Məhkəmə qərarları › İş №2(005)-4462/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4462/2021

11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4462/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron qolbağın dəyəri 637.91 manat dəyərində vəsaitin alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. İddia tələbi üzrə pul tələbi 637.91 manat təşkil etdiyindən, eləcə də, sübutların araşdırılması zərurəti yarandığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4462/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli Qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əliyev X2 Rayon Məhkəməsinin 1(005)-22/2019 nömrəli 08.01.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 127.2.3. 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay 16 (on altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası bizə həvalə edilmişdir. 13.03.2019-cu il tarixdə Nərimanov rayon icra və Probasiya şöbəsinin icra məmuru M.Musəvi məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri və bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd sadə elektron qolbaq, bir ədəd sadə elektron qolbaq üçün nəzərdə tutulmuş enerji yükləmə qurğu və iki ədəd ev siqnal ötürücüsü məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdehdən 21.04.2021-ci il tarixdə cəzasının sonu ilə əlaqədar olaraq, Bakı Şəhər Probasiya İdarəsində olmuş, elektron nəzarət vasitələri məhkumun üzərindən təhvil götürülmüşdür. "xxxx" Texnoloji Transfer MMC-nin təqdim etdiyi texniki rəydən müəyyən edilmişdir ki, nəzarət subyektinə təhkim olunmuş elektron qolbağın üst qapağı qopardılmış və elektron qolbağın platası qeyri işlək vəziyyətə salınmışdır. Cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından elektron qolbağa maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi verdiyi maliyyə arayışına görə həmin zədələnmiş avadanlığın 1 ədədinin dəyəri 637.91 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçı heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Cavabdeh məhkəmənin dəftərxana vasitəsilə 14.09.2021-ci il tarixdə yazlı etiraz təqdim edərək, bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli 1(005)-22/2019 saylı hökmü ilə AR CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həbsdə qaldığı müddət nəzərə alınmaqla, sonda 2 il 2 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası qalmış, hökmün icrası Nərimanov rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. 13.03.2019-cu ildə icra məmuru tərəfindən ona hüquqları izah edilmiş və hökmün icrası üçün lazım olan elektron qolbaq və digər ləvazimatlar təhvil verilmişdir. O, vaxtı-vaxtında hökmün icrasını və icra məmurunun göstərişlərini yerinə yetirərək, sonda isə cəza müddəti 21.04.2021-ci ildə başa çatdığı üçün qeydiyyatdan çıxarıldığı və icra məmurunun göstərişi ilə ona verilən bütün ləvazimatları icra məmuru tərəfindən yoxlanılmaqla akt əsasında təhvil vermişdir. Cəzasını çəkdiyi müddətdə də, icra və probasiya idarəsi və onun əməkdaşları onun fəaliyyətinə nəzarəti həyata keçirmişlər. Onun hökmünün icrasından və elektron qolbaq dəstini təhvil verəndən 1 ay sonra, yəni 19 may 2021-ci ildə onun təhvil verdiyi elektron dəstə baxış keçirilib və texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş elektron qolbağın üst qapağı qopardılmış və elektron qolbağın platası qeyri-işlək vəziyyətə salınmışdır. O icra məmurunun tərtib etdiyi akt əsasında və onların təhvil verdiyi vəziyyətdə həmin əmlakları geri qaytarmışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını, o cümlədən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-22/2019 saylı, 08.01.2019-cu il tarixli saylı hökmün surətinə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 127.2.3. 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh üzərində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin Nərimanov Rayon Məhkəməsinə və qeyrilərinə 21.04.2021-ci il tarixində göndərdiyi məktubun surətində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib, AR CM-nin 66.2, 69.3-cü maddələrinə əsasən cəzaları qismən toplamaq yolu ilə və həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış Cavabdeh barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1(005)-22/2019 saylı, 08.01.2019-cu il tarixli hökmü və onun icrası barədə 29.01.2019-cu il tarixli göstərişi Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icraatına 05.02.2019-cu il tarixdə daxil olmuş və məhkum şöbədə qeydiyyata götürülmüşdür. Məhkəmə hökmünə əsasən xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş məhkum Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəza müddəti 21.04.2021-ci il tarixdə başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır.” göstərilmişdir; 19.05.2021-ci il tarixli "xxxx" Texnoloji Transfer MMC-nin təqdim etdiyi texniki rəyin surətindən görünür ki, nəzarət subyektinə (Cavabdeh) təhkim olunmuş elektron qolbağın üst qapağı qopardılmış və elektron qolbağın platası qeyri işlək vəziyyətə salınmışdır; Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi verdiyi maliyyə arayışına əsasən, həmin zədələnmiş avadanlığın 1 ədədinin dəyəri 637.91 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-22/2019 saylı, 08.01.2019-cu il tarixli saylı hökmün surətinə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 127.2.3. 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh üzərində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 13.03.2019-cu il tarixdə Cavabdeh cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri və bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd sadə elektron qolbaq, bir ədəd sadə elektron qolbaq üçün nəzərdə tutulmuş enerji yükləmə qurğu və iki ədəd ev siqnal ötürücüsü quraşdırılaraq təhvil verilmiş və cəza müddəti bitdiyi tarixdə yəni 21.04.2021-ci ildə elektron nəzarət vasitələri məhkumun üzərindən təhvil götürülmüşdür. Texniki rəyə əsasən müəyyən olunmuşdur ki, həmin elektron qolbağa maddi ziyan vurulmuş, elektron qolbağın üst qapağı qopardılmış və elektron qolbağın platası qeyri işlək vəziyyətə salınmışdır. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi verdiyi maliyyə arayışına avadanlığın dəyəri 637.91 manat müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehdən maddi ziyanın əvəzi olaraq 637,91 manat pul vəsaitini tələb edir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Bununla belə, cavabdebdehin istifadəsinə işlək vəziyyətdə verilmiş elektron qolbağa maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə iddia tələbini maddi ziyanın tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 637,91 manat məbləğində pul iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiyasının xeyrinə tutulmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 637,91 (altı yüz yeddi manat doxsan bir qəpik) manat məbləğində maddi ziyan tutularaq, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar