Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4345/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 2(050)-1079/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsinə əsasən 18 aprel 2012-ci il tarixdə anadan olmuş X7 və 10 may 2013cü il tarixdə anadan olmuş X8 adında uşaqların saxlanılması üçün Cavabdeh hər bir uşağa görə 100 manat olmaqla, iki uşağa görə 200 manat məbləğində alimentin məbləği dəyişdirilərək 18 aprel 2012-ci il tarixdə anadan olmuş X7 və 10 may 2013-cü il tarixdə anadan olmuş X8 adında uşaqların saxlanılması üçün Cavabdeh hər bir uşağa görə hər ay 200 manat olmaqla, iki uşağa görə 400 manat sabit pul məbləğində alimentin İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə qurub evlənmişlər. Birgə nikahdan 18 aprel 2012-ci il tarixdə X7 və 10 may 2013-cü il tarixdə X8 adında iki uşaqları anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-1079/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsinə əsasən 18 aprel 2012-ci il tarixdə anadan olmuş X7 və 10 may 2013-cü il tarixdə anadan olmuş X8 adında uşaqların saxlanılması üçün Cavabdeh hər bir uşağa görə 100 manat olmaqla iki uşağa görə 200 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsinin qəbul edilməsindən artıq 4 ildən çox bir müddət keçmişdir, bu 4 il müddət ərzində uşaqlar 4 yaş böyümüşlər. Cavabdeh Bakı şəhərində yaşayır və orada işləyərək kifayət qədər yaxşı qazanc əldə edir. Cavabdeh 4 ildə uşaqlar böyüməsinə baxmayaraq özü könüllü olaraq uşaqların saxlanılması uçun İddiaçı verdiyi alimentin miqdarını artırmır. Uşaqlar böyüdükcə onları saxlamaq üçün lazım olan xərcdə artır. Lakin cavabdeh uşaqların saxlanılması üçün əlavə heç bir məsuliyyət dərk etmir. Alimentin artırılmasında məqsədi isə uşaqlarının yaxşı təhsil almasına, onun yaxşı həyat şəraitində yaşamasını təmin etməkdir. Ancaq cavabdehi uşaqların yaxşı yaşaması, onların yaxşı təhsil alması qətiyyən maraqlandırmır. Cavabdeh öz iş-gücündədir və iki uşağının olması onu bir valideyn kimi qətiyyən qayğılandırmır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun verərək, iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı bildirdi ki, azyaşlı uşaqları ilə rayonda yaşayırlar, tibb bacısı olaraq əmək fəaliyyyəti ilə məşğuldur, aylıq qazancı uşaqların xərclərini ödəyəməyə kifayət etmir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz edərək, başqa nikahdan olan uşağı üçün məhkəmə qətnaməsi əsasında aliment ödədiyini, həmçinin İddiaçı ilə birgə nikahdan olan uşaqları üçün ödəməli olduğu aliment məbləğindən borcu olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; Masallı Rayon Məhkəməsinin 2(050)-1079/2018 saylı, 27 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, 18 aprel 2012-ci il təvəllüdlü X7 və 10 may 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər bir uşağa görə 100 manat olmaqla iki uşağa görə 200 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2034/2021 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 manat məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Abşeron Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2034/2021-003 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İ 496492 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X10 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə akt qeydləri kitabında 785 nömrəli qeyd aparılmışdır. ərə Məhərrəmov. Arvada Məhərrəmova soyadları verilmişdir. Atalığın müəyyən edilməsi haqqında AZ-İ № 224993 saylı xx.xx.2013-cü il tarixli şəhadətnamənin surətindən gprünür ki, vətəndaş Cavabdeh xx.xx.2013-cü ildə İddiaçı doğulmuş X9 atası hesab edilmişdir. Atalığın müəyyən edilməsi haqqında AZ-İ № 211130 saylı xx.xx.2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh xx.xx.2012-ci ildə vətəndaş İddiaçı doğulmuş X6 atası hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının: 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir”. Məhkəmə qeyd edir ki, mülki iş materiallarından Cavabdeh başqa nikahdan başqa nikahdan olan uşağı üçün məhkəmə qətnaməsi əsasında aliment ödədiyi müəyyən olunur. Məhkəmə həmin aliment məbləğinin də gələcəkdə artırılması ehtimalını, cavabdehin rəsmi iş yeri və gəlirləri barədə məlumatın olmamasını, əvvəlki nikahda olan uşağın hüquq və mənafelərinin eyni səviyyədə təmin olunması zərurətini nəzərə alaraq, hesab edir ki, hazırki iddia ərizəsi üzrə cavabdehdən aylıq 400 manat aliment tutulması digər nikahdan olan uşağın təminat səviyyəsinin aşağı düşməsinə səbəb ola nilər. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18 aprel 2012-ci il təvəllüdlü X7 və 10 may 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 130 manat, cəmi manat məbləğində sabit aliment tutulmalı, alimentin tutulma vaxtı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarını və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq aliment məbləğində olan artım 1200 manat təşkil etdiyindən, 32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə 18 aprel 2012-ci il təvəllüdlü X7 və 10 may 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 130 manat, cəmi 260 ( iki yüz altmış) manat müəyyən edilsin. Cavabdeh 32 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4345/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4345/2022
16.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver