Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4241/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis X1 və Qeydiyyat Şöbəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata düşmə haqqında tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis X1 və Qeydiyyat Şöbəsinə (icra edən Fərid Əliyev) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin ünvanda valideynlərinə məxsus əşyalar olduğuna görə qanun vərəsəlik qaydasında miras olaraq özünə məxsus etməyi, valideynlərinə məxsus olan ünvanı vərəsə qaydasında baxılmasını, vəsiqə qeydiyyat şöbəsinin ünvan qeydiyyatına salınmasını xahiş etmişdir. Məhkəmə ərizəni araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı məhkəməyə müraciət etdiyi ərizəsində irəli sürdüyü tələblər üzrə işə mahiyyəti üzrə baxılması mümkün deyil, tələblər qeyri-müəyyən olmaqla yanaşı, cavabdehə qarşı yönəlmiş konkret tələb yoxdur. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq iddia ərizəsi tərtib edilməmişdir. Eyni zamanda iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunan forma və məzmuna əməl etməmiş, iddia tələbini əsaslandıran heç bir sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2-ci və 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Göstərilən qanunvericilik aktı normasına məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilməli olan məlumatlardan biri də iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdığı hallardır. İddia ərizəsi onun forma və məzmununa uyğun formada məhkəməyə verilməmişdir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Sadalanan xüsusatlara və göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə tələb qeyri-müəyyən olduğundan hazırkı iddia tələblərinə baxıla bilməz. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-cu, 152-ci, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis X1 və Qeydiyyat Şöbəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata düşmə haqqında tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4241/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4241/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver