Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4421/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfində aldanaraq və dələduzluq yolu ilə mənimsədiyi 850,00 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat, həmçinin iddia ərizəsinin tərtibi üçün ödədiyi 50 (əlli) manat olmaqla ümumilikdə 930,00 manat iddiaçının xeyrinə tutulması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş iş yoldaşı Xəyal Rzayev bankdan kredit götürərkən ona zamin durmuşdur. Xəyal Rzayev götürdüyü krediti ödəmədiyi üçün ona zamin olduğundan bank ödənişi onun maaşıma yönəlmişdir və 4.400 (dörd min dörd yüz) manat onun əmək haqqından tutulmuşdur. İddiaçı dəfələrlə Xəyal Rzayevə onun əvəzindən ödədiyi 4.400 manat məbləğində pulun qaytarmasını tələb etsədə o, dolayısı yollarla boyun qaçırmışdır. İddiaçı isə ondan ödədiyi pulun geri qaytarılması üçün digər iş yoldaşının vasitəsi ilə Cavabdeh ilə tanış oldu. Cavabdeh özünü polis zabiti kimi təqdim edərək, onun zamin kimi ödədiyi 4.400 manat pulun Xəyal Rzayevdən alıb ona geri qaytaracağını söz vermişdir.Bu işi başlamaq üçün cavabdeh iddiaçıdan ilkin olaraq 200 manat istəmişdir. Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən Poçt vastəsi ilə 17.05.2019-cu il tarixdə iddiaçı 200 manat pulu cavabdehin adına göndərdi, cavabdeh10 gün sonra təkrar 200 manat istədi o da göndərmişdir. Daha sonra Tərtər rayonundan ona 300 manat pul göndərmişdir. Sonuncu dəfə isə 18.10.2019-cu il tarixdə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Million" ödəmə terminal vasitəsi ilə 150 manat məbləğində pulu Cavabdeh hesabına göndərmişdir. Cavabdeh bu işi həll etmək üçün ümumilikdə 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti ödəmişdir. Sonradan məlum oldu ki, Cavabdeh polis zabiti deyil. Onun qurduğu bu oyun dələduzluğ yolu ilə iddiaçıdan pul qoparmaq imiş. Cavabdeh dəfələrlə iddiaçıya olan 850 (səkkiz yüz əlli) manat məbləğində borcunu qaytarmasına dair müraciət etsə də, o, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınaraq onun tərəfindən dolayısı yollarla imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı mülki işə qiyabi icraat qaydasında baxılmasına dair ərizə təqdim edərək, iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25.02.2020-ci il tarixli, Gəncə şəhər Baş Polis İdarəsinin qərarının surətindən görünür ki, Cavabdeh izahatı alınmış, izahatında bildirmişdir ki, İddiaçı 900 manat borcu qaytaracaqdır. "xxxx" MMC-nin, XOY 054062 nömrəli qəbzindən görünür ki, İddiaçı xidmət haqqı üçün 50 manat ödəniş etmişdir; 20.08.2021-ci il tarixli qəbzə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh oğlu tərəfindən 850 manat iddiaçıdan aldığını qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, həmçinin 50 manat ərizə tərtibi üçün ödədiyi məbləği ödəmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Məhkəmə eyni zamanda, iddianın hüquqi xidmətlərə görə 50 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, cavabdehdən ağlabatan məbləğdə, yəni 50 manat məbləğində tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla belə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh 850 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində dövlət rüsumu və 50 manat ərizə tərtibi üçün ödədiyi məbləği tutularaq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 850 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində dövlət rüsumu və 50 manat ərizə tərtibi üçün ödədiyi məbləğ tutularaq İddiaçır oğluna verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4421/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-4421/2021
05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver