Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-444/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh idarə etdiyi avtomobillə ona məxsus Fiat 500 minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuş olduğu nağd yolla ödənildikdə 440 (dörd yüz qırx) manat, köçürmə yolu ilə ödənildikdə isə 519 (beş yüz on doqquz) məbləğində maddi zərərin, məhkəməyə müraciət üçün ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumunun, həmçinin məhkəmə üçün çəkdiyi 30 (otuz) manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh yəni, Cavabdeh 12.10.2021-ci il saat 13:00-da Bakı şəhəri, Nəsimi rayonu, Niyazi küçəsində yerləşən 6 nömrəli məktəbin qarşısında olarkən idarə etdiyi X5 minik markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə parklanma sahəsindən çıxarkən ona məxsus Fiat 500 minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilini araməsafəsini gözləmədən sürtüb keçməklə ona maddi zərər vurmuşdur. Hadisə baş verdikdən sonra Cavabdeh öz avtomobilini idarə edərək həmin yerdən uzaqlaşıb hadisədən yayınmışdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.1-ci maddələri əsas götürərək barəsində 100 (yüz) manat məbləğində cərimə olunması barədə inzibati tənbeh növü tətbiq olunmuşdur. Cavabdehin törətdiyi inzibati xəta nəticəsində Fiat 500 minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə nağd yolla ödənildikdə 440 (dörd yüz qırx) manat, köçürmə yolu ilə ödənildikdə isə 519 (beş yüz on doqquz) məbləğində maddi zərər dəymişdir. Cavabdeh onun avtomobilinə vurduğu maddi zərərin əvəzini ödəmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.12.2021-ci il tarixli, 2(005)-5589/2021 saylı qərardadı ilə iddiaçı X3 Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmənin 05.01.2021-ci il tarixli iclasında iddiaçı X3 əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər DYPİ-nin TP seriyalı ******* nömrəli protokolun məzmunundan görünür ki, Cavabdeh 12.10.2021-ci il tarixdə 13:00-da Niyazi küçəsi, 6 nömrəli orta məktəbin qarşısı ərazidə X5 minik markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarını pozmuşdur. Nəticədə Cavabdeh tərəfindən AR İXM-nin 327.1, 332.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər DYPİ-nin İXP seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh AR İXMnin 327.1, 332.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. 07.11.2021-ci il tarixli qüsur aktından görünür ki, Fiat 500 minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 440 manat məbləğində maddi zərər dəymişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Fiat 500 minik markalı **-RR- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına 02.12.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, X3 tərəfindən 30 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırda iş üzrə İddiaçı məhkəməyə zərərin ödənilməsi tələbi ilə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilmişdir ki, Cavabdeh 12.10.2021-ci il saat 13:00-da Bakı şəhəri, Nəsimi rayonu, Niyazi küçəsində yerləşən 6 nömrəli məktəbin qarşısında olarkən idarə etdiyi X5 minik markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə parklanma sahəsindən çıxarkən ona məxsus Fiat 500 minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilini araməsafəsini gözləmədən sürtüb keçməklə ona maddi zərər vurmuşdur. Yol-nəqliyyat hadisəsinə dair Bakı Şəhər DYPİ-nin İXP seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 327.1, 332.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Cavabdeh təqsirli, hüquqqazidd hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəymişdir. Qeyd edilən zərərin məbləği müəyyən edilməsi üçün qüsur aktı tərtib edilmiş, dəymiş zərər 440 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iddia ərizəsini bu hissədə əsaslı hesab edir. Zərərin köçürmə yolu ilə ödənildikdə 79,20 (cəmi 519,20) manat ödənilməsi hissəsi ilə razılaşmır və iddianı bu hissədə əsassız hesab edərək rədd edilməsi qənaətinə gəlir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat hüquqi yardıma görə xərc Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 440 (dörd yüz qırx) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 30 (otuz) manat hüquqi yardıma görə xərc tutulub İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-444/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-444/2022
18.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver