Məhkəmə qərarları › İş №2(005)-4401/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4401/2021

22.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4401/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Oqtay oğlunun, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul vəsaitinin qətnamənin çıxarıldığı tarix üçün bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizləri ilə birlikdə və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul vəsaitinin cavabdehlər X9 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 2019-cu il sentyabr ayında özünü MİDA əməkdaşı kimi təqdim etmiş Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsində yaşayan və keçmiş qonşusu, olan X9 o və qardaşı üçün MİDA-nın sərəncamında olan 2 ədəd 3 otaqlı mənzil vəd edərək ilkin ödəniş olaraq 24.000 (iyirmi dörd min) AZN pul vəsaitini ondan almışdır. Ən qısa zamanda evlərin satışı olacağını bildirmiş və onlara vəd olunan evləri ipoteka qaydasında güzəştli şərtlərlə əldə edəcəkdilər. Daha sonra ona və yoldaşına ünvanlı sosial yardım təşkil etmək adı ilə iddiaçıdan hər biri üçün 6000 AZN olmaqla, ümumilikdə 12.000 (on iki min) AZN (7.000$ və 200 AZN) pul vəsaiti almışdır. Bütün bu proseslərin qanun çərçivəsində olduğunu bildirmişdir. Sosial yardım üçün öncə bankda debet kart əldə etməyi gərəkdiyini, 3 aydan sonra isə DSMF tərəfindən rəsmi olaraq kart ayrılacağını söyləmişdir. Ünvanlı sosial yardımın təşkili üçün ona müvafiq nazirliyin nazir müavini köməklik edəcək deyə dəfələrlə bildirmişdir. Kartlar hazır olduqdan sonra 5 ay (arada 1 -2 ay fasilələrlə) hər karta 500 AZN (toplam 5000 AZN) ödəniş olunmuşdur. Daha sonra ümumi gedişatda olan pozğunluqlar, prosesin vəd edildiyi şəkildə getməməsindən şübhələnərək bu işin qanunsuz, cinayət tərkibli iş olduğu qənaətinə gəlmiş və həm ev, həm yardım üçün verdiyi pulu geri tələb etmişdir. Nəticədə verdiyi ümumi 36.000 manatın 17.500 manatı geri verilmiş və 18.500 manat pul vəsaiti isə geri qaytarılmamışdır. Bu işdə X6 Cavabdeh2 adlı xanım da köməklik etmişdir. Natəvan xanım 18500 manat məbləğin onda deyil, Günay xanımda olduğunu iddia edərək ödəməkdən boyun qaçırmışdır. Günay xanım da pul məbləğinin Natəvan xanım tərəfindən geri qaytarılmalı olduğunu bildirmişdir. Yuxarıda qeyd olunanlarla bağlı cavabdeh X9 ilə yazışmalar mövcuddur və iddia ərizəsinə disk şəklində əlavə edilmişdir. Qeyd edir ki, işlə bağlı daha öncə müvafiq polis bölməsinə, daha sonra da Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. İş üzrə uzun müddətdir ki, istintaq gedir. Maddi çətinlikləri mövcud olduğundan və kirayədə qaldığı üçün cavabdehlər tərəfindən ondan alınan pul məbləğlərinin tez bir zamanda ona qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Oqtay oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, bildirdi ki, iddiaçı il qonşu olmuşdur. 24 min manat pulu ev almaq məqsədilə ona vermiş, həmin pulu isə özü Günaya vermişdir. Günay onu da aldatmışdır. 24 min manat puldan təxminən 15 min manatı qaytarılmışdır. İddiaçının tələb etdiyi 18.500 manat pul vəsaitini o Cavabdeh2 vermişdir. Buna görə də həmin pul iş üzrə digər cavabdehdən tutulmalıdır. Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi X7 şahidin dindirilmısi haqqında 17 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, “....Belə ki, 2019-cu ilin sentyabr ayında tanışım İddiaçı mənə müraciət edərək bildirdi ki, sosial evlərdən ümumilikdə 2 ədəd olmaqla hər biri 96 m2 ölçüdə 2 otaqlı mənzil istəyir. Qeyd etdi ki, mənzillərdən biri öz adına, digəri qardaşı Mirtərlan Əzizovun adına olacaq. Mən də İddiaçı sosial evlərdən mənzil almaq üçün Cavabdeh2 pul vermək lazım olduğunu bildirdim. Belə ki, 2019-cu ilin sentyabr ayında ünvan 1 ünvanında K.Fərəcova adına X1 qarşısında İddiaçı 24.000 manat pul alıb elə həmin vaxt həmin puldan 12.000 (on iki min) manat Cavabdeh2 verdim. 12.000 manat pulu isə özümdə saxladım. Qeyd edim ki, sonra həmin 12.000 (on iki min) manat pulu da İddiaçı digər iki qohumu üçün mənzil ayrılmasına görə Cavabdeh2 vermişəm....”. İş materiallarına əlavə edilmiş 26.08.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı X10, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsində yaşayan və keçmiş qonşusu olan X8 MİDA-nın sərəncamında olan 2 ədəd 3 otaqlı mənzil əldə etmək üçün ilkin ödəniş olaraq 24.000 (iyirmi dörd min) AZN pul vəsaiti vermişdir. X3 qeyd edilən vəsaiti aldıqdan sonra iddiaçı və onun qardaşına MİDA-nın sərəncamında olan mənzillərdən almaq üçün köməklik göstərəcəyinə dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, iddiaçıya məxsus pulu mənimsəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış mübahisə X8 münasibətdə təmin edlməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi X7 şahidin dindirilməsi haqqında 17 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, X9 vermiş olduğu ifadəsində İddiaçı 24000 manat məbləğində pul aldığını etiraf etmişdir. Bundan əlavə ifadəsində həmin puldan 12000 manat məbləğində vəsaiti Cavabdeh2 verdiyini bildirmişdir. Məhkəmə iddia tələbini X8 münasibətdə təmin edilməsi qənaətinə gəlir. Belə ki, X9 ifadəsində İddiaçı 24000 manat məbləğində pul vəsaiti aldığını etiraf etmişdir. Məhkəmə göstərilən faktı işin mübahisəsiz halı kimi qiymətləndirir. Cavabdeh2 12000 manat məbləğində pulun verilməsinə gəldikdə isə X9 bu halı məhkəmədə sübuta yetirməmişdir. Bu səbəbdən Cavabdeh2 nisbətdə iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən məbləğ vəsaitin cavabdehə borca verilməsi halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitini cavabdehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür, cavabdeh həmin halı etiraf etdiyi üçün isə əks tərəfi sübut etmə vəzifəsindən azad edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X5 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Məhkəmə iddia tələbinin qətnamənin çıxacağı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizlərin tutulmasına münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından iddia tələbinin 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti əsas götürülməklə qətnamənin çıxacağı gün üçün bank uçot dərəcəsinə əsasənhesablanmış faizlərin tutulması hissəsi də əsassızdır və rədd olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X5 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar