Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4436/2020 29.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədov Anar Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2017-ci il tarixli M-2768 nömrəli alqı-satqı müqaviləsi üzrə kredit borcuna görə 599 (beş yüz doxsan doqquz) manat və faiz borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 599 (beş yüz doxsan doqquz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, fiziki şəxs X1 (VÖEN **********) “Sintra” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq Cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixli M-2768 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq “Sintra” firmasının istehsalı olan və 1.499 (bir min dörd yüz doxsan doqquz) manat məbləğində dəyəri olan “Premium” modelli su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. xx xxxxxx 2017-ci il tarixli M-2768 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “Sintra” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli M-2768 nömrəli alqı-satqı müqaviləsinə görə, Cavabdeh alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən ilkin ödəniş 100 (bir yüz) manat məbləğində pul vəsaiti ödəyərək, bu müqavilənin 2-ci bəndində göstərilən qaydada 14 (on dörd) ay müddətində olmaqla, hər ayın 30-dan gec olmayaraq, ayda 100 (bir yüz) manat məbləğində ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2017-ci il tarixli M-2768 nömrəli alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 599 (beş yüz doxsan doqquz) manat və cərimə borcuna görə 0 (sıfır) manat olmaqla, borcun cəmi məbləği 599 (beş yüz doxsan doqquz) manat təşkil etmişdir. Fiziki şəxs (VÖEN **********) əsasında fəaliyyət göstərən X1 ilə İddiaçı arasında xx xxxxxx 2019-cu il tarixli N-004 nömrəli tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Qeyd olunanlara əsasən, alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh xx xxxxxx 2017-ci il tarixli M-2768 nömrəli alqı-satqı müqaviləsi üzrə kredit borcuna görə 599 (beş yüz doxsan doqquz) manat və faiz borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 599 (beş yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Fiziki şəxs X1 (VÖEN **********) “Sintra” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli M-2768 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə müvafiq olaraq “Sintra” firmasının istehsalı olan və 1.499 (bir min dörd yüz doxsan doqquz) manat məbləğində dəyəri olan “Premium” modelli su təmizləmə sistemi quraşdırılmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli M-2768 nömrəli alqı-satqı müqaviləsinə görə, Cavabdeh alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən ilkin ödəniş 100 (bir yüz) manat məbləğində pul vəsaiti ödəyərək, bu müqavilənin 2-ci bəndində göstərilən qaydada 14 (on dörd) ay müddətində olmaqla, hər ayın 30-dan gec olmayaraq, ayda 100 (bir yüz) manat məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür; xx xxxxxx 2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Sintra” firmasının istehsalı olan və 1.499 (bir min dörd yüz doxsan doqquz) manat məbləğində dəyəri olan “Premium” modelli su təmizləmə sistemi Cavabdeh təhvil verilmişdir; Fiziki şəxs (VÖEN **********) əsasında fəaliyyət göstərən X1 ilə İddiaçı arasında xx xxxxxx 2019-cu il tarixli N-004 nömrəli tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki, alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh xx xxxxxx 2017-ci il tarixli M-2768 nömrəli alqı-satqı müqaviləsi üzrə kredit borcuna görə 599 (beş yüz doxsan doqquz) manat məbləğində pul vəsaitinin tələb edilməsi hüququ İddiaçınə keçmişdir; xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, müvafiq müqavilənin şərtlərinə görə Cavabdeh “Sintra” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə Cavabdeh xx xxxxxx 2017-ci il tarixli M-2768 nömrəli alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 599 (beş yüz doxsan doqquz) manat təşkil etmişdir; Müvafiq xəbərdarlıq məktubundan görünür ki, qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi təcili yerinə yetirmədiyi təqdirdə İddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir; Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, xx xxxx 1951-ci il tarixdə Masallı rayonu Badalan kəndində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; xx xxxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı nümayəndəsi tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, fiziki şəxs X1 (VÖEN **********) “Sintra” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli M- 2768 nömrəli alqı-satqı müqaviləsinə əsasən “Sintra” firmasının istehsalı olan və 1.499 (bir min dörd yüz doxsan doqquz) manat məbləğində dəyəri olan “Premium” modelli su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. Müvafiq müqavilənin şərtlərinə görə Cavabdeh “Sintra” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh şəxs öhdəliyini icra etməmişdir. Qeyd edilən müqaviləyə görə, Cavabdeh alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən ilkin ödəniş 100 (bir yüz) manat məbləğində pul vəsaiti ödəyərək, bu müqavilənin 2-ci bəndində göstərilən qaydada 14 (on dörd) ay müddətində olmaqla, hər ayın 30-dan gec olmayaraq, ayda 100 (bir yüz) manat məbləğində ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdeh xx xxxxxx 2017-ci il tarixli M-2768 nömrəli alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 599 (beş yüz doxsan doqquz) manat və cərimə borcuna görə 0 (sıfır) manat olmaqla, borcun cəmi məbləği 599 (beş yüz doxsan doqquz) manat təşkil etmişdir. Fiziki şəxs (VÖEN **********) əsasında fəaliyyət göstərən X1 ilə İddiaçı arasında xx xxxxxx 2019-cu il tarixli N-004 nömrəli tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2017-ci il tarixli M-2768 nömrəli alqı-satqı müqaviləsi üzrə kredit borcuna görə 599 (beş yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4436/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4436/2020
29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver