsi isə faiz borcundan silinmişdir. Bildiririk ki, bankdaxili qaydalara əsasən məhkəmə qərarı mövcud olan işlər üzrə ödənişlər birinci növbədə kreditin əsas məbləğinin, sonra isə faiz borcunun silinməsinə yönəldilir. Bu qayda müştərilərə əlavə faizlər hesablanmadan kreditin əsas borcunun ödənilməsi üçün imkanın yaradılması üçün qoyulub. Odur ki, hazırda Sizin kreditiniz üzrə məhkəmə qərarına əsasən Banka 998.78 manat faiz və 20 manat ödənilmiş dövlət rüsumu əvəzi borcunuz qalmaqdadır.” göstərilmişdir; Cavabdeh ASC_nin 20.12.2019-cu il tarixli çıxarışına əsasən İddiaçı tərəfindən 13.06.2014cü il tarixli, 103840-0064/14 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 31.01.2019-cu il tarixində 50,00 manat olmuşdur; Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə onun arasında 13.06.2014-cü il tarixdə bağlanmış 103840-0064/14 saylı “istehlak krediti” müqaviləsinə əsasən kreditor istehlak məqsədilə ona illik 28% olmaqla, 18 ay müddətinə 7000 (yeddi min) manat kredit verilmişdir. Şərur Rayon Məhkəməsinin 26.05.2016-cı il tarixli 2(110)-500/2016 saylı Məhkəmə əmri ilə ondan kreditorun xeyrinə 3071,67 manat məbləğində əsas, 1307,11 manat məbləğində faiz borcu və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4398,78 (dörd min üç yüz doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul tutularaq ünvan 1 ünvanında yerləşən kreditor Expressbank ASC-yə ödənilməsi qeyd olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının 11 sentyabr 2020-ci il tarixli 26-14655-2020 nörməli məktubuna əsasən iddiaçının Cavabdeh ASC-yə borcu olmadığından həmin kreditin restrukturizasiyası nəzərdə tutulmadığı bildirilmişir. Lakin bank hazırda iddiaçıdan əsasız olaraq 998,78 manat məbləğində faiz borcu tələb edir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 422-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur (maddə 421.1). Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (422.2, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4-cü maddələr). İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar müqavilə üzrə tələb olunan 998,78 manat faiz borcunun silinməsi üçün əsas ola bilməz. Belə ki, icra mərhələsində olan Şərur Rayon Məhkəməsinin 26.05.2016-cı il tarixli 2(110)-500/2016 saylı Məhkəmə əmri ilə iddiaçının mübahisələndirdiyi faiz borcu müəyyən edilmişdir. Belə ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçıya 7000 manat məbləğində kredit verilmiş və müqavilənin şərtlərinə əsasən kredit ödənişlər qismən həyata keçirmiş, sonradan ödənişləri dayandırmışdır. Həmin kredit müqaviləsi bağlanarkən iddiaçı bilirdi ki, müqavilənin müddəti, hüququi nəticələri nədən ibarətdir. İddiada qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı müqavilə üzrə hesablanmış borcun silinməst üçün əsas olan hallar göstərə bilməmişdir. Bu baxımdan məhkəmə iddiaçının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı qeyd etdiklərini əsaslı hesab etmir, belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə borc ləğv edilə bilməz. Məhkəmə iddiaçının 998,78 manat məbləğində faiz borcunun silinməsinə münasibətdə qeyd edir ki, bu tələb əsassızdır, təmin oluna bilməz. Belə ki, 998,78 manat faiz borcunun olunmasına dair müqaviləni könüllü imzalamış, əqd bağlanan zaman iddiaçının həmin əqdin məzmununun səhv başa düşməsini iddia etmək inandırıcı və ağlabatan deyildir. Araşdırma zamanı kredit müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçıya hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Müqavilənin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı əqdi imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır. İddiaçı tərəfindən müqavilənin məzmununda yanılmanın olması mümkün deyildir. Digər tərəfdən, iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya vacib əhəmiyyətli yanaşmadan bəhs etmək mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Müqavilənin ləğvinin nəticələrini tənzimləyən bu maddi hüquq normalarından göründüyü kimi, müqavilənin ləğv edilməsi zamanı tərəflərin öhdəliklərinə xitam verilərək, öhdəliklər üzrə icra edilmişlərin biri-birindən tələb edilməsinin istisna edilməsi yalnız müqavilənin xarakterindən ayrı qaydanın irəli gəlmədiyi hallarda mümkündür. Mülki Məcəllənin 422.3-cü maddəsindən göründüyü kimi, məhkəmənin müqaviləni ləğv edərkən onun ləğvinin nəticələrinin müəyyənləşdirilməsi imkanı məhz tərəflərdən birinin bununla bağlı tələbinin irəli sürülməsi ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.3-cü maddəsinə əsasən əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “faiz borcunun silinməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “faiz borcunun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4226/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4226/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver