Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4380/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzillər üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzillər üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 03.05.2018-ci il tarixli, 1, 2, 3, 4 və 5 nömrəli “Mənzil tikintisi haqqında” müqavilələrə əsasən Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli və Təbriz küçələrinin kəsişdiyi ünvanda MTK tərəfindən inşa edilən binanın 10 və 11-ci mərtəbəsindəki mənzillərin ona tam hazır vəziyyətdə, yəni mənzillərin qapı və pəncərələrinin quraşdırılaraq açarlarının təhvil verilməsi, həmin mənzillər üzərində mülkiyyət, istifadə və sərəncam hüquqlarının tanınması, mənzillərə dair mülkiyyət hüquqlarının qeydiyyatı barədə dövlət reyestrindən çıxarışın alınması üçün “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman”ına müvafiq olaraq istismara qəbul aktının ona verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında 03.05.2018-ci il tarixli, 1, 2, 3, 4 və 5 nömrəli “Mənzil tikintisi haqqında” müqavilələr imzalanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli və Təbriz küçəsinin kəsişdiyi ünvanda MTK tərəfindən inşa edilən binada, 1 nömrəli müqaviləyə əsasən 3-cü binanın 10-cu mərtəbəsində dəyəri 231000 manat olmaqla 178,75 kv.m olan 4 otaqlı, 03.05.2018-ci il tarixli, 2 nömrəli müqaviləyə əsasən 3-cü binanın 10-cu mərtəbəsində dəyəri 247000 manat olmaqla 190 kv.m olan 4 otaqlı, 03.05.2018-ci il tarixli, 3 nömrəli müqaviləyə əsasən 3-cü binanın 10-cu mərtəbəsində dəyəri 160000 manat olmaqla 124,76 kv.m olan 2 otaqlı, 03.05.2018-ci il tarixli, 4 nömrəli müqaviləyə əsasən 3-cü binanın 10-cu mərtəbəsində dəyəri 195000 manat olmaqla 150,46 kv.m olan 3 otaqlı və 03.05.2018-ci il tarixli, 5 nömrəli müqaviləyə əsasən 3-cü binanın 11-ci mərtəbəsində dəyəri 231000 manat olmaqla 178,71 kv.m olan 4 otaqlı, ümumilikdə 5 mənzilin dəyəri tərəfindən tam olaraq 100% ödənilmişdir. Həmin müqavilələrə əsasən Cavabdeh MMC qeyd edilən mənzilləri payçı İddiaçı yəni onun mülkiyyətinə verməyi, o isə qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 5-ci bəndinə əsasən Cavabdeh MMC mənzili payçıya tam şəkildə istifadəyə verməyi və həmin müddətdə müvafiq dövlət orqanlarında (DƏDRX) qeydiyyatını həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin bu günədək müqavilələrdə göstərilən öhdəliklərə əməl olunmamışdır. Cavabdeh MMC tərəfindən verilmiş maliyyə arayışından müəyyən olunur ki, qeyd olunan mənzillərin dəyərini tam olaraq ödəmiş və cavabdehə heç bir borcu yoxdur. Qeyd olunan müqavilələrin qanunvericiliklə nəzərdə tutulmuş qaydada bağlanmasına və mənzillərin dəyərinin ödənilməsinə baxmayaraq, müqavilələrdə qeyd olunan mənzillər təhvil verilməmişdir. Halbuki mənzillərin dəyərini tam ödəyərək mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri və müqavilələrin şərtləri pozulmuşdur. Müqavilələrin 2-ci bəndində qeyd olunur ki, Cavabdeh MMC mənzildə lazım olan yerlərin suvaq işlərini görür, su və kanalizasiya xəttini çəkir, elektrik xəttləri üçün su-altı boruları, plastik pəncərələri və giriş qapılarını qoyduqdan sonra payçıya təhvil veriləcəyi bildirilir. Lakin müqavilələr üzrə öhdəliklər tərəfindəm tam icra olunsa da, mənzillərin dəyərini tam ödədiyi halda cavabdeh tərəfindən müqavilələrin şərtləi pozulmuş və mənzillər təhvil verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; İddiaçı və Cavabdeh MMC arasında bağlanan 03.05.2018-ci il tarixli, 1 nömrəli mənzil tikinti haqqında müqavilənin surətindən görünür ki, ünvan 3 ünvanda inşa edilən MMC tərəfindən tikilmiş 3-cü binanın 10-cu mərtəbəsində olan mənzili Payçıya verməyi, Payçı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz öhdəsinə götürür. Göstərilən mənzil 4 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 178.75 kv.m-dir. MMC mənzildə lazım olan yerlərin suvaq işlərini görür, su və kanalizasiya xəttini çəkir, elektrik xətləri üçün su-altı boruları, plastik pəncərələri və giriş qapılarını qoyduqdan sonra Payçıya təhvil verir. Göstərilən mənzilin ümumi dəyəri 231000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən etibarən payçı tərəfindən mənzilin ümumi qiymətinin 100%-i ödənilir. Müqavilə üzrə Cavabdeh MMC müqavilənin 1-ci bəndində qeyd edilmiş mənzili 24 ay müddətində “Payçı”ya tam yararlı şəkildə istifadəyə verməyi və bəmin müddətdə müvafiq dövlət orqanlarında (DƏDRX) qeydiyyatını həyala keçirməyi öhdəsində götürür. Maliyyə arayışının surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanda inşa edilən, Cavabdeh MMC-yə məxsus 3-cü yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, sahəsi 178.75 kv.m olan mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. İddiaçı və Cavabdeh MMC arasında bağlanan 03.05.2018-ci il tarixli, 2 nömrəli mənzil tikinti haqqında müqavilənin surətindən görünür ki, ünvan 3 ünvanda inşa edilən MMC tərəfindən tikilmiş 3-cü binanın 10-cu mərtəbəsində olan mənzili Payçıya verməyi, Payçı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz öhdəsinə götürür. Göstərilən mənzil 4 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 190 kv.m-dir. MMC mənzildə lazım olan yerlərin suvaq işlərini görür, su və kanalizasiya xəttini çəkir, elektrik xətləri üçün su-altı boruları, plastik pəncərələri və giriş qapılarını qoyduqdan sonra Payçıya təhvil verir. Göstərilən mənzilin ümumi dəyəri 247000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən etibarən payçı tərəfindən mənzilin ümumi qiymətinin 100%-i ödənilir. Müqavilə üzrə Cavabdeh MMC müqavilənin 1-ci bəndində qeyd edilmiş mənzili 24 ay müddətində “Payçı”ya tam yararlı şəkildə istifadəyə verməyi və bəmin müddətdə müvafiq dövlət orqanlarında (DƏDRX) qeydiyyatını həyala keçirməyi öhdəsində götürür. Maliyyə arayışının surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanda inşa edilən, Cavabdeh MMC-yə məxsus 3-cü yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, sahəsi 190 kv.m olan mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. İddiaçı və Cavabdeh MMC arasında bağlanan 03.05.2018-ci il tarixli, 3 nömrəli mənzil tikinti haqqında müqavilənin surətindən görünür ki, ünvan 3 ünvanda inşa edilən MMC tərəfindən tikilmiş 3-cü binanın 10-cu mərtəbəsində olan mənzili Payçıya verməyi, Payçı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz öhdəsinə götürür. Göstərilən mənzil 2 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 124,76 kv.m-dir. MMC mənzildə lazım olan yerlərin suvaq işlərini görür, su və kanalizasiya xəttini çəkir, elektrik xətləri üçün su-altı boruları, plastik pəncərələri və giriş qapılarını qoyduqdan sonra Payçıya təhvil verir. Göstərilən mənzilin ümumi dəyəri 160000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən etibarən payçı tərəfindən mənzilin ümumi qiymətinin 100%-i ödənilir. Müqavilə üzrə Cavabdeh MMC müqavilənin 1-ci bəndində qeyd edilmiş mənzili 24 ay müddətində “Payçı”ya tam yararlı şəkildə istifadəyə verməyi və bəmin müddətdə müvafiq dövlət orqanlarında (DƏDRX) qeydiyyatını həyala keçirməyi öhdəsində götürür. Maliyyə arayışının surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanda inşa edilən, Cavabdeh MMC-yə məxsus 3-cü yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 124,76 kv.m olan mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. İddiaçı və Cavabdeh MMC arasında bağlanan 03.05.2018-ci il tarixli, 4 nömrəli mənzil tikinti haqqında müqavilənin surətindən görünür ki, ünvan 3 ünvanda inşa edilən MMC tərəfindən tikilmiş 3-cü binanın 10-cu mərtəbəsində olan mənzili Payçıya verməyi, Payçı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz öhdəsinə götürür. Göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 150,46 kv.m-dir. MMC mənzildə lazım olan yerlərin suvaq işlərini görür, su və kanalizasiya xəttini çəkir, elektrik xətləri üçün su-altı boruları, plastik pəncərələri və giriş qapılarını qoyduqdan sonra Payçıya təhvil verir. Göstərilən mənzilin ümumi dəyəri 195000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən etibarən payçı tərəfindən mənzilin ümumi qiymətinin 100%-i ödənilir. Müqavilə üzrə Cavabdeh MMC müqavilənin 1-ci bəndində qeyd edilmiş mənzili 24 ay müddətində “Payçı”ya tam yararlı şəkildə istifadəyə verməyi və bəmin müddətdə müvafiq dövlət orqanlarında (DƏDRX) qeydiyyatını həyala keçirməyi öhdəsində götürür. Maliyyə arayışının surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanda inşa edilən, Cavabdeh MMC-yə məxsus 3-cü yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 150,46 kv.m olan mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. İddiaçı və Cavabdeh MMC arasında bağlanan 03.05.2018-ci il tarixli, 5 nömrəli mənzil tikinti haqqında müqavilənin surətindən görünür ki, ünvan 3 ünvanda inşa edilən MMC tərəfindən tikilmiş 3-cü binanın 11-ci mərtəbəsində olan mənzili Payçıya verməyi, Payçı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz öhdəsinə götürür. Göstərilən mənzil 4 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 178,71 kv.m-dir. MMC mənzildə lazım olan yerlərin suvaq işlərini görür, su və kanalizasiya xəttini çəkir, elektrik xətləri üçün su-altı boruları, plastik pəncərələri və giriş qapılarını qoyduqdan sonra Payçıya təhvil verir. Göstərilən mənzilin ümumi dəyəri 231000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə bağlandığı gündən etibarən payçı tərəfindən mənzilin ümumi qiymətinin 100%-i ödənilir. Müqavilə üzrə Cavabdeh MMC müqavilənin 1-ci bəndində qeyd edilmiş mənzili 24 ay müddətində “Payçı”ya tam yararlı şəkildə istifadəyə verməyi və bəmin müddətdə müvafiq dövlət orqanlarında (DƏDRX) qeydiyyatını həyala keçirməyi öhdəsində götürür. Maliyyə arayışının surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanda inşa edilən, Cavabdeh MMC-yə məxsus 3-cü yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 4 otaqlı, sahəsi 178,71 kv.m olan mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh MMC arasında 03.05.2018-ci il tarixli 1, 2, 3, 4 və 5 saylı müqavilələr bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli və Təbriz küçəsinin kəsişdiyi ünvanda MTK tərəfindən inşa edilən binada, 1 nömrəli müqaviləyə əsasən 3-cü binanın 10-cu mərtəbəsində dəyəri 231000 manat olmaqla 178,75 kv.m olan 4 otaqlı, 03.05.2018ci il tarixli, 2 nömrəli müqaviləyə əsasən 3-cü binanın 10-cu mərtəbəsində dəyəri 247000 manat olmaqla 190 kv.m olan 4 otaqlı, 03.05.2018-ci il tarixli, 3 nömrəli müqaviləyə əsasən 3-cü binanın 10-cu mərtəbəsində dəyəri 160000 manat olmaqla 124,76 kv.m olan 2 otaqlı, 03.05.2018-ci il tarixli, 4 nömrəli müqaviləyə əsasən 3-cü binanın 10-cu mərtəbəsində dəyəri 195000 manat olmaqla 150,46 kv.m olan 3 otaqlı və 03.05.2018-ci il tarixli, 5 nömrəli müqaviləyə əsasən 3-cü binanın 11-ci mərtəbəsində dəyəri 231000 manat olmaqla 178,71 kv.m olan 4 otaqlı, ümumilikdə 5 mənzilin dəyəri tərəfindən tam olaraq 100% ödənilmişdir. Həmin müqavilələrə əsasən Cavabdeh MMC qeyd edilən mənzilləri payçı İddiaçı yəni onun mülkiyyətinə verməyi, o isə qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh təşkilat tərəfindən iddiaçı qarşısında olan öhdəlikləri lazımi dərəcədə yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: Həmin Məcəllənin 139-1.1.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı və Cavabdeh MMC arasında 03.05.2018-ci il tarixdə bağlanmış müqavilələr üzrə hüquq və vəzifələri Cavabdeh MMC-yə aid olduğundan və eyni zamanda həmin müqavilələrdən irəli gələn inşa edilən binada qeyd olunan mənzillərin hazırki iddia üzrə iddiaçı olan İddiaçı mülkiyyətinə verilməsi barədə müqavilə öhdəliyi yerinə yetirilmədiyindən iddiaçı hazırda mənzilin ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Bundan başqa iddiaçı qeyd olunan mənzillərə dair , istifadə və sərəncam hüquqları mülkiyyət hüquqlarının qeydiyyatı barədə dövlət reyestrindən çıxarışın alındığı andan əmələ gəlir. Məhkəmə iddianın qeyd olunan mənzillə üzərində istifadə, sərəncam və mülkiyyət hüquqlarının həyata keçirilməsi barədə belə nəticəyə gəlir ki, iddia həmin hissədə rədd edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh MMC arasında bağlanmış 03.05.2018-ci il tarixli, 1, 2, 3, 4 və 5 nömrəli “Mənzil tikintisi haqqında” müqavilələrə əsasən Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli və Təbriz küçələrinin kəsişdiyi ünvanda MTK tərəfindən inşa edilən binanın 3-cü binanın 10cu mərtəbəsində yerləşən 178,75 kv.m olan 4 otaqlı, 3-cü binanın 10-cu mərtəbəsində yerləşən 190 kv.m olan 4 otaqlı, 3-cü binanın 10-cu mərtəbəsində yerləşən 124,76 kv.m olan 2 otaqlı, 3-cü binanın 10-cu mərtəbəsində yerləşən 150,46 kv.m olan 3 otaqlı və 3-cü binanın 11-ci mərtəbəsində yerləşən 178,71 kv.m olan 4 otaqlı mənzillərin İddiaçı tam hazır vəziyyətdə, yəni mənzillərin qapı və pəncərələrinin quraşdırılaraq açarlarının təhvil verilməsi (müqavilələrin şərtlərinə uyğun olaraq), mülkiyyət hüquqlarının qeydiyyatı barədə dövlət reyestrindən çıxarışın alınması üçün istismara qəbul aktını İddiaçı verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 03.05.2018-ci il tarixli 01 nömrəli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli və Təbriz küçələrinin kəsişdiyi ünvanda MTK tərəfindən inşa edilən binanın 3-cü binanın 10-cu mərtəbəsində yerləşən 178,75 kv.m olan 4 otaqlı, 03.05.2018-ci il tarixli 02 nömrəli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən 3-cü binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 190 kv.m olan 4 otaqlı, 03.05.2018-ci il tarixli 03 nömrəli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən 3-cü binanın 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 124,76 kv.m olan, 2 otaqlı, 03.05.2018-ci il tarixli 04 nömrəli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən 3-cü binanın 10-cu mərtəbəsində yerləşən 150,46 kv.m olan 3 otaqlı və 03.05.2018-ci il tarixli 05 nömrəli “Mənzil tikintisi haqqında” müqaviləyə əsasən 3-cü binanın 11-ci mərtəbəsində yerləşən 178,71 kv.m olan 4 otaqlı mənzillərin qapı və pəncərələrinin quraşdırılaraq açarlarının, mənzillərə dair mülkiyyət hüquqlarının qeydiyyatı barədə dövlət reyestrindən çıxarışın alınması üçün binanın istismara qəbul aktının İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-4380/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4380/2021
13.10.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver