Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4310/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Abbasova Səidə Yusif qızından və Cavabdeh2 əsas borc üzrə 93,35 ABŞ dolları, faiz borcu üzrə 574,81 ABŞ dolları olmaqla ümumilikdə 668,16 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “Aqrarkredit" QSCnin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ “Aqrarkredit" QSC-nə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi Agentliyi" MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli. 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Abbasova Səidə Yusif qızına dair sənədlər SFK- GBK-132 saylı, 08.09.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-nə verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə (bundan sonra Bank) cavabdeh Abbasova Səidə Yusif qızı (bundan sonra “Bordan") arasında 21.11.2012-ci il tarixdə, 1121 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 23% olmaqla 18 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 21.11.2012-ci il tarixdə, 338 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.3. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 18 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 93,35 ABŞ dolları, faiz borcu üzrə 574,81 ABŞ dolları olmaqla ümumilikdə 668,16 ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 21.11.2012-ci il tarixdə, 1121 saylı kredit müqaviləsindən müəyyən olunur ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə cavabdeh Abbasova Səidə Yusif qızı arasında 21.11.2012-ci il tarixdə, 1121 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 23% olmaqla 18 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 21.11.2012-ci il tarixdə, 1121 saylı kredit müqaviləsinin ödəniş qrafikindən müəyyən olunur ki, 21.11.2012-ci il tarixdə, 1121 saylı kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği 252 manat, son ay üçün isə 274 manat təşkil edir. İş materiallarında olan 21.11.2012-ci il tarixdə, 338 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 ilə 21.11.2012-ci il tarixdə, 1121 saylı kredit müqaviləsinin təminatı olaraq 21.11.2012-ci il tarixdə, 338 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamin müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin vaxtında və lazımınca yerinə yetirməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan ‘'Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqavilədən görünür ki, ‘'Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-nə keçmişdir. İş materiallarında olan 08 sentyabr 2017-ci il tarixli S-FK-GEK-132 nömrəli aktdan görünür ki, ‘'Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Abbasova Səidə Yusif qızına olan 1247.84 ABŞ dolları əsas borc, 574.81 ABŞ dolları faiz borcu olmaqla cəmi 1822.65 ABŞ dolları məbləğində olan pul borcunu tələb etmək hüququnu İddiaçı QSC-nə güzəşt etmişdir. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli 2976 nömrəli maliyyə arayışından görünür ki, borcalan Abbasova Səidə Yusif qızının 21.06.2021-ci il tarixə İddiaçı QSC-nə olan 21.11.2012-ci il tarixdə, 1121 saylı kredit müqaviləsi üzrə əsas borc 93,35 ABŞ dolları, faiz borcu 574,81 ABŞ dolları olmaqla, cəmi 668,16 ABŞ dolları təşkil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə cavabdeh Abbasova Səidə Yusif qızı arasında 21.11.2012-ci il tarixdə, 1121 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 23% olmaqla 18 ay müddətinə 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 21.11.2012-ci il tarixdə, 338 saylı zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, cavabdeh Abbasova Səidə Yusif qızı kredit sazişi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Abbasova Səidə Yusif qızı onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 21.11.2012-ci il tarixdə, 338 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamin müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin vaxtında və lazımınca yerinə yetirməsi üzrə məsuliyyəti öz üzərinə götürdüyündən o da borcalanla birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Abbasova Səidə Yusif qızından və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 93,35 ABŞ dolları, faiz borcu üzrə 574,81 ABŞ dolları olmaqla ümumilikdə 668,16 ABŞ dolları məbləğində kredit borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Abbasova Səidə Yusif qızından və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 93,35 ABŞ dolları, faiz borcu üzrə 574,81 ABŞ dolları olmaqla ümumilikdə 668,16 (altı yüz altmış səkkiz ABŞ dolları, on altı sent) ABŞ dolları məbləğində kredit borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4310/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4310/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver