Məhkəmə qərarları › İş №2(005)-4283/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4283/2023

21.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4283/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə qəsəbəsi, DMZ-1,4 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iclasın iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh hər iki mülki işin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəmənin icraatında iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı Bakı şəhəri, Nərimanov rayonu, DMZ, Elçin İsaqzadə küçəsi 1, 4 saylı mənzildən azyaşlı uşaqları və cehiz əçyaları ilə birlikdə çıxarılmaları tələbinə dair e-2(005)- 4158/2023 saylı mülki iş vardır və iş üzrə ilk hazırlıq iclası keçirilmiş, xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə eyni şəxslər barəsində eyni mənzildən çıxarılma və eyni mənzilə köçürülmə tələbinə dair iki ayrı icraatda işin olmasını nəzərə alaraq bu iddia tələblərinə bir icraatda baxılmasının tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinə aydın gətirilməsi üçün zəruri olduğu və məhkəmə və tərəflər üçün prosessual qənaət prinsipinin tələbi olmasını nəzərə alaraq hesab edir ki, hazırki 2(005)-4283/2023 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-4158/2023 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı, “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair 2(005)-4283/2023 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair e-2(005)-4158/2023 nömrəli mülki işlər bir icraatda birləşdirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir. Mülki Prosessual Məcəllənin 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Mülki Prosessual Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı, “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair 2(005)-4283/2023 nömrəli mülki iş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair e-2(005)- 4158/2023 nömrəli mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar