Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4306/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, X1, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “istehlakçı hüquqlarına münasibətdə əsassız tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istehlakçı hüquqları bərpa edilməklə yanaşı cavabdehlərdən əsassız tutulmuş 517.84 (beş yüz on yeddi manat səksən dörd qəpik) pul vəsaitin ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. İddia tələbi üzrə pul tələbi 517,84 manat təşkil etdiyindən, eləcə də, sübutların araşdırılması zərurəti yarandığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4306/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli Qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Avstriya vətəndaşı İddiaçı Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti göstərir, daimi olaraq Avropa ölkələrinə işgüzar səfərlər edərək təkrar Azərbaycan Respublikasına qayıdır və adətən səfərlərdən qayıdarkən “Resant Group MMC-nin idarəçiliyində olan “X9"-da qalır. Belə ki, 31 may 2019-cu il tarixində “X9"da Slovakiya Respublikasında fəaliyyət göstərən istifadəsində olan "Tatra Bank”-a məxsus plastik ödəniş kartı ilə Cavabdeh2a məxsus posterminal vasitəsilə göstərilən xidmətlərin haqqını ödəyərkən ondan xidmətə görə iki dəfə olmaqla 517.84 (beş yüz on yeddi manat səksən dörd qəpik) pul vəsaiti tutulmuşdur. Xidmət haqqının iki dəfə tutulması ilə bağlı “Tatra Bank”a məxsus çıxarışlar olmasına baxmayaraq dəfələrlə “X9" rəhbərliyinə münasibətdə Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə etdiyi şifahi və yazılı müraciətləri araşdırılmayaraq səhlənkar yanaşılmış və ümumiyyətlə bu barədə yazılı və ya şifahi heç bir məlumat verilməmiş, Azərbaycan Respublikasında hazırda qüvvədə olan “Vətəndaşların müraciətləri haqqında” qanunun tələblərinə ziddiyyətsiz yanaşılmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun istehlakçı hüquqları bərpa edilməklə, əsassız tutulmuş 403,92 (dörd yüz üç manat doxsan iki qəpik) manat və 87,12 (səksən yeddi manat on iki qəpik) manat pul vəsaitinin cavabdehlər tərəfindən ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X7 məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir, iddia tələbinin dəyişdirilməsinə dair ərizədə göstərilmiş məbləğin cavabdeh olaraq Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsinə razı olduğunu bildirmişdir. Cavabdeh2 ASC məhkəmənin dəftərxana vasitəsilə 09.09.2021-ci il tarixdə yazılı etiraz təqdim edərək, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi “Tatra Bank”a məxsus ödəniş kartı ilə “X9” otelinin hesabına ödəniş etmişdir. Qeyd olunan əməliyyat zamanı Banka məxsus pos-terminaldan istifadə olunmuşdur. Bu zaman Bank yalnız vasitəçi rolunu oynayır və həmin vəsaiti Bank mənimsəməmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tatra Bank” tərəfindən verilmiş çıxarışın surətinə əsasən qeyd olunan hesabdan 05.06.2019-cu il tarixində 47,44 EUR, 05.06.2019-cu il tarixdə 52,98 EUR, 04.06.2019-cu il tarixdə 282,88 EUR, 03.06.2019-cu il tarixdə 283,97 EUR, 04.06.2019-cu il tarixdə 220,65 EUR, 04.06.2019-cu il tarixdə 282,88, 29.04.2019-cu il tarixdə 444,80 EUR vəsaitləri silinmişdir; “Tatra Bank” tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, İddiaçı kartından 220,65 EUR = 403,92 AZN vəsaiti “Bakı X9”-nun hesabına ödənilmişdir; “Tatra Bank” tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, İddiaçı kartından 47,44 EUR = 87,12 AZN vəsaiti “Bakı X9”-nun hesabına ödənilmişdir; Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş 2019-2020-ci illər üzrə İddiaçı adına baş vermiş əməliyyatları əks etdirən çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin hesabına İddiaçı tərəfindən 01.06.2019-cu il tarixdə 403,92 AZN, 03.06.2019-cu il tarixdə 87,12 AZN ödəniş olunmuşdur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı 31 may 2019cu il tarixində “X9"da qalarkən "Tatra Bank”-a məxsus plastik ödəniş kartı ilə Cavabdeh2a məxsus posterminal vasitəsilə otelin ödənişini həyata keçirmiş, lakin onun hesabından istifadə olunmamış xidmətə görə 403,92 AZN və 87,12 AZN olmaqla artıq tutulma olmuşdur. Cavabdeh1 MMC iddia tələbi etiraf etmişdir. Göründüyü kimi, Cavabdeh1 MMC hər hansı hüquqi əsas olmadan İddiaçı məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçıeın hesabına əmlak əldə etmə kimi qiymətləndirilməlidir. Belə olan halda, Cavabdeh1 MMC İddiaçı hüquqi əsas olmadan əldə etdiyi pulu qaytarmalıdır. Məhkəmə qaytarılmalı olan məbləğlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Cavabdeh tərəf iddia göstərilmiş məbləğin iddiaçının hesabından əsassız silinməsini etiraf etməklə iddiaçını sübut etmə yükündən azad etmişdir. Məhkəmə iddia tələbinin “pul vəsaitinin Cavabdeh2 ASC-dən tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, aparılmış hesablaşmalardan Cavabdeh2 ASC-yə məxsus pos-terminaldan istifadə olunmuşdur. Buna görə də, 403,92 (dörd yüz üç manat doxsan iki qəpik) manat və 87,12 (səksən yeddi manat on iki qəpik) manat pul vəsaitinin hesabdan əsassız silinməsində onun təqsiri olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdehə münasibətdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 MMC-dən 403,92 (dörd yüz üç manat doxsan iki qəpik) manat və 87,12 (səksən yeddi manat on iki qəpik) manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 403,92 (dörd yüz üç manat doxsan iki qəpik) manat və 87,12 (səksən yeddi manat on iki qəpik) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4306/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4306/2021
11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver