Məhkəmə qərarları › İş №2(005)-4461/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4461/2021

12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4461/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ev siqnal ötürücülərinin dəyəri cəmi 324.96 manat dəyərində vəsaitin alınıb Bakı Şəhər Probasiya İdarəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 1(006)-264/2019 nömrəli, 06.09.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il 02 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. 29.11.2019-cu il tarixdə Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru M.Musəvi tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri və bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd sadə elektron qolbağ və üç ədəd ev siqnal ötürücüsü məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdehdən 04.12.2020-ci il tarixdə cəzasının sonu ilə əlaqədar olaraq, Bakı Şəhər Probasiya İdarəsində olmuş, elektron nəzarət vasitələri məhkumun üzərindən təhvil götürülmüş və 12.01.2021-ci il tarixdə elektron monitorinq idarəsinə təhvil verilmişdir. "İdrak” Texnoloji Transfer MMC-nin təqdim etdiyi texniki 14.01.2021-ci il tarixli rəydən müəyyən edilmişdir ki, nəzarət subyektinə təhkim olunmuş 3 ədəd ev nəzarət stansiyasının enerji vilkaları əridilmiş və yenidən yapışdırılmışdır. Belə olan halda hesab edirlər ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından 3 ədəd ev nəzarət stansiyasına maddi ziyan dəymişdi. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi verdiyi maliyyə arayışına görə həmin zədələnmiş avadanlığın 1 ədədinin dəyəri 108.32 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 1(006)-264/2019 nömrəli, 06.09.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il 02 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. 29.11.2019-cu il tarixdə Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru M.Musəvi tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. 29.11.2019-cu il tarixli aktla bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri və bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd sadə elektron qolbağ və üç ədəd ev siqnal ötürücüsü məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 04.12.2020-ci il tarixli məktubdan aydın olur ki, Cavabdehdən 04.12.2020-ci il tarixdə cəzasının sonu ilə əlaqədar olaraq, Bakı Şəhər Probasiya İdarəsində olmuş, elektron nəzarət vasitələri məhkumun üzərindən təhvil götürülmüş və 12.01.2021-ci il tarixdə elektron monitorinq idarəsinə təhvil verilmişdir. "İdrak” Texnoloji Transfer MMC-nin təqdim etdiyi texniki 14.01.2021-ci il tarixli rəydən müəyyən edilmişdir ki, nəzarət subyektinə təhkim olunmuş 3 ədəd ev nəzarət stansiyasının enerji vilkaları əridilmiş və yenidən yapışdırılmışdır. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi verdiyi maliyyə arayışına görə həmin zədələnmiş avadanlığın 1 ədədinin dəyəri 108.32 manat təşkil edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsəsən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.04.2018-ci il tarixli qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Qunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4- cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh ev siqnal ötürücülərinin dəyəri olan cəmi 324.96 manat pul məbləği Bakı Şəhər Probasiya İdarəsinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ev siqnal ötürücülərinin dəyəri oolan cəmi 324.96 manat pul məbləği Bakı Şəhər Probasiya İdarəsinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar