Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4498/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 İddiaçı, Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı “kredit borcunun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı “kredit borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə olan kredit borcunun tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1452\2018 saylı 20 fevral 2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh İddiaçı 28.06.2014-cü il tarixli, 0248 YMA saylı kredit müqaviləsi üzrə 668 manat əsas borc, 204 manat məbləğində faiz borcu, 28.06.2016-ci il tarixdən 13.02.2018-ci il tarixinə illik 5 faizlə hesablanmış 55 manat faiz borcu, cəmi 927 (doqquz iyirmi yeddi )manat borc və 42 (qırx iki) manat məhkəmə xərcləri iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, Yasamal Rayon İcra şöbəsi icra vərəqəsinin icrası ilə əlaqədar onun çalışdığı Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinə 03.03.2020-ci il tarixində iddiaçının əmək haqqısınndan hər ay 50 (əlli faiz) tutulub "xxxx" ASC-nin xeyrinə tutulması barədə rəsmi məktub göndərmişdir. İddiaçı banka olan borcunu tam şəkildə əmək haqqısından ödəmişdir. Buna dair iş yerindən rəsmi sənədi Yasamal rayon icra şöbəsinə təqdim etmiş, bu baxımdan da Yasamal rayon məhkəməsinin 20.02.2018-ci il tarixli 2(004)-1452\2018 saylı icra vərəqəsinə xitam verilmişdir. Qeyd olunanlara baxmayaraq, LPO "xxxx" ASC iddiaçıya bildirmişdir ki, kredit borcu üzrə əmək haqqısından tutulan 469 manat bank hesabına oturmamışdır. Onun kredit borcu əmək haqqısından tam şəkildə tutulduğuna görə iddiaçıya kredit borcunun tam şəkildə ödənilməsi barədə rəsmi xitam məktubu verilməlidir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)-129/2020 nömrəli qərarından görünür ki, Cavabdeh2 ASC-nin müflis elan edilməsi və Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh LPO Cavabdeh2 ASC müflis elan edildiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 72-ci maddəsində sadalanan hallar sırasında bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılması, bank barəsində digər məhkəmə icraatına başlanılmaması və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi baqqında məhkəmə qərardad çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh hüquqi şəxs ləğv edildiyindən, eləcə də müvafiq iddia tələbi məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-ci və 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı “kredit borcunun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4498/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4498/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver