Məhkəmə qərarları › İş №2(005)-4257/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4257/2020

17.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4257/2020 17.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X6 oglunun katibliyi ilə, İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Lətif qızına və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Lətif qızına və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 vərəsələri Cavabdeh1 Lətif qızından və Cavabdeh2 iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1.437,46 (bir min dörd yüz otuz yeddi manat qırx altı qəpik) manat məbləğində əsas və 17,58 (on yeddi manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1.455,04 (bir min dörd yüz əlli beş manat dörd qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Qaradağ” filialı ilə cavabdeh X4 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 1034-xx.xx.2016-SM132 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 (otuz altı) ay müddətinə, illik 22% dərəcəsi ilə hesablanmaqla, 1.700 (bir min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh X4 xx xxx 2017-ci il tarixdə vəfat etmişdir. 1 nömrəli Bakı “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli 620 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X2 adına vərəsəlik işi açılmış, qanun üzrə vərəsələri olan Cavabdeh1 Lətif qızına və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən, X2 banka ödənilməmiş 1.437,46 (bir min dörd yüz otuz yeddi manat qırx altı qəpik) manat məbləğində əsas və 17,58 (on yeddi manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1.455,04 (bir min dörd yüz əlli beş manat dörd qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 Lətif qızı və Cavabdeh2 mərhum X1 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Qaradağ” filialı ilə X4 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 1034-xx.xx.2016-SM132 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən sonuncuya 36 (otuz altı) ay müddətinə, illik 22% dərəcəsi ilə hesablanmaqla, 1.700 (bir min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir; “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Qaradağ” filialı ilə X4 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 1034-xx.xx.2016-SM132 nömrəli kredit müqaviləsinə əlavə edilmiş kreditin və ona hesablanan faizlərin ödəniş cədvəlinin məzmunundan görünür ki, X4 36 (otuz altı) ay ərzində hər ay 65 (altmış beş) manat (sonuncu ay 61,19 (altmış bir manat on doqquz qəpik) manat) məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür; xx xxxxxx 2016-cı il tarixli məxaric orderinin məzmunundan görünür ki, 1.598 (bir min beş yüz doxsan səkkiz) manat məbləğində kredit vəsaiti (komissiya məbləği və digər xərclər çıxıldıqdan sonra) X3 verilmişdir; 1 nömrəli Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 880538 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən və məzmunundan görünür ki, X4 xx xxx 2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2017-ci il tarixdə 931 nömrə ilə qeyd edilmişdir; 1 nömrəli Bakı “Asan Xidmət” mərkəzində Notariat Ofisinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 620 nömrəli məktubunun məzmunundan görünür ki, xx xxx 2017-ci il tarixdə vəfat etmiş X2 adına xx xxxxxxxx 2017-ci il tarixdə vərəsəlik işi açılmış, qanun üzrə vərəsələri olan Cavabdeh1 Lətif qızına və Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir; “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Qaradağ” filialı ilə X4 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 1034-xx.xx.2016- SM132 nömrəli kredit müqaviləsi üzrə cavabdeh-mərhum X2 xx xxxxxx 2020-ci il tarixinə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə 1.437,46 (bir min dörd yüz otuz yeddi manat qırx altı qəpik) manat məbləğində əsas və 17,58 (on yeddi manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1.455,04 (bir min dörd yüz əlli beş manat dörd qəpik) manat məbləğində kredit borcu yaranmışdır; “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 Lətif qızına və Cavabdeh2 ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, müəyyən edilmiş borc məbləğinin tam olaraq 5 (beş) günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq borc məbləğinin və onun qaytarılması üçün çəkilmiş xərclərin tam olaraq qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə sonuncular xəbərdar edilmişlər; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Qaradağ” filialı ilə X4 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 1034xx.xx.2016-SM132 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 (otuz altı) ay müddətinə, illik 22% dərəcəsi ilə hesablanmaqla, 1.700 (bir min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh X4 xx xxx 2017-ci il tarixdə vəfat etmişdir. 1 nömrəli Bakı “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli 620 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X2 adına vərəsəlik işi açılmış, qanun üzrə vərəsələri olan Cavabdeh1 Lətif qızına və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehmərhum X2 xx xxxxxx 2020-ci il tarixinə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə müvafiq kredit müqaviləsi üzrə 1.437,46 (bir min dörd yüz otuz yeddi manat qırx altı qəpik) manat məbləğində əsas və 17,58 (on yeddi manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1.455,04 (bir min dörd yüz əlli beş manat dörd qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir; 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”; 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”; 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”; 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir; 1151.1-ci maddəsinə əsasən “mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi, 1 nömrəli Bakı “Asan Xidmət” mərkəzində Notariat Ofisinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 620 nömrəli məktubundan göründüyü kimi müvafiq iddia tələbi ilə bağlı cavabdeh-vərəsələr Cavabdeh1 Lətif qızı və Cavabdeh2 borclu-mərhum X2 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olmuşlar. Bu baxımdan, cavabdeh-vərəsələr Cavabdeh1 Lətif qızı və Cavabdeh2 borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduqları kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu da öz növbəsində bankın cavabdeh şəxslərdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Lətif qızından və Cavabdeh2 müştərək qaydada iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1.437,46 (bir min dörd yüz otuz yeddi manat qırx altı qəpik) manat məbləğində əsas və 17,58 (on yeddi manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1.455,04 (bir min dörd yüz əlli beş manat dörd qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar