Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4371/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “FİNtrend” BOKT ilə Cavabdeh arasında bağlanmış 17.11.2018-cu il tarixli №8-1***-******* kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc 450.58 (dörd yüz əlli manat əlli səkkiz qəpik) manat, cərimə borcu 119.62 (bir yüz on doqquz manat altmış iki qəpik), faiz borcu 103.36 (bir yüz üç manat otuz altı qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 673.56 (altı yüz yetmiş üç manat əlli altı qəpik) manat borcun İddiaçı ASC -nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “FİNtrend” BOKT arasında 17 noyabr 2018-cu il tarixdə 36 ay müddətinə qaytarılmaq şərti ilə, illik 35 (otuz beş) faiz dərəcəsi ilə 1078 (bir min iki yüz əlli dörd) manat kredit götürülməsi ilə bağlı Kredit Müqaviləsi bağlanmışdır. “FİNtrend” BOKT ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbin güzəşt olunmasına dair 939№-li 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 22 noyabr 2018-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci ilin avqustun ayın 13-dək Cavabdeh banka 17 noyabr 2018-cu il tarixli müqavilə üzrə 450.58 manat əsas borc, cərimə borcu 119.62 manat, faiz borcu 103.36 manat olmaqla ümumilikdə 673.56 (altı yüz yetmiş üç manat əlli altı qəpik) manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 17.11.2018-cu il tarixli, №8-1***-******* saylı kredit sazişinə və 17.11.2018-cu il tarixli, №8-1***-*******-2 saylı ödəmə tapşırığına əsasən “FİNtrend” BOKT və Cavabdeh arasında müqavilə bağlanmış və Bank cavabdehə illik 35 faiz dərəcəsi ilə, ”PAŞA Bank” ASC-nə malın alınmasına görə ödəniş təyinatı ilə 36 ay müddətinə 1078 manat kredit məbləği verilmişdir. İş materiallarında olan 13.08.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 673.56 (altı yüz yetmiş üç manat əlli altı qəpik) manat borcu vardır. İş materiallarında olan 17.11.2018-cu il tarixli, №8-1***-******* saylı kredit sazişinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği 36 ay üçün 48.76 (qırx səkkiz manat yetmiş altı qəpik) manat müəyyən edilmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh 5 gün ərzində borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan 10.05.2018-ci il tarixli tələb hüququnun güzəşti barədə müqavilədən görünür ki, “FİNtrend” BOKT-nın Cavabdeh olan tələb hüququ YELO BANK ASC-yə ötürülmüşdür. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh “İddiaçı ASC-yə olan öhdəliyini icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə.o icranı xatırlatma üzrə gecikdirmiş sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh əsas borc 450.58 (dörd yüz əlli manat əlli səkkiz qəpik) manat, cərimə borcu 119.62 (bir yüz on doqquz manat altmış iki qəpik), faiz borcu 103.36 (bir yüz üç manat otuz altı qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 673.56 (altı yüz yetmiş üç manat əlli altı qəpik) manat borc İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 17.11.2018-cu il tarixli, №8-1***-******* kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc 450.58 (dörd yüz əlli manat əlli səkkiz qəpik) manat, cərimə borcu 119.62 (bir yüz on doqquz manat altmış iki qəpik), faiz borcu 103.36 (bir yüz üç manat otuz altı qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 673.56 (altı yüz yetmiş üç manat əlli altı qəpik) manat borcun İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4371/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4371/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver