Məhkəmə qərarları › İş №2(005)-4431/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4431/2020

29.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4431/2020 29.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədov Anar Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə vurulmuş ziyanın və çəkilmiş əlavə xərclərin ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomobilə vurulmuş ziyanın və çəkilmiş əlavə xərclərin ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı avtomobilinə vurulmuş ziyan olaraq 810 (səkkiz yüz on) manat, arayışın və nöqsan aktının alınması məqsədi ilə ödənilmiş 20 (iyirmi) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və hüquqi xidmət olaraq ödənilmiş 200 (iki yüz) manat olmaqla, cəmi 1.060 (bir min altmış) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh “Lada Priora 21705 057 041 minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2020-ci il tarixdə saat 13:00da idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İddiaçı mülkiyyətində olan “X5 minik” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq iddiaçı şəxsə maddi ziyan vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhəri Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, müvafiq protokol və inzibati xəta haqqında işin digər materialları əsasında xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati təhbeh vermə haqqında qərar qəbul edilərək, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “Avtoservis-Gamishliq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx xxxx 2020ci il tarixli arayışından və eyni tarixli 14 nömrəli nöqsan aktının məzmunlarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “X5 minik” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 810 (səkkiz yüz on) manat (işçilərin zəhmət haqqı-700 (yeddi yüz) manat və ehtiyat hissələri 110 (bir yüz on) manat olmaqla) məbləğindədir. Müvafiq nöqsan aktının alınması məqsədi ilə İddiaçı tərəfindən xx xxxx 2020-ci il tarixdə 20 (iyirmi) manat məbləğində ödəniş həyata keçirilmişdir. Eyni zamanda, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün hüquqi xidmətin göstərilməsi üçün İddiaçı tərəfindən Ağamalıyev Hakim Əkbər oğlunun hesabına müvafiq mədaxil qəbzi ilə xx xxxx 2020-ci il tarixedə 200 (iki yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmçinin, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün xx xxxxxxx 2020-ci il tarixdə İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, Cavabdeh “Lada Priora 21705 057 041 minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2020-ci il tarixdə saat 13:00-da idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İddiaçı mülkiyyətində olan “X5 minik” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və ona maddi ziyan vurmuşdur; Bakı şəhəri Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarın məzmunundan görünür ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X3 Qeydiyyat və İmtahan Şöbəsi tərəfindən verilmiş AC seriyalı 535267 nömrəli xx xxxxx 2016-cı il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadənaməsiin surətindən görünür ki, “X5 minik” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir; “Avtoservis-Gamishliq” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli arayışının və eyni tarixli 14 nömrəli nöqsan aktının məzmunlarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “X5 minik” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 810 (səkkiz yüz on) manat (işçilərin zəhmət haqqı-700 (yeddi yüz) manat və ehtiyat hissələri 110 (bir yüz on) manat olmaqla) məbləğindədir; xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, “Avtoservis-Gamishliq” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli 14 nömrəli nöqsan aktının alınması məqsədi ilə İddiaçı oğlu tərəfindən 20 (iyirmi) manat məbləğində ödəniş həyata keçirilmişdir; xx xxxx 2020-ci il tarixli ÇBŞ/9 seriyalı 017057 nömrəli mədaxil qəbzindən görünür ki, məhkəməyə qədər sübutların toplanılması, iddia tələbinin hazırlanması və məsləhət verilməsi ilə bağlı müvafiq hüquqi xidmətin göstərilməsi üçün İddiaçı tərəfindən Ağamalıyev Hakim Əkbər oğlunun hesabına müvafiq mədaxil qəbzi ilə 200 (iki yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 90, mənzil 48 ünvanında qeydiyyatdadır; xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli ödəniş qəbzindən görünür ki, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh “Lada Priora 21705 057 041 minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2020-ci il tarixdə saat 13:00-da idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İddiaçı mülkiyyətində olan “X5 minik” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə İddiaçı maddi ziyan vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, müvafiq protokol və inzibati xəta haqqında işin digər materialları əsasında xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati təhbeh vermə haqqında qərar qəbul edilərək, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “Avtoservis-Gamishliq” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli arayışı və eyni tarixli nöqsan aktı ilə müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “X5 minik” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 810 (səkkiz yüz on) manat (işçilərin zəhmət haqqı-700 (yeddi yüz) manat və ehtiyat hissələri 110 (bir yüz on) manat) məbləğindədir. Müvafiq nöqsan aktının alınması məqsədi ilə İddiaçı tərəfindən xx xxxx 2020-ci il tarixdə 20 (iyirmi) manat məbləğində ödəniş həyata keçirilmişdir. Eyni zamanda, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün hüquqi xidmətin göstərilməsi üçün İddiaçı tərəfindən Ağamalıyev Hakim Əkbər oğlunun hesabına xx xxxx 2020-ci il tarixdə müvafiq mədaxil qəbzi ilə 200 (iki yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmçinin, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı Cavabdeh qarşı “avtomobilə vurulmuş ziyanın və çəkilmiş əlavə xərclərin ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “X5 minik” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan olaraq 810 (səkkiz yüz on) manat, müvafiq maddi ziyanın hesablanması üçün “Avtoservis-Gamishliq” Məhdud Məsuliyyətli Cəmiyyətinin nöqsan aktının alınması məqsədi ilə ödənilmiş 20 (iyirmi) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və hüquqi xidmət olaraq Ağamalıyev Hakim Əkbər oğlunun hesabına ödənilmiş 200 (iki yüz) manat olmaqla, cəmi 1.060 (bir min altmış) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği və ödənilmiş əlavə xərclər Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı avtomobilinə vurulmuş ziyan olaraq 810 (səkkiz yüz on) manat, arayışın və nöqsan aktının alınması məqsədi ilə ödənilmiş 20 (iyirmi) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və hüquqi xidmət olaraq ödənilmiş 200 (iki yüz) manat olmaqla, cəmi 1.060 (bir min altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar