Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4501/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 6300 (altı min üç yüz) manat ödənilməmiş kirayə haqqı borcu, elektrik enerjisinə görə ödənilməmiş 193.27 (bir yüz doxsan üç manat iyirmi yeddi qəpik) manat, sudan istifadəyə görə yaranmış 55.86 (əlli beş manat, səksən altı qəpik) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 85.5 (səksən beş manat əlli qəpik) manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər X4 və X3 ona məxsus ünvan 1 ünvanında yerləşən 5 otaqlı , tam təmirli və əşyalarla təchiz olunmuş vəziyyətdə mənzili aylıq 800 manat ödəməklə, kirayə götürmüşlər. Bir neçə ay mənzilin kirayə haqqını cavabdehlər Cavabdeh4 və X3 ödəniş etsələr də, sonradan digər Cavabdeh3 ona zəng vuraraq, Püstənin həyat yoldaşı olduğunu bildirərək, bundan sonra aylıq kirayə haqqını özünün ödəyəcəyini bildirmişdir. O da, həmin şəxsin sözlərinə inanaraq, aylıq kirayə haqqını ödəniləcəyini zənn etmişdir. Lakin bir neçə ay ödəniş etdikdən sonra aylıq kirayə haqqını gecikdirməyə başlamış və ona ümumilikdə 6.300 (altı min üç yüz) manat məbləğində kirayə haqqı borcu yaranmışdır. Dəfələrlə cavabdehlərə müraciət edərək, borcun ödənilməsini tələb etməsinə baxmayaraq , borcu ödəməkdən müxtəlif bəhanələrlə yayınaraq evi də boşaltmaqdan imtina etmişdir. Dəfələrlə DİN-ə müraciət edərək, cavabdehlərin evdən çıxarılmasını xahiş etsə də, nəticəsi olmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə cavabdehlərlə arasında mənzilin boşaldılması ilə bağlı mübahisə yaranmış və bu barədə Yasamal RPİ-nin 29-cu PB-də araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Polis Bölməsində izahatı alınan zaman, mənzili kirayə götürən Cavabdeh4 və X3 olmasına baxmayaraq, ödənilməmiş 6300 manat borcun yaranmasını etiraf etmiş və borcu qısa müddətdə ödəyəcəyini bildirmişdir. Lakin buna baxmayaraq, borc halhazırki vaxtadək ödənilməmiş olaraq qalır. Bundan başqa, cavabdehlər ona məxsus mənzildə yaşadıqları müddətdə kirayə haqqını ödəmədikləri üçün mənzildən çıxacaqlarını bildirdikləri vaxtdan mənzilin kommunal xidmət haqlarını da ödəməmiş, Azərişıq ASC-ə 193.27 manat, Azərsu ASC-yə isə 55.86 manat borcu ödənilməmiş olaraq qalır. Dəfələrlə cavabdehlərdən borcun ödənilməsini tələb etməsinə baxmayaraq, borcu ödəməkdən imtina edirllər. Bunun nəticəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərdən Cavabdeh3 iddia tələbini qismən qəbul etdiyini, borcu ödəməyə razı olduğunu, lakin ödənişləri həyata keçirmək üçün maddi imkanı olmadığını, ona hissə-hissə ödəmək üçün imkan yaradılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ARƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətinin məzmunundan görünür ki, ünvan 2 ünvanda yerləşən İddiaçı mülkiyyətindədir; xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasıının rədd edilməsi haqqında” qərara əsasən Cavabdeh3 və İddiaçı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, işin məhkəmə qaydasında həlli barədə müraciət olunması tərəflərə bildirilmişdir; xx.xx.2022-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, **********50050 saylı abonentin 193.27 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş hesab fakturadan görünür ki, **********500 saylı abonentin 55.86 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 85.5 manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəf cavabdehlərin ona 6.300 (altı min üç yüz) manat məbləğində borcunun, istifadə edilmiş elektrik enerjisinə görə ödənilməmiş 193.27 (bir yüz doxsan üç manat iyirmi yeddi qəpik) manat, sudan istifadəyə görə yaranmış 55.86 (əlli beş manat, səksən altı qəpik) manat borcunun olmasını iddia edir. Cavabdehlərdən X5 iddia tələbini qəbul edir, hər hansı etirazının olmamasını bildirir. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsaslandırması kirayə haqqı olsa da, cavabdeh X2 iddia tələbini etiraf etməsi nəzərə alınmaqla, hüquqi nəticə etibarı ilə cavabdehin iddiaçıya pul borcunun olduğu tərəflərin izahatı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci və 106-cı maddəsinin tələblərinə istinadən hazırkı iddia tələbi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü cavabdeh 6300 (altı min üç yüz) manat ödənilməmiş kirayə haqqı borcu, elektrik enerjisinə görə ödənilməmiş 193.27 (bir yüz doxsan üç manat iyirmi yeddi qəpik) manat, sudan istifadəyə görə yaranmış 55.86 (əlli beş manat, səksən altı qəpik) manat, məbləğində pulun verilməsinin sübut etməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, iddia tələbində Cavabdeh3 tərəfindən qəbul edilməsi əks tərəfi bu halı sübut etmə vəzifəsindən azad edir. Lakin iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 iddiaçıya müvafiq borcunun olmasını sübutetmə yükü İddiaçı üzərinə düşür. Məhkəmə pul məbləğinin digər cavabdehlərdən tutulması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, İddiaçı iddia tələbinə münasibətdə cavabdehlərdən yalnız Cavabdeh3 borcu olmasını etiraf etmişdir. Buna görə də digər cavabdehlərdən pulun tutulması hissəsində iddia təmin oluna bilməz. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən cavabdeh tərəfin borcun hissə-hissə ödənilməsi və ya borcun tutulmasına möhlət verilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 6300 (altı min üç yüz) manat ödənilməmiş kirayə haqqı borcu, elektrik enerjisinə görə ödənilməmiş 193.27 (bir yüz doxsan üç manat iyirmi yeddi qəpik) manat, sudan istifadəyə görə yaranmış 55.86 (əlli beş manat, səksən altı qəpik) manat, habelə 85,5 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 6300 (altı min üç yüz) manat ödənilməmiş borc, elektrik enerjisinə görə ödənilməmiş 193.27 (bir yüz doxsan üç manat iyirmi yeddi qəpik) manat, sudan istifadəyə görə yaranmış 55.86 (əlli beş manat, səksən altı qəpik) manat, habelə 85,5 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4501/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4501/2022
21.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver