Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4508/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 217.40 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə bağlanmış 27 avqust 2021ci il tarixli MAS-4289 saylı “Daxili lizinq" müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. “Daxili lizinq" müqaviləsi və “Ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq "Azərmaş” MMC "lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(005)-999/2022 saylı qətnaməsi ilə (hakim G.Əsədova) İddiaçı MMC-nin iddası qismən təmin edilmişdir. "Daxili lizinq" müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Khazar SD" minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücü AR X1 və Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin və BNA-nın elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: BNA2144268 saylı protokola görə 25.40 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA1921081 saylı protokola görə 32 manat: BNA ******* saylı protokola görə 32 manat; İXP4273599 saylı protokola görə 64 manat; BNA ******* saylı protokola görə 32 manat məbləğində pul vəsaiti “Azərmaş" MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 217.40 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; “Azərmaş" MMC ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2021-ci il tarixli MAS- 4289 saylı “Daxili lizinq müqaviləsi"nə əsasən Cavabdeh sifarişi ilə 2021ci il buraxılışlı, "Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323703 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir; Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 24.5 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 537.14 manat, ümumilikdə isə 22737 manat məbləğində pulu “Azərmaş" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür, ödənilməli olan ümumilikdə 22737 manatın 17000 manatı əsas məbləğ təşkil edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(005)- 999/2022 saylı qətnaməsində məhkəmə tərəfindən aşağıdakıların müəyyən olunduğu qeyd olunur: “Azərmaş" MMC ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2021-ci il tarixli MAS-4289 saylı “Daxili lizinq müqaviləsi"nə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, "Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323703 ban nömrəli, ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "Daxili lizinq müqaviləsi"nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 24.5 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 537.14 manat, ümumilikdə isə 22737 manat məbləğində pulu “Azərmaş" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qətnaməs ilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 avqust 2021 -ci il tarixli MAS-4289 saylı “Daxili lizinq" müqaviləsi ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən müəyyən olunur ki, “Azərmaş" MMC tərəfindən BNA2144268 saylı protokola görə 25.40 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA1921081 saylı protokola görə 32 manat: BNA ******* saylı protokola görə 32 manat; İXP4273599 saylı protokola görə 64 manat; BNA ******* saylı protokola görə 32 manat məbləğində pul vəsaiti ödənmişdir. Mülki iş materiallarından müəyyən olunur ki, İddiaçı MMC ilə bağlanmış 27 avqust 2021-ci il tarixli MAS-4289 saylı “Daxili lizinq" müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(005)-999/2022 saylı qətnaməsi ilə lizinq müqaviləsi ləğv edilmişdir. "Daxili lizinq" müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq obyekti olan “Khazar SD" minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsi nəticəsində inzibati xəta ilə əlaqədar sürücü AR X1 və Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin cərimələrin yaranması səbəbindən BNA2144268 saylı protokola görə 25.40 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA1921081 saylı protokola görə 32 manat: BNA ******* saylı protokola görə 32 manat; İXP4273599 saylı protokola görə 64 manat; BNA ******* saylı protokola görə 32 manat məbləğində pul vəsaiti “Azərmaş" MMC tərəfindən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından hər üç şərtin mövcudluğu təsdiq olunur. Belə ki, nəqliyyat vasitəsi Cavabdeh sahibliyində zaman avtomobilin sürücüsü tərəfindən inzibati xətalar törədilmişdir. Tətbiq olunmuş cərimə məbləğlərini ödəməmiş, nəticədə hazırda nəqliyyat vasitəsinin sahibi olan İddiaçı MMC cərimə məbləğlərini ödəməli olmuş, bununla da ona zərər dəymişdir. Dəymiş zərərin mahiyyəti avtomobil Cavabdeh sahibliyində olan zaman hüquq pozuntusu törədilərək ödənməli olduğu cərimə məbləğlərinin ödənməməsi təşkil edir, yəni hüququ pozuntusu ilə zərər arasında səbəbli əlaqə vardır. Belə olan halda mülki qanunvericiliyə əsasən zərəvuran hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödənilməli olduğundan, İddiaçı MMC tərəfindən Cavabdeh törətdiyi inzibati xətalara görə ödəməli olduğu və hazırda məhkəmə qaydasında tələb etdiyi 217.40 manat pul məbləğini tam həcmdə ASC-yə ödəməlidir. İnzibati tənbeh protokolları xx.xx.2021xx.xx.2022-ci il tarixlidir. Belə ki, protokolların tarixlərindən inzibati xətaların avtomobil Cavabdeh müvəqqəti sahibliyində və istifadəsində olduğu zaman törədildiyi aydın olur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən tələb olunan 30.40 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 217.40 manat məbləğində pul və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 30.40 manat pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4508/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4508/2022
26.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver